usd-1.7000 eur-1.8227 rub-0.0185
Bakı 16°C 2.95 m/s
Son xəbərlər
26-04-2024
25-04-2024
24-04-2024
23-04-2024

ŞƏHİDLƏR -Qazilər

Burdan bir atlı keçdi...

Mən bir igid tanıyıram. Uşaqlığı şahə qalxan at belində keçən, qorxmaz, cəsur, hələ kiçik məktəb yaşlarında olanda Şiraslan əmisinin evi yananda evin damına dırmaşıb alovlanan bacaya su töküb ...

DÜNYA ƏDƏBİYYATDAN

  16 yaşlı oğulluğu ilə eşq yaşayan yazıçı  Sidoni Qabriel Kolett

    1001info.az Kulis.az -a istinadla  “Həyatı film olanlar” layihəsində fransız yazıçısı, Qonkur Akademyasının üzvü Sidoni Qabriel Kolett haqda “Kolett” bədii filmini ...

İDMAN

MARAQLI

Bu qar quşlara da çörək olmadı... - Bəxtiyar Qaraca

details

ƏDƏBİYYAT

09.01.2023, 18:02 Oxunub: 1345

1001info.az "Günün şeiri" rubrikasında Bəxtiyar Qaracanın "Səndən sonra yağan qar" şeirini təqdim edir.

Səndən sonra yağan qar

Səndən sonra yağan qar
yağar bu şəhərin küçələrinə.
Yağar bu şəhərin-
ayı qaçırılmış,
ulduzu doğranmış gecələrinə.

Tənha küçələrdə qarılar gəzər,
Yeriyər ağappaq qayğıları da.
Bir gün bu şəhərin qarı ərisə,
əriyər ağappaq qarıları da.

Orda üfüqlərin rəngi qan dadır,
Cavan ağacların budağında qan...
Üzümü -gözümü göyə sürtərəm
Gözlərim qar dolu qan olanacan.

Səndən sonra yağan qar
Daha bu şəhərə gərək olmadı
Bir az qaygısı da artdı yolların,
Bu qar quşlara da çörək olmadı...

 

Digər xəbərlər