usd-1.7000 eur-1.8238 rub-0.0183
Bakı 21°C 4.64 m/s
Son xəbərlər
29-04-2024
28-04-2024
26-04-2024
25-04-2024
24-04-2024
23-04-2024

ŞƏHİDLƏR -Qazilər

Burdan bir atlı keçdi...

Mən bir igid tanıyıram. Uşaqlığı şahə qalxan at belində keçən, qorxmaz, cəsur, hələ kiçik məktəb yaşlarında olanda Şiraslan əmisinin evi yananda evin damına dırmaşıb alovlanan bacaya su töküb ...

DÜNYA ƏDƏBİYYATDAN

  16 yaşlı oğulluğu ilə eşq yaşayan yazıçı  Sidoni Qabriel Kolett

    1001info.az Kulis.az -a istinadla  “Həyatı film olanlar” layihəsində fransız yazıçısı, Qonkur Akademyasının üzvü Sidoni Qabriel Kolett haqda “Kolett” bədii filmini ...

İDMAN

MARAQLI

Fürudin bəy Köçərli adına Uşaq Kitabxanasında görüş keçirilib

details

ƏDƏBİYYAT

16.04.2024, 12:05 Oxunub: 589

Uşaq Kitabxanasında körpə fidanlarla görüş keçirilib.


Bu gün “Sübhnur” Tədris Mərkəzinin rəhbəri Gülnarə Hüseynovanın təşəbbüsü ilə Mərkəzin bir qrup şagird və valideynlərinin iştirakı ilə Fürudin bəy Köçərli adına Uşaq Kitabxanasında görüş keçirilib.

Tədris Mərkəzinin rəhbəri G.Hüseynova tədbiri açaraq görüşdə iştirak edən valideyn və şagirdləri, gələn qonaqlar salamlayaraq ölkəmizdə uşaqların dövlət qayğısı ilə əhatə olunduğunu diqqətə çatdırıb. O bildirib ki, bu istiqamətdə mühüm dövlət proqramları həyata keçirilir. Heydər Əliyev Fondu tərəfindən son illərdə bu istiqamətdə mühüm işlərin reallaşdırıldığını deyən G.Hüseynova diqqətə çatdırıb ki, uşaqların hərtərəfli şəxsiyyət və layiqli vətəndaş kimi formalaşmaları müstəqil Azərbaycanın dövlət uşaq siyasətinin aparıcı istiqamətidir. O qeyd edib ki, uşaq və yeniyetmələrin milli-mənəvi dəyərlərimizə, tarixi köklərimizə bağlı, vətənpərvər ruhda böyüdülməsi ən ümdə məsələdir. “Bəli, bu gün onlar uşaqdır, gəncdirlər. Amma bir neçə ildən sonra bu nəsil dövlətimizi idarə edən, onun sağlamlığının, asayişinin, mədəniyyətinin keşiyində dayanan, ölkəmizi daha da inkişaf etdirən savadlı, müasirgörüşlü, rəqabətədayanıqlı mütəxəssislər, həkimlər, müəllimlər, mühəndislər olacaqlar. Bu baxımdan gənc nəslin vətənpərvərlik, tariximizə, milli köklərə bağlılıq, böyüklərə yüksək ehtiram və mənəvi zənginlik duyğuları ilə tərbiyə olunması, onların şəxsiyyət və vətəndaş kimi formalaşması üçün ailə də, dövlət də məsuliyyət daşıyır. Məhz həyata keçirilən məqsədyönlü siyasətin nəticəsidir ki, bu gün ölkəmizdə yüksək intellektual səviyyəyə, milli düşüncəyə malik gələcək nəsil formalaşır” – G.Hüseynova belə deyib.

Tədbirdə çıxış edən Azərbaycan Yazıçılar Birliyinin üzvü, tarix üzrə fəlsəfə doktoru İradə Əlili uşaqları salamlayaraq öz yazdığı hekayələrdən danışıb, bir birindən gözəl şeirlərini səsləndirib. Yazıçı qeyd edib ki, gələcəkdə cəmiyyətin dəyərli üzvünə çevrilmək üçün körpə fidanlar daha yaxşı oxumalı, ata-analarının sözünə qulaq asmalı, daima öz üzərlərində çalışmalıdırlar. Bu görüş körpə fidanların böyük marağına səbəb olub. Xatırladaq ki, hər bir uşaq kitabxanaya abunə olaraq istədiyi kitabı əldə edib. Tədbirin sonunda G.Hüseynova yazıçı İ.Əliliyə təşəkkürnamə təqdim edərək, bu tədbirə qatıldığı üçün minnətdarlığını bildirib.

Digər xəbərlər