usd-1.7000 eur-1.8459 rub-0.0200
Bakı 26°C 14.66 m/s
Son xəbərlər
14-07-2024
10-07-2024
09-07-2024
08-07-2024
05-07-2024
04-07-2024

ŞƏHİDLƏR -Qazilər

İstiqlal günü doğulan Şəhid Sabir Səmədov - Vüqar Əsgər yazır

İstiqlal günü doğulan Şəhid Sabir Səmədov Bu gun 28 may Dünya Azərbaycanlıları üçün ən önəmli günlərdən biridir.  1918-ci ilin bu günü Şərqdə ilk Demokratik Respublika ...

DÜNYA ƏDƏBİYYATDAN

  16 yaşlı oğulluğu ilə eşq yaşayan yazıçı  Sidoni Qabriel Kolett

    1001info.az Kulis.az -a istinadla  “Həyatı film olanlar” layihəsində fransız yazıçısı, Qonkur Akademyasının üzvü Sidoni Qabriel Kolett haqda “Kolett” bədii filmini ...

İDMAN

MARAQLI

Alimlərin araşdırması: Fillər bir-biri ilə adları vasitəsilə ünsiyyət qururlar

details

MARAQLI

23.11.2023, 15:54 Oxunub: 3192


Alimlərin araşdırmasına görə, fillər bir-birini adları ilə səsləyir.
1001info.az “İki sahil”-ə istinadla  xəbər verir ki, alimlərin apardığı tədqiqat heyvanların koqnitiv qabiliyyətləri barədə təsəvvürü növbəti dəfə dəyişib. Düzdür, fil ən ağıllı heyvanlardan biridir, elm tərəfindən yaxşı öyrənilib. Lakin bu yaxınlarda beynəlxalq alimlər qrupu əsl sensasiya yaradacaq araşdırma aparıblar: Afrika filləri bir-biri ilə adları vasitəsilə ünsiyyət qururlar. Buna bənzər hal heyvanlar aləmində heç vaxt müşahidə olunmayıb.
Bəzi heyvanların bir-birinə səslə məlumat ötürmələri məlumdur. Məsələn, yemək haqqında, yaxınlaşan yırtıcılar barədə. Lakin bu səslər “sosial” deyil, instinkt səviyyəsində işləyir.
Alimlərin araşdırmasına görə, fillər planetimizdə yeganə heyvanlardır ki, insanlar kimi bir-birinə adlar verirlər. Bu qənaətə alimlər Afrika fillərini öyrənəndən sonra gəliblər. Cəmi 527 müxtəlif cür səs qeydə alınıb. İlk baxışda bunlar bizim qulağımız üçün demək olar ki, eyni səslərdir. Fillərin bir-birinə müraciətini, yəni “adları” digər səslərdən ayırd etmək üçün kompüter modelindən istifadə olunub. Alimlər səslərə məntiqi cəhətdən yanaşıblar. Əgər fillər eyni fili səsləyirdilərsə, o halda eyni səsi çıxarırdılar və bu səs onun “adı” idi. Deməli, bu qrupun bütün üzvlərinin adları var və məhz adlar vasitəsilə bir-biri ilə təmas qururlar.
Qeyd edək ki, delfinlər və tutuquşular da bir-birilərini səsləyirlər. Lakin prinsipial fərq mövcuddur: onlar ad qoymur, yalnız həmin heyvanın çıxardığı səsləri imitasiya edirlər. Faktiki olaraq, hər heyvan müəyyən səs çıxararaq özünə “ad” qoyur. Fillər isə bir-birinə ad qoyan yeganə heyvandır.

 

Digər xəbərlər