ŞƏHİDLƏR -Qazilər
İstiqlal günü doğulan Şəhid Sabir Səmədov - Vüqar Əsgər yazır
İstiqlal günü doğulan Şəhid Sabir Səmədov Bu gun 28 may Dünya Azərbaycanlıları üçün ən önəmli günlərdən biridir. 1918-ci ilin bu günü Şərqdə ilk Demokratik Respublika ...
DÜNYA ƏDƏBİYYATDAN
16 yaşlı oğulluğu ilə eşq yaşayan yazıçı Sidoni Qabriel Kolett
1001info.az Kulis.az -a istinadla “Həyatı film olanlar” layihəsində fransız yazıçısı, Qonkur Akademyasının üzvü Sidoni Qabriel Kolett haqda “Kolett” bədii filmini ...
İDMAN
MARAQLI
ANAM SÜSƏNBƏR XANIMIN EŞQİNƏ...- Məlahət İsmayılqızı yazır
ƏDƏBİYYAT
08.02.2024, 10:21 Oxunub: 1948
ANAM SÜSƏNBƏR XANIMIM EŞQİNƏ...
Səni Məndən soyuq günlər aldı...
Səni məndən fevral aldı...
Mən Sənin eşqinə yazılar yazdım...
Mən sənin eşqinə şeirlər söylədim...
Şeirlər yazdım, ama yazdım,
Ən ülvi sevgim dedim,
Ən İlahi eşqim dedim,
Anam dedim... Vətənim dedim,
Ana Vətən dedim !
Səndən sonra kimsəni belə sevmədim
Səndən sonra, sonra...
Səndən sonra yaşamadım ki ?..
Sadəcə yaçamağa çalışdım,
Sadəcə olaraq.
Sadəcə alışmağa çalışdım,
Sadəcə alışdım,
Arxasızlıq imiş Anasızlıq,
Kimsəsizlik imiş Anasızlıq...
Sussuz boz səhralarda,
İstidən qovrulmaq imiş Anasızlıq,
Soyuq havalarda buz tutmaq,
Hörmətsizlik imiş Anasızlıq.
Boz səhralarda tənha yürümək
Bəxtsizlik imiş Anasızlıq !
P. S. Sənin kimi nə sevgim olacaq, nə də ürək ağrım !
Sənə o qədər Aşiq idim,
Səndən başqa nə dostum vardı, nə də rəfiqəm...
Dostum da səndin, rəfiqəm də.
Səndən sonra da olmadı.
Sadəcə yaşadım...
Kefli İsgəndərə döndüm,
Tanrı onsuz da səni məndən almışdı !
Duzumu, çörəyimi, havamı,
Suyumu almışdı.
Daha nəyi alacaqdı ki ?
Nədən hər şeyimi yarımçıq etdin, nədən ?
Oğrumu idim, quldurmu idim ...
Məni də sən yaratmamışdınmı ?
Oğrulara, quldurlara bol- bol verdin
Tale- qisməti nədən əsirgədin məndən ?
Günahım nəydi ?
Doğru Anama bağlılığım
Bu Böyük sevgi məni sonadək
Qəhr edəcək ...
Qəhr edib də məhv edəcək,
Bilməzdim ki, İlahi- Ata- Ana,
Vətən sevgisi sonda cəzalanacaq...
Bilməzdim...
26. 07. 23. Bakı
o qədər qəhr oldum ki, Göyçəni tərənnüm edərkən, Sizləri sevərkən tüstüm təpəmdən çıxdı, bu Vətəndən- Sizlərdən yaza- yaza öldüm !
Mən yaza- yaza öldüm...
Ölə - ölə yazma, yaza- yaza Öl- M. Araz. Mən həsrətdən o qədər qovruldum ki, Vətəni səslədim, Ocaqlarımızı harayladım, Nənəm- Babam, Göygözlü Əzizlərim dedim ... yaza- yaza öldüm axı... bu yanğı qovurdu məni, günün birində isə sovuracaq...
İnsanlıq çoxdan kar və kordur.
*****
Tanrının bir Günü...
Bir gün itib gedəcəyəm bu yerlərdən...
Nə izim, nə tozum qalacaq,
Elə bəxtəvər də doğulmadım...
İzim – tozum qalsın,
Qəm boyda nisgilim- dərdim qalacaq...
Dünya boyda kədərim qalacaq-
Bir də ürəyimin yağı ilə,
Qğlbimə axan göz yaşları ilə...
Yazdığım- pozduğum yazılarım-
kitablarım qalacaq,
Heç onlarda qalmayacaq...
Nə dərdim, nə kədərim...
İnsan kimi düşünən Kəpənək...
Kəpənək kimi də yox olacaq...
Bir gün itib gedəcəyəm bu yerlərdən-
Xoşbəxt Ulduz
altında doğulmadım ki, Mən...
30. 11. 23. Bakı, M. İ.
******
Sən Mənin inandırdın ANA...
Yol gedirəm, bir hüzn, bir də Mən...
Bu nə hüzn, bu nə Mən ...
Yarım nəğməm yol yoldaşım,
Sən Məni inandırdın,
Həyatın kədər, hüzn olduğuna.
İnandırdın Məni ,
İnandırdın həyatın zarafat olduğuna...
İnandırdın ölümün gerçəkliyinə !
Sən Məni inandırdın, Göylər aləminə,
Yeddi Ulduzlu Səmaya.
Cənnətin deyil, cəhənnəm olduğuna,
Cənnət sirli bir aləm...
Cəhənnəm yaşadığım dünya !
Ana Sən Məni inandırdın ...
Göyün yeddinci qatına qalxdığına!
İnandırdın, Sizlərin bir Cənnət olduğuna !
31. 12. 23. Bakı ş
MƏLAHƏT İSMAYILQIZI
AYB-nin, AJB-nin üzvü, tədqiqatçı-yazar