usd-1.7000 eur-2.0052 rub-2.0331
Bakı 22°C 4.5 m/s
Son xəbərlər
26-03-2024
23-03-2024
22-03-2024
19-03-2024

ŞƏHİDLƏR -Qazilər

Burdan bir atlı keçdi...

Mən bir igid tanıyıram. Uşaqlığı şahə qalxan at belində keçən, qorxmaz, cəsur, hələ kiçik məktəb yaşlarında olanda Şiraslan əmisinin evi yananda evin damına dırmaşıb alovlanan bacaya su töküb ...

DÜNYA ƏDƏBİYYATDAN

  16 yaşlı oğulluğu ilə eşq yaşayan yazıçı  Sidoni Qabriel Kolett

    1001info.az Kulis.az -a istinadla  “Həyatı film olanlar” layihəsində fransız yazıçısı, Qonkur Akademyasının üzvü Sidoni Qabriel Kolett haqda “Kolett” bədii filmini ...

İDMAN

MARAQLI

Bu şəxslər 500 manat CƏRİMƏLƏNƏCƏK

details

CƏMİYYƏT

13.02.2024, 12:53 Oxunub: 431


Paytaxtın müxtəlif ərazilərində divarlara "МЕФ", "СК" , "24ks.cc" kimi psixoaktiv/narkotik maddə mefedronun, yaxud mefedron tərkibli dərmanların "ləqəbi", narkoşəbəkənin saytının adı yazılır. Bu divarlar xüsusən də, uşaqların, yeniyetmələrin təhsil aldığı məktəblərin yaxınlığı olur.
Qanunvericiliklə bu cür təbliğat aparan adamları hansı cəzalar gözləyir?


1001info.az  xəbər verir ki, mövzu ilə bağlı Sfera.az-a açıqlama verən vəkil Turan Abdullazadə bildirib ki, qadağan olunmuş şeylərin reklam edilməsinə görə cərimə tətbiq edilir:

"Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.10-cu maddəsinə əsasən reklamı qadağan olunmuş məhsulların, texnikanın, xidmətlərin reklamına, habelə reklam yayımının qanunla müəyyənləşdirilmiş qayda və tələblərinə əməl edilməməsinə görə - vəzifəli şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə, hüquqi şəxslər min manatdan iki min manatadək məbləğdə cərimə edilir".
Hüquqşünas qeyd edib ki, narkotik vasitələrinin istifadəsinə maraq yaradan vətəndaşları 10 ilədək həbs cəzası gözləyir:
"Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 236.2.3-cü maddəsinə əsasən, narkotik vasitələrin və ya psixotrop maddələrin istehlakına təhrik etmə-bilə-bilə yetkinlik yaşına çatmayan, iki və ya daha çox şəxs barəsində törədildikdə beş ildən on ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Bu əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya başqa ağır nəticələrə səbəb olduqda-yeddi ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır".

Digər xəbərlər