usd-1.7000 eur-1.8227 rub-0.0185
Bakı 17°C 4.34 m/s
Son xəbərlər
28-04-2024
26-04-2024
25-04-2024
24-04-2024
23-04-2024

ŞƏHİDLƏR -Qazilər

Burdan bir atlı keçdi...

Mən bir igid tanıyıram. Uşaqlığı şahə qalxan at belində keçən, qorxmaz, cəsur, hələ kiçik məktəb yaşlarında olanda Şiraslan əmisinin evi yananda evin damına dırmaşıb alovlanan bacaya su töküb ...

DÜNYA ƏDƏBİYYATDAN

  16 yaşlı oğulluğu ilə eşq yaşayan yazıçı  Sidoni Qabriel Kolett

    1001info.az Kulis.az -a istinadla  “Həyatı film olanlar” layihəsində fransız yazıçısı, Qonkur Akademyasının üzvü Sidoni Qabriel Kolett haqda “Kolett” bədii filmini ...

İDMAN

MARAQLI

 Novruz Aslanov “Heydər Əliyevin 100 illiyi" yubiley medalı ilə təltif edilib

details

CƏMİYYƏT

19.03.2024, 11:42 Oxunub: 1331

Martın 18-i Milli Məclisin üzvlərinə “Heydər Əliyevin 100 illiyi (1923-2023)” Azərbaycan Respublikasının yubiley medalı təqdim edilib.

Milli Məclisin deputatı Novruz Aslanov da “Heydər Əliyevin 100 illiyi (1923-2023)” yubiley medalı ilə təltif edilən millət vəkillərindəndir. 1001info.az xəbər verir ki, Novruz Aslanov bununla bağlı sosial şəbəkə hesabında sevinc və fəxarət hissini izləyicilərlə paylaşaraq bunu ən dəyərli təltif kimi qiymətləndirib. 

““Heydər Əliyevin 100 illiyi (1923-2023)” yubiley medalına layiq görüldüyüm üçün qürur hissi keçirirəm. İlk növbədə ona görə ki, bu təltif xalqımızın və müstəqil Azərbaycanın Xilaskarı-Ümummilli Lider Heydər Əliyevin adı ilə bilavasitə bağlıdır. Dövlət təltifinə Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev tərəfindən layiq görülməyim isə bir azərbaycanlı kimi mənim üçün xüsusi qürur mənbəyidir. Göstərilən yüksək diqqətə görə cənab Prezidentə dərin minnətdarlığımı bildirirəm. Əminəm ki, Ulu Öndərin siyasi irsi Prezident İlham Əliyevin Liderliyi ilə Xalqımıza və Dövlətimizə bundan sonra da yalnız Qələbələr gətirəcək”-deyə Novruz Aslanov qeyd edib.

Xatırladaq ki,  “Heydər Əliyevin 100 illiyi (1923-2023)” Azərbaycan Respublikasının yubiley medalı əvvəllər Milli Məclisdə fəaliyyət göstərmiş bir neçə şəxsə də təqdim olunub.


 

Digər xəbərlər