usd-1.7000 eur-1.8198 rub-0.0182
Bakı 19°C 6.41 m/s
Son xəbərlər
24-04-2024
23-04-2024
22-04-2024

ŞƏHİDLƏR -Qazilər

Burdan bir atlı keçdi...

Mən bir igid tanıyıram. Uşaqlığı şahə qalxan at belində keçən, qorxmaz, cəsur, hələ kiçik məktəb yaşlarında olanda Şiraslan əmisinin evi yananda evin damına dırmaşıb alovlanan bacaya su töküb ...

DÜNYA ƏDƏBİYYATDAN

  16 yaşlı oğulluğu ilə eşq yaşayan yazıçı  Sidoni Qabriel Kolett

    1001info.az Kulis.az -a istinadla  “Həyatı film olanlar” layihəsində fransız yazıçısı, Qonkur Akademyasının üzvü Sidoni Qabriel Kolett haqda “Kolett” bədii filmini ...

İDMAN

MARAQLI

Boğaz ağrılarında istifadə etdiyimiz ən mühüm müalicə üsulları... 

details

SAĞLAMLIQ

28.07.2022, 12:29 Oxunub: 2432

 
  Bu gün mövzumuz boğaz ağrısıdır.
* Boğaz ağrılarında istifadə etdiyimiz ən mühüm müalicə üsullarından biri limon suyu ilə qarqara etməkdir. Bu, necə edilir? Bir stəkan ilıq suya təxminən yarım ya da bir bütöv limon sıxılır. Bununla gündə 3-4 dəfə qarqara edilir.
*     Boğaz ağrısı üçün digər üsul xüsusilə təbii, qarışıqsız alma sirkəsinə batırılmış əski boğaza bir dəsmalla bağlanılır. Bunun həqiqətən çox faydası var. Digər tərəfdən, yaxşı olar ki, xəstənin ayaqları da sirkəli suya batırılmış əskiyə qoyulsun, istilənənə qədər orada qalsın, sonra götürülsün, ayaqlar qurulanaraq örtülsün.
*     Boğaz ağrısı üçün gözəl üsullardan biri də çay qaşığının ucunda sarıkök (zerdeçal), zəncəfil tozu və çox az qara bibəri bir yemək qaşığı zeytunyağı ilə qarışdırıb içmək. Xüsusilə qrip və ya angina dediyimiz tonsillit xəstəliklərində boğaz ağrısını rahatladan gözəl bir qarışıqdır. 
* Boğaz iltihabında tətbiq olunan faydalı bitki müalicələrindən biri də torpaqdan təzə çıxan çuğundurun suyu ilə qarqaradır.
* Hər iki saatda bir boğazın çöl tərəfinə kələm yarpağı sarımaq da boğaz ağrısını yüngülləşdirir.
* Duzlu su ilə qarqara etmək də boğaz ağrılarını rahatladan təbii üsullardan biridir. Bir stəkan soyuq suda bir çay qaşığı duzu əridib qarqara edirik. Amma bu duzlu su ilə qarqara uşaqlar deyil, yetkinlər üçün tətbiq olunan bir üsuldur.
* Şalfey (adaçayı) bitkisi boğaz ağrılarında xüsusi bir yerə malikdir, soyuqdəymə, qrip və badamcıq infeksiyasında çox rahatlıqla istifadə edilir, diş əti, damaq və boğaz iltihablarına qarşı da çox təsirlidir. Şalfey həm qarqara edilə bilir, həm də ayrıca çay kimi də içilir. Tənəffüs sisteminə rahatlaşdırıcı təsir göstərir.
  Şalfeylə bağlı el arasında maraqlı bir deyim var: "Əgər həyətində şalfey əkmisənsə, nə gərək var ölməyə".
  13-cü əsrdən istifadə edildiyi məlum olan şalfey bitkisinin elmi dildə - botanikada adı “salvia”, latınca “salvere”dir ki, mənası “qorumaq”, “mühafizə etmək” deməkdir.
  Misirlilərin doğuşu artırmaq üçün istifadə etdikləri şalfey ilə antik yunan və Roma dövrü insanları əti qoruyurdu.
  Qurudulmuş şalfey otu və yarpaqlarının yandırılıb tüstüsünün evə, otaqlara verilməsi ilə isə dezinfeksiya edirdilər.  
  Qədimdən indiyə qədər gələn belə bir inanc da var ki, şalfeyi dəmləyərək çayını içən adam belə asanlıqla xəstə olmaz.
  Bu gün daha çox soyuqdəymə, qrip, boğaz ağrıları, səs batmasına qarşı istifadə edilən şalfey həm də depressiya, yaddaş itkisi, xərçəng və ürək narahatlıqlarına qarşı bir qoruyucudur.  

Şalfey orta əsrlərdə vəbaya qarşı immunitet qazandıran "Dörd oğru sirkəsi" tərkibində də istifadə edilib.  


  “Dörd oğru sirkəsi” adını tarixi bir hadisədən alıb. 14-cü əsrdə indi Fransaya aid Marsilya şəhərində vəba epidemiyası yaşanır. Epidemiya bütün Avropanı bürüyür və o dövrdə o coğrafiyada 25 milyon insanın ölümünə səbəb olur. Dörd oğru isə vəbadan ölənlərin kəndlərindəki ev və dükanları soyur, ancaq bu xəstəliyə tutulmur. Bir gün bu oğrular vəbadan ölən qurbanlarını soyarkən cinayət başında yaxalanır. Haqlarında edam cəzası veriləcək, ancaq vəba xəstəliyindən necə qurtulduqlarını söyləsələr, əfv olunacaqlar. Onlar da bir sirkə ilə əllərini yuduqlarını və həm də bu sirkə ilə qarqara etdiklərini deyirlər. Oğrular əfv edilərək küçələrdə bu sirkənin hazırlanmasını insanlara göstərmələri qarşılığında buraxılırlar.
  O zamandan bəri əsrlərdir “Dörd oğru sirkəsi” adı ilə tanınan, içinə şalfey bitkisi də qatılmış sirkə bir çox xəstəliyin müalicəsində istifadə olunur. Soyuqdəymə və qripdə, boğaz və badamcıq ağrılarında, səs batıqlarında, hətta kovid infeksiyalarında belə şalfey məsləhət görüləsi ən faydalı bitkilərdəndir və Anadolu torpaqlarında qədimdən bəri çox sıx istifadə edilir.

Digər xəbərlər