usd-1.7000 eur-1.9729 rub-2.0219
Bakı 24°C 5.7 m/s
Son xəbərlər
06-09-2026
05-09-2026
25-08-2026
24-08-2026
08-08-2026
30-07-2026
25-07-2026
23-07-2026
21-07-2026
08-07-2026
07-07-2026
03-07-2026
28-06-2026

ŞƏHİDLƏR -Qazilər

Burdan bir atlı keçdi...

Mən bir igid tanıyıram. Uşaqlığı şahə qalxan at belində keçən, qorxmaz, cəsur, hələ kiçik məktəb yaşlarında olanda Şiraslan əmisinin evi yananda evin damına dırmaşıb alovlanan bacaya su töküb ...

DÜNYA ƏDƏBİYYATDAN

  16 yaşlı oğulluğu ilə eşq yaşayan yazıçı  Sidoni Qabriel Kolett

    1001info.az Kulis.az -a istinadla  “Həyatı film olanlar” layihəsində fransız yazıçısı, Qonkur Akademyasının üzvü Sidoni Qabriel Kolett haqda “Kolett” bədii filmini ...

İDMAN

MARAQLI

“Xalq yazıçısı İsmayıl Şıxlı” adlı sərgi açılıb 

details

MƏDƏNİYYƏT, ƏDƏBİYYAT

26.03.2024, 13:34 Oxunub: 2202

Milli Kitabxanada “Xalq yazıçısı İsmayıl Şıxlı” adlı sərgi açılıb.


Xalq yazıçısı İsmayıl Şıxlı Azərbaycan ədəbiyyatı tarixinə böyük həcmli əsərləri ilə bərabər, həm də hekayələri, publisist və tənqidi, ədəbi prosesləri əks etdirən məqalə və çıxışları, dərslik və tərcümələri ilə daxil olan görkəmli yazıçı, alim-pedaqoq, ədəbiyyatşünasdır. O, daim xatırlanan, ən çox oxunan, yerli və xarici oxucuların diqqətini cəlb edən, əsərləri müxtəlif xalqların dilinə tərcümə olunan yazıçılardandır.

1001info.az 525.az-a istinadən xəbər verir ki, İsmayıl Şıxlı ədəbiyyata şeirlə gəlsə də, ancaq özünü nəsrdə tapıb və müasir ədəbiyyatımızda nəsrin ən görkəmli nümayəndəsi kimi şöhrət qazanıb. Yazıçının "Kerç sularında”, "Dağlar səslənir”, "Daşkəsən”, "Ayrılan yollar”, "Dəli Kür”, "Ölən dünyam” və sair əsərləri ədibə ümumxalq məhəbbəti qazandırıb.
"Dəli Kür” romanı nəsrimizin şah əsərlərindən sayılır və yazıçı istedadının nələrə qadir olduğunu, səviyyəsini ortaya qoyur. 
İsmayıl Şıxlı 1919-cu il martın 22-də Qazax rayonunun İkinci Şıxlı kəndində müəllim ailəsində anadan olub. Bu il onun anadan olmasının 105 ili tamam olur.
Bu münasibətlə Milli Kitabxanada ədibin həyat yolu, fəaliyyəti və yaradıcılığı ilə bağlı “Xalq yazıçısı İsmayıl Şıxlı” adlı geniş kitab sərgisi açılıb.
Sərgidə yazıçının əsərləri, dünya ədəbiyyatından tərcümələri,  tərtib və redaktə etdiyi kitablar,  haqqında yazılmış Azərbaycan və müxtəlif dillərdə ədəbiyyatlar nümayiş olunur.
Sərgi 1 həftə davam edəcək.

Digər xəbərlər