usd-1.7000 eur-1.9755 rub-2.0799
Bakı 16°C 13.33 m/s
Son xəbərlər
09-10-2025
08-10-2025
03-10-2025
30-09-2025
29-09-2025

ŞƏHİDLƏR -Qazilər

Burdan bir atlı keçdi...

Mən bir igid tanıyıram. Uşaqlığı şahə qalxan at belində keçən, qorxmaz, cəsur, hələ kiçik məktəb yaşlarında olanda Şiraslan əmisinin evi yananda evin damına dırmaşıb alovlanan bacaya su töküb ...

DÜNYA ƏDƏBİYYATDAN

  16 yaşlı oğulluğu ilə eşq yaşayan yazıçı  Sidoni Qabriel Kolett

    1001info.az Kulis.az -a istinadla  “Həyatı film olanlar” layihəsində fransız yazıçısı, Qonkur Akademyasının üzvü Sidoni Qabriel Kolett haqda “Kolett” bədii filmini ...

İDMAN

MARAQLI

Azərbaycanlı aktyorlarla türk filmi - "Nisan"

details

MƏDƏNİYYƏT

14.03.2024, 10:01 Oxunub: 513

Türkiyənin Eslem film şirkəti tərəfindən istehsal edilən “Nisan” filmi 14 martdan etibarən Nizami Kino Mərkəzində və Park Cinema kinoteatrlarında nümayiş etdiriləcək.


75 dəqiqə xronometrajlı dram filmiin rejissoru və ssenari müəllifi İbrahim Bülbül, prodüserləri Yalçın Çoban və Metin Yücəldir. Filmin aktyor heyətində azərbaycanlı aktyorla yanaşı, digər yaradıcı heyətdə də həmyerlilərimiz yer alırlar.
Filmdə əsas rollarda Erhan Ufak, Canan Nəzirova, Novruz Cəfərov, Rəşad Kəsəmənli, Murad Abdullayev, Səbuhi Zaman, Şahin İmaməliyev, Vurğun Həsənov, Cihan Şəntürk, Şeyda Aydın iştirak ediblər.
Tamer yağışlı bir gündə boş küçədə tənha gəzərkən balaca bir it balasına rast gəlir. Onu evə aparır, adını Nisan qoyur. Tamer Nisanın qayğısına qalır və böyüdür. Bir gün bir silahlı dəstə Nisana atəş açır. Tamer polisə şikayət edir. Orada Serap adlı polis onun dərdinə şərik olur. Tamer itini öldürənləri təqib edir və onlardan bu əməli nə üçün törətdiklərini öyrənmək istəyir. Arada yaranan mübahisədə Tamer özünü qorumaq məqsədilə bir gənci öldürmək məcburiyyətində qalır. Polisin isə son hadisədən xəbəri yoxdur.
Filmin çəkilişləri Türkiyədə və Azərbaycanda aparılıb.

Digər xəbərlər