usd-1.7000 eur-1.7513 rub-1.6667
Bakı 5°C 2.24 m/s
Son xəbərlər
14-01-2025
12-01-2025
11-01-2025
10-01-2025
09-01-2025

ŞƏHİDLƏR -Qazilər

İstiqlal günü doğulan Şəhid Sabir Səmədov - Vüqar Əsgər yazır

İstiqlal günü doğulan Şəhid Sabir Səmədov Bu gun 28 may Dünya Azərbaycanlıları üçün ən önəmli günlərdən biridir.  1918-ci ilin bu günü Şərqdə ilk Demokratik Respublika ...

DÜNYA ƏDƏBİYYATDAN

  16 yaşlı oğulluğu ilə eşq yaşayan yazıçı  Sidoni Qabriel Kolett

    1001info.az Kulis.az -a istinadla  “Həyatı film olanlar” layihəsində fransız yazıçısı, Qonkur Akademyasının üzvü Sidoni Qabriel Kolett haqda “Kolett” bədii filmini ...

İDMAN

MARAQLI

BU DA KEÇƏR, DARIXMA... - Məlahət İSMAYILQIZI yazır

details

CƏMİYYƏT

12.01.2025, 10:25 Oxunub: 1057

BU DA KEÇƏR, DARIXMA...

  Dərvişliyə adət edib, aləmdə sultan olmuşuz- Şah İsmayıl


   Çoxlarına məlum olan məntiq, məlum olsa da düşündürən, çətin hallarımızda qayğılar içində üzdüyümüz boz- qara mühitdə ehtiyacı olduğumuz yeganə təsəllimiz “Bu da keçər, darıxma “...        Hələ lap uzaq dönəmlərdə  Cənubi Azərbaycandan olan gözəl şairəmiz Hökümə Billuri – çox sevdiyim yaradıcı İnsan- şair. Xüsusən nisgil , həsrət qoxulu bənövşələrə bənziyən Vətən- Ocaq həsrətlisi zəngin yaradıcılığı... və çox sevərdim Hökümə xanımın bu beytlərini : 


   Uşaqlıq illərim Zəncan olaydı...
   Səni gördüyüm o an olaydı....
   Bir də görüşməyə imkan olaydı...


Və bir həqiqəti də deməliyəm ki, hələ uşaqlıqdan bildiyim və sevdiyim bu şeir parçasını Ulu Vətənim Göyçədən ayrı düşəndən sonra hətta sözlərini bir qədər dəyişərək  öz AlaGözlü Göyçəmi- Atamı- Anamı  səslərdim:

  Uşaqlıq illərim Güney olaydı...

  Bir də görüşməyə imkan olaydı...
  Sizləri gördüyüm o an olaydı !


 Lakin bu şairə xanım- Hökümə Billuri  yaddaşımda daha bir ibrətamiz epizodla yaşayır. Belə deyək, aforizmə dönən sözləri ilə... “Bu da keçər darıxma”. Unutmayaq ki, atalar sözləri, zərb- məsəllər, aforizmləri yaradan da elə bizlər- İnsanlar özləri olmuşlar. Belə ifadələr, ibrətamiz hekayətlər yol göstərir, düşündürür, nəticə çıxar deyir insana. Biz cəhaləti yenəndə, yəni yenə biləcəyikmi, bax, tam mənası ilə məhz o zaman zəfər qazanacağız. Və “Toplumsal Zəfər cəhaləti yenməklə qazanılır- M. K. P. Atatürk”
 Hökümə xanım əlinə taxdığı bir üzük və atasının illər öncə qızına etdiyi nəsihət ...“ bu da keçər,  darixma” kimi məntiqi- fəlsəfi sözlər və tək bircə cümlədə ağrı- acılı bir prosesdən çırpınıb ayağa qalxmaq hünəri verən ifadə, yenə də “ bu da keçər darıxma”...Bu həyatın bir tapmaca, fəlsəfə və məntiqdən yoğrulduğunun anlamı bir cümlə ilə səni düşündürür, susursan, susduqca sözlərdəki hikməti bir daha anlıyırsan : Bu da keçər, darıxma... Səhv etmirəmsə, bu aforizm hətta Şərq- Qərb demədən Şahların belə üzüklərində öz əksini tapmışdır, dara düşəndə, çıxılmaz bir yola dönüşdə.
 Və bu fəlsəfi  məntiq  hər birimizin həyatında  həyat tərzindən irəli gələn ağrı- acılı dünyamız , nəhayətində bizlərə verilən ümid...” hər şey gözəl  olacaq” deyimi kimi. Təyyarə qəzasında həlak olan hünərvər – Milli Qəhrəman adına layiq görülən Hökümə Əliyeva- və qəzada həlak olan İnsanlar. Əslində hər biri yaşam mücadiləsi verdilər. Ruhları şad olsun! Yenə də sabahlar naminə... “Hər şey gözəl olacaq”. Sadəcə bir şey əlavə edə bilərəm, bu Azərbaycanın daşı yaman ağırdır, çoxlarının başına düşüb. Nə etməli, çörəyimizin duzu yoxdur !
    Əgər sabahlar açılmasa, yox sabahlar açılmalıdı,  hər halda sonda yenə də bizi yaşadan Ümid-dir. Onsuz da “Çıxıb getməyə qurulub bütün saatlar- R. Behrudi”. 


  Ədalətin Günəşi çoxdan qürub etmişdir, 
  Həqiqət üzərində nadanlıq qalib gələrkən!
   Nə etməli... bu da keçər darıxma !


Və bu da keçər, darıxma, izsizmi- ağrısızmı, itkisizmi keçir həyatımız. Ən böyük acılarımızı belə “şükür bu gününə” kimi təsəlliverici sözlərlə başlayır və qorxaraq, çünki, sabahlardan nigaranıq biz. Yenə də nə etməli, bu gününə də şükür edərək, özümüzü aldadaraq yaşamaqdayıq. 
Elə hər iki deyim, istər “bu da keçər darıxma” və “bu gününə şükür İlahi” belə düşüncə və deyimlər kütlə adlandırılaraq hökm sürənlərin “cahillərə” verdikləri təsəllidən başqa bir şey deyildir. Sözsüz, Tanrı böyük və ədalətlidir, Onun bir mizan tərəzisi var və olmalıdır. Çünki, ...


   Zamanın gedişatı, insanlığın faciəsi,
  “Daşın tərəziyə düz salınmaması”,
   Ağla qara yanaşı dayanmadı,
   Qara Ağın Gözəlliyini əlindən aldı...
   Bəlkə elə budur həyat fəlsəfəsi?!


Bəlkə bir qədər bu aforizmsayağı şeirə bir düzəliş edək, “bəlkə... elə budur həyat həqiqəti”...Yenə də nə etməli, “buna da şükür”. 
Darıxmayaq, səbr edək, “bu da keçər darıxma”. Lakin unutduğumuz bir amil də var, XV əsrin Nəsimisi belə etiraz edir, üsyan edir...


 Ey Nəsimi, səbr elə, qılma fəğan,
  Mən bu gün səbr eləsəm,
   dəxi fəğanı neylərəm?!..


“ Səbr eylə, ey qora, halva bişər səndən, bəsləsən atlaz olar tut yarpağından”. Və yenə də müdriklərimizin nəsihətinə qulaq asmaq yetər... Ana Nənəm Məsmə xanım  deyərdi, “Allahın birinci adı Səbrdir, səbr elə”. Ancaq etiraf edək ki, böyük kəlamdır.
  İnsanlardan üz döndərə bilərik, lakin tapındığımız yenə də Uca Yaradan olmalı!


                                                                                                                      
P. S... Bu gün çoxları özünü “şair” adlandırır. Hətta mənim özümün də mənsur formada nəzmlə yazılarım var. Lakin, mən bir çoxları kimi kimsədən oğurlamıram. Öz düşüncələrimi fəlsəfi anlamda məntiqlə ifadə etmək istəyim yarananda, mən bunları etdim. Hətta, səhv etmirəmsə heç də pis alınmır. 
Və bir amili də diqqətə çatdırmaq istədim, yazılarımda tez- tez özümü M. Cəlilə məxsus “İtburnu Gülü” deyiminə istinad edirəm. Dövranın gərdişi “qızıl gülləri” önə çəkdi, dövranınmı, yoxsa iblisə xidmətmi?!. İştə bu ki, qızıl deyil “qızılgül”...
“Biz qocalıqdan yaşlanmadıq, qayğısızlıqdan, laqeydlikdən, inamsızlıqdan, gəncliyimizi yaşamamaqdan yaşlandıq. Etinasızlıqlar, qısqanclıqlar, xəbisliklərin baş alıb getdiyi- tüğyan etdiyi bir zamanda, insanın- insanlığın günün günorta çağı hətta əldə çıraqla belə tapılmadığı bir zaman bizləri məhv etdi!  
     Qarabağ müharibəsi, Qara Yanvar(1990- 20 Yanvar), Şəhidlərimiz- Xocalı faciəsi ...Və yenə də bu günümüzə şükür- 2020- il Zəfər Qalibiyyətimiz. 
Və fırtınalı bir dünya ilə- zamanla üz- üzəyik. Tanrı özü qorusun insanlığı, Azərbaycanı!


MƏLAHƏT İSMAYILQIZI 
AYB- nin, AJB- nin üzvü, “Qızıl Qələm”, “H.B. Zərdabi” və 
Dədə Ələsgər Ocağının “Fəxri Diplomu”


 

Digər xəbərlər