usd-1.7000 eur-1.8907 rub-0.0183
Bakı 20°C 2.8 m/s
Son xəbərlər
17-09-2024
16-09-2024
15-09-2024
08-09-2024
04-09-2024
30-08-2024
29-08-2024
21-08-2024

ŞƏHİDLƏR -Qazilər

İstiqlal günü doğulan Şəhid Sabir Səmədov - Vüqar Əsgər yazır

İstiqlal günü doğulan Şəhid Sabir Səmədov Bu gun 28 may Dünya Azərbaycanlıları üçün ən önəmli günlərdən biridir.  1918-ci ilin bu günü Şərqdə ilk Demokratik Respublika ...

DÜNYA ƏDƏBİYYATDAN

  16 yaşlı oğulluğu ilə eşq yaşayan yazıçı  Sidoni Qabriel Kolett

    1001info.az Kulis.az -a istinadla  “Həyatı film olanlar” layihəsində fransız yazıçısı, Qonkur Akademyasının üzvü Sidoni Qabriel Kolett haqda “Kolett” bədii filmini ...

İDMAN

MARAQLI

Braziliya və Azərbaycan arasında Memorandum imzalandı - Fotolar

details

CƏMİYYƏT

17.09.2024, 17:56 Oxunub: 42

Kənd təsərrüfatı naziri Məcnun Məmmədov Braziliyanın Kuyaba şəhərində “Böyük iyirmilik” (G20) ölkələrinin Kənd Təsərrüfatı Nazirlərinin Toplantısı çərçivəsində ikitərəfli görüşlər keçirib.

1001info.az  xəbər verir ki, Məcnun Məmmədov əvvəlcə Braziliyanın kənd təsərrüfatı və heyvandarlıq naziri Karlos Favaro ilə görüşüb.

Görüşdə Azərbaycanla Braziliya arasında aqrar sahədə əməkdaşlıq və hüquq-müqavilə bazasının yaradılması, kənd təsərrüfatı məhsullarının ticarət dövriyyəsinin artırılması, aqrar sahədə ən müasir texnologiyaların transferi, heyvandarlıq sahələrində əməkdaşlığın gücləndirilməsi, aqrar sektorda elmi-tədqiqat sahəsində təcrübə proqramlarının həyata keçirilmə məsələləri müzakirə olunub.

İkitərəfli görüş zamanı Azərbaycan və Braziliya arasında kənd təsərrüfatı sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb. Sənədi Məcnun Məmmədov və Karlos Favaro imzalayıb.

Anlaşma Memorandumunda aqrar sahədə gələcək əməkdaşlığın istiqamətləri öz əksini tapıb.

Digər xəbərlər