ŞƏHİDLƏR -Qazilər
İstiqlal günü doğulan Şəhid Sabir Səmədov - Vüqar Əsgər yazır
İstiqlal günü doğulan Şəhid Sabir Səmədov Bu gun 28 may Dünya Azərbaycanlıları üçün ən önəmli günlərdən biridir. 1918-ci ilin bu günü Şərqdə ilk Demokratik Respublika ...
DÜNYA ƏDƏBİYYATDAN
16 yaşlı oğulluğu ilə eşq yaşayan yazıçı Sidoni Qabriel Kolett
1001info.az Kulis.az -a istinadla “Həyatı film olanlar” layihəsində fransız yazıçısı, Qonkur Akademyasının üzvü Sidoni Qabriel Kolett haqda “Kolett” bədii filmini ...
İDMAN
MARAQLI
Mədəniyyət Nazirliyinin niyyəti çox yaxşıdır, sabaha yaxşı nəzərlərlə baxır...- Novruz ASLANOV
MƏDƏNİYYƏT
26.03.2024, 13:21 Oxunub: 3174Milli Məclisin üzvü, AzQAC-ın prezidenti Novruz Aslanov 1001info.az saytına geniş müsahibə verib. Novruz Aslanov bir-çox sualları cavablandırıb, həyatından, yaradıcılığından maraqlı anları paylaşıb və Milli Məclisin Mədəniyyət Komitəsinin üzvü olaraq ölkəmizdə mədəniyyət sahəsinin inkişafından, görülən işlərdən, atılan məqsədyönlü addımlardan danışıb. Müsahibənin bu bölümünü təqdim edirik:
Kəmalə Mirzəyeva: -Gəlin ürəkaçan mövzulardan danışaq. Ölkəmizdə bir çox sahələrdə böyük irəliləyişlər göz önündədir. Xüsusilə mədəniyyət sahəsində nəzərəçarpacaq dərəcədə yeniliklər var: Ciddi mədəniyyət əsərləri yaranır, forumlar düzənlənir, tədbirlər keçirilir... Siz Milli Məclisin Mədəniyyət Komitəsiniz üzvü olaraq bunu necə dəyərləndirirsiniz?
Novruz Aslanov: - Doğrusu, Milli Məclisin Mədəniyyət Komitəsinin üzvü olaraq qeyd etmək istəyirəm ki, bu sahədə həm keçmişdə , həm də hazırda çox böyük işlər görülüb və görülməkdədir. Bu işə MM-in Mədəniyyət Komitəsi də qanunvericilik sahəsində öz töhfələrini verir -istər qanunların işlənməsi, istər onların qəbul olinmasında. Ən sevindirici hal odur ki, Mədəniyyət Komitəsinə həmişə dəyərli ziyalılarımız, insanlarımız rəhbərlik ediblər - Nizami müəllim, Rafael müəllim, rəhmətlik Qənirə xanım. Hazırda bu sahəyə hörmətli Fazil müəllim rəhbərlik edir. Çünki dəyərli, bilikli insanlar rəhbər vəzifədə çalışanda görülən işlər də keyfiyyətli olur. Çox sevinirəm ki, bu gün Mədəniyyət Nazirliyi ilə yaxşı münasibətlərimiz var. Adil müəllim bir neçə dəfə bizim iclaslarımıza qatılıb, təqdimatlar edib, gələcək perspektivlər haqqında öz fikirlərini söyləyib. Adətən, mədəniyyət üzrə konsepsiya -strateji planlar 2-3-5 ili əhatə edərdi. Amma bu gün hazırlanan konsepsiya 10 ili yox, 20 ili, 30 ili əhatə edir. Bu da çox vacib bir addımdır. Deməli, biz bu gün 20-30 ildən sonrakı cəmiyyətimizdə mədəniyyətin səviyyəsinin necə olacağını müəyyənləşdirməyə çalışırıq. Əsas olan budur ki, bunun üçün hansı addımlar atılmalıdır? Bu, çox unikal yanaşmadır, baxışdır. Mən fürsətdən istifadə edib Mədəniyyət Nazirliyinə, xüsusilə Adil müəllimə, onun komandasna dərin minnətdarlığımı bildirmək istəyirəm. Bu yaxınlarda dinləmələr oldu və orda Fazil müəllimin bütün təklifləri nəzərə alındı. Yəni açıq dinləmələr, açıq təkliflər, ictimai müzakirələr çox vacbdir. Əgər biz işimizin yaxşı olmasını istəyiriksə, insanlara qulaq asmalıyıq, onları dinləməyi bacarmalıyıq. Hesab edirəm ki, bu istiqamətdə, bu səpkidə işlərimiz davam etsə və Mədəniyyət Komitəsi ilə Mədəniyyət Nazirliyi tərəfindən işlənən bu konsepsiya əsasında çox yaxşı nəticələr əldə edə biləcəyik. Çünki mədəniyyət elə bir sahədir ki, daima onun üzərində çalışmaq və boşluqları doldurmaq lazımdır. Deyirlər ki, niyyətin hara, mənzilin də ora. Mən görürəm ki, Mədəniyyət Nazirliyinin niyyəti çox yaxşıdır, sabaha yaxşı nəzərlərlə baxır. Gələcəkdə daha effektiv nəticələr əldə etmək üçün Mili Məcliin Mədəniyyət Komitəsinin hər bir üzvü Mədəniyyət Nazirliyi ilə birgə əlindən gələni edəcəkdir.
Müsahibəni daha ətraflı aşağıdakı linkdən oxuya bilərsiniz:
https://1001info.az/az/posts/detail/yaradanim-hamimizi-sevir-amma-biz-bir-birimizi-basa-dusub-sonacan-seve-bilirikmi-novruz-aslanov-musahibe-1710874908