usd-1.7000 eur-1.7513 rub-1.6667
Bakı 5°C 2.24 m/s
Son xəbərlər
14-01-2025
12-01-2025
11-01-2025
10-01-2025
09-01-2025

ŞƏHİDLƏR -Qazilər

İstiqlal günü doğulan Şəhid Sabir Səmədov - Vüqar Əsgər yazır

İstiqlal günü doğulan Şəhid Sabir Səmədov Bu gun 28 may Dünya Azərbaycanlıları üçün ən önəmli günlərdən biridir.  1918-ci ilin bu günü Şərqdə ilk Demokratik Respublika ...

DÜNYA ƏDƏBİYYATDAN

  16 yaşlı oğulluğu ilə eşq yaşayan yazıçı  Sidoni Qabriel Kolett

    1001info.az Kulis.az -a istinadla  “Həyatı film olanlar” layihəsində fransız yazıçısı, Qonkur Akademyasının üzvü Sidoni Qabriel Kolett haqda “Kolett” bədii filmini ...

İDMAN

MARAQLI

Nə üçün sol böyür üstə yatmaq lazımdır?

details

SAĞLAMLIQ

11.01.2025, 11:43 Oxunub: 143

Hansı vəziyyətdə yatmaq sağlamlıq üçün daha faydalıdır?

Bu suala cavab vermək üçün alimlər onlarla araşdırma və eksperiment aparıblar. Bir çox belə araşdırmaların nəticələri göstərir ki, məhz sol böyür üstə yatmaq sağlamlıq üçün daha faydalıdır.

1001info.az  xarici KİV-lərə istinadla xəbər verir ki, Norveç və Danimarka alimləri 2 il ərzində 1000-dən artıq insanın iştirakı ilə araşdırma aparıblar. Alimlər belə qərara gəliblər ki, insanın sağlamlığına və əhvalına onun yatdığı poza çox ciddi təsir edir.  

Alimlər qeyd edir ki, sol böyürü üstə yatan insanlar yuxu zamanı daha yaxşı dincəlir və bərpa olunur və onların sağlamlığı digər pozalarda yatanlarla müqayisədə daha möhkəmdir.

Böyür üstə yatan qadınlar daha çox yaşayır. Tədqiqatçılar aşkar ediblər ki, qadınlar böyür üstə yatmağı kişilərlə müqayisədə daha çox sevir. Alimlərin fikrinə görə, qadınların kişilərdən daha çox yaşamağı da o cümlədən bununla da bağlı ola bilər.

Sol böyür üstə yatmaq nə üçün faydalı sayılır?

- Belə vəziyyətdə mədə qida borusundan aşağıda yerləşir ki, bu da mədə-bağırsaq sisteminin fəaliyyətinə müsbət təsir edir, qıcqırma, qəbizlik, qıcıqlanmış bağırsaq sindromu kimi pozulmaların qarşısını alır.

- Qan dövranı və o cümlədən beyin qan dövranı üçün faydalıdır.

- Xoruldamanın riskini azaldır. Xoruldama zamanı insanda nəfəsalmanın ani dayanması mümkündür ki, bu da erkən ölümün riskini artırır. Həm də xoruldayan insanlar gecə pis yatır və səhər yorğun və halsız olur.

Alimlər qeyd edir ki, ürək çatışmazlığından əziyyət çəkən və infarkt keçirdən insanlar sol böyürü üstə yatmamalıdır. Bu onlara ziyan vura bilər.

Digər xəbərlər