ŞƏHİDLƏR -Qazilər
İstiqlal günü doğulan Şəhid Sabir Səmədov - Vüqar Əsgər yazır
İstiqlal günü doğulan Şəhid Sabir Səmədov Bu gun 28 may Dünya Azərbaycanlıları üçün ən önəmli günlərdən biridir. 1918-ci ilin bu günü Şərqdə ilk Demokratik Respublika ...
DÜNYA ƏDƏBİYYATDAN
16 yaşlı oğulluğu ilə eşq yaşayan yazıçı Sidoni Qabriel Kolett
1001info.az Kulis.az -a istinadla “Həyatı film olanlar” layihəsində fransız yazıçısı, Qonkur Akademyasının üzvü Sidoni Qabriel Kolett haqda “Kolett” bədii filmini ...
İDMAN
MARAQLI
ÇİÇƏK TƏNHA OLARKƏN KƏNDİ SAPLAĞINA ƏYİLİR...- Məlahət İSMAYILQIZI yazır
ƏDƏBİYYAT
05.02.2025, 15:58 Oxunub: 275ÇİÇƏK TƏNHA OLARKƏN KƏNDİ SAPLAĞINA ƏYİLİR...
Bilirsinizmi nədən, YALNIZLIQ budur!
Anam Süsənbər Xanımın əziz xatirəsinə
Hər səhər düşünürəm, bu yazını tamamlayım, bu gün, elə bu gün... bir türk aforizmi sənsizliyi mənə elə daddırır, ağı içirtdin bizə həyat, çəkə bilməyəcəyimiz yüklər yükləmə çiynimə. Çünki, oralardan “gedən çox, geri dönən yox”...
Düşmədən bulutlarda qaçmam gərək,
Küsmədən quşlara uçmam gərək,
Bir gün əgər kaybolursam göyüzündə,
Tanrıdan izn alıb dönməm gərək!
Sənin dönməni yaman gözlədim Ana... geri dönməyəcəyini bilirdim, ağırmış Anasızlıq, çəkmək olmur, əgər üstəlik də Ana adlı İlahi xilqətə sonsuz bağlanışın varsa!
Əslində yazı deyil bu...Anasızlığımın- tənhalığımın 18- ilidir. Qara və boz rəngə bürünmüş bir dünya, bomboz İnsanlar... Al- əlvan rənglər dünyasını, Göyçənin Gözəlliklər harmoniyasını - bizlərin Cənnətini özünlə apardın gedərkən. Əslində mənim Cənnətimi apardın özünlə...
Ömür bir fəlsəfə, açması yox,
Müəmma, tapmacası çox...
Həyat, həqiqət yerin üstündəmi,
Yoxsa, yerin altındamı?!.
Cənnət arama, yaşadığın od, ocaq,
Atalı- Analı dünyan imiş Cənnət! - M. İ.
Çox düşünürəm, Səni necə vəsf edim ki, çünki bütün həyatım boyu Səndən nə Ucasını gördüm, nə Gözəlini, nə də Böyük Ürəklisini!
Sənsiz- Sizsiz həyat keçmir, sadəcə ötüb keçir. Sizsiz yaşamağa çalışmaq, sizsizliyə öyrəşmək, və buna özünü alışdırmaq necə də çətinmiş. Yaşıyan bilir. Ətrafı qara rəngli mühit və yenə də boz- qara rəngli insanlar kütləsi bürüyüb. Və bu kütlələr hər gün artmaqdadır. Bu çirkinləşən dünyada yeganə xilas sizin ruhumda yaşatdığım nurdan yoğrulmuş görüntünüzdür.Və mənə verdiyiniz İnsanlıq adlı amalı özümə yoldaş seçməyimdir.
İnsanda İnsanlıq səxavət olsun,
Neynirəm ki, cahu- cəlalı varıymış... – Dədə Ələsgər
Heç bir Ali təhsil almamışdın. Lakin bu günkü çox “diplomlulara” mənəviyyat dərsi vermək iqtidarında oldun. Cahilliyətin nə olduğunu bilməyən, fanatlıqdan uzaq, yalançı din ixracatlığının nə demək olduğunu Göyçə bilmədi və bizləri də belə gözüaçıq, dürüst böyütdünüz. Qeyrətli- qüdrətli, zəhmətkeş Analardan biri idin Gözəlim Ana!
Və hər dəfəsində anladığım daha bir amil- Sizlərin ziyarəti – oradan dönüş zamanı duyduğum qəribə bir hüzürdür. Və bir daha anladım ki, doğurdan da “Müqəddəs məbədlərə aparan yollar var olsun”. O məbədlər Sizlərin əbədiyyət tapdığı qutsal məkanlardır!...
Sizlər haqqında ürək sözlərimi- o Ulu Yurdda yaşadığımız əvəzsiz, xoşbəxt həyatı dönə- dönə xatırladım, yazılar yazdım. Lakin nələr desəm, dürlü- dürlü adlarla Sizi- Vətəni tərənnüm etsəm də yenə də azlıq edir...İlahi bir yurdun övladı olmaq əslində asan deyilmiş, əslində böyük məsuliyyət qoyurmuş çiyinlərə. 36- il, asan gəlməsin, Vətənsiz 36 il, Anam- Süsənbər Xanımsız 18 il. Üstəgəl Atasız və Şəfəq kimi qeyrətli bacısız bir həyat... hələ həyatdayıq. Sizlərdən sonra insan acısını sözlərə çevirmək, özü də bir şans, uğur demək oldu. Sizləri tərənnüm özü sanki yeni bir əbədiyyət oldu, nədən ki, həm Gözəli sevdim, həm də Gözəl sevdim!
Lakin unutmayaq ki, Ulu Türk Yurdu Göyçə və onun MaviGöz Övladları həm Göyçəyə yaraşıq verdi, həm Dədə Ələsgər Yurduna, həm də Göyçə onlarla fəxr etdi.
Ulu Göyçə Mahalında maarifçilik kultunun yaranmasında, 50- 90- illər arası Göyçə mahalında bərq vuran İntibahın öncüllərindən oldu İsmayıl Hüseynoğlu Əliyev. Təkcə ictimai xadim kimi deyil, ziyalı, siyasətçi, jurnalist kimi. 1973- 88 illərarası Güney kənd orta məktəbinin məktəb direktoru kimi. Nə yoruldu, nə usandı, “İndən belə neçə ömrüm olsa Göyçədə - Göyçə üçün yaşıyardım” dedi.
Və İsmayıl müəllim onu da dedi ki, “Xoşbəxtlik zirvəyə çatmaqda deyil, ona doğru can atmaqdadır”. Yəni, nakam şairimiz Gözəl Müşfiqin təbirincə desək, “Mübarizə bu gün də var, yarın da”. 83 il şərəfli ömür yaşıyan Azərbaycan ziyalısı, Göyçənin ensklopedik oğlu, dərin biliklər sahibi doğma yurdun işğalını, erməni daşnakları tərəfindən zəbtini heç bir zaman qəbul etmədi, ağır olduğunu bilirdi, ona görə də “Göyçə nisgili, Göyçə dərdi” deyərək yazdığına pozu olmayan qələmilə onu da yazdı ki, “ULU GÖYÇƏMİZƏ BİR QAYIDIŞ OLACAQDIR, O QAYIDIŞ LABÜDDÜR, O QAYIDIŞ ZƏRURİDİR”.
Anam... ah mənim Gözəl Anam, mənim MaviGöz Əzizlərim, səxavətinə səxavət çatmadı, ürəyinin böyüklüyünə ürək. Ata- Ana sevgin isə- Ocağına bəslədiyin məhəbbət qədər böyük idi. Sənsizlik bizləri pərən- pərən salsa da, öz uşaqlığımızı könlümüzün içərisində gizlədib, göynəyərək yaşamaqdayıq. Ruhumuzda gəzdirdiyimiz Azad ruhu bizlər Ana südü ilə, kood daşıyıcılığı ilə əldə etdiyimi bilirəm.
Bu zaman kəsiyində Ana, ən çətin olan o ki, hər gün insan olmağı öyrətdiniz bizə. Belə bir mühitdə insan olaraq qalmaq – bilirsinizmi nədir, ətraf hiyləgər və xəbislərlə dolu ikən. Ama biz bunları sizdən ötrəndik, düzgünlük və dürüstlük dedin. “Ağ dəvə düzdə qalır” deyə zarafat da etdim. Cavabın o qədər müdrik ki, “bəli, yəni düzü bulan düzdə də qalır”. Yolun doğru olanını tut da, get! Doğruya doğru, işığa doğru. Doğruya zaval yoxdur, sonu işıqdır...
Uca Dağ başında bir işık,
Yol gözləyən qərib bir aşık!
Keçən yazılarıma baxıram, “Ana Sən məni şair belə etdin”...Mənim MaviGöz Anam! Bu günlər hər birimizin ruhlarının dolaşdığı, kökümüzün- kötüyümüzün qopmaz tellərlə bağlı olduğu O MaviGöz Vətən MaviGözlü Süsənbər Xanımın daim dillər əzbəri idi. Hərdən ruhumun Göyçədənmi, yoxsa gen daşıyıcısı olduğunu düşünərkən dərk etdim ki, həm Göyçə, həm də Atam- Anam kimi Şəxsiyyətlərin övladı məhz elə belə də olmalı idi.
Halal et Məni, Göyçəm, Halal edin Əziz Ata- Anam, Mənə verdiyiniz Azərbaycan və Ulu Ocağım Göyçə adlı böyük dəyər üçün...Halallıq, öncə Vətən adlı dəyər üçün!
Bilmirəm o yerlərə necə gedim,
Heyfimi ermənidən necə alım?!.
Bu sözlərim deyildir yalan,
Məndən Göyçəyə yetirin Salam... –Süsənbər Xanım
... Bu səhər nənəmi də xatırladım, bizlər ana nənəmizə Məsmə Mama deyərdik. Sinədəftər olan bu Göyçə Xanımları Göyçə folklorunun dərin biliciləri idilər. Bu haqda çox yazılıb, mən də yazmışam. Lakin bu dəfə Məsmə Mamamın bir deyimi yadıma düşdü, bu müdrik Ananın ruhunun nə qədər gözəl olduğu, illərin təcrübəsindən baxaraq çıxardığı həyat dərsləri- məncə öyrənmək lazım. Nədən ki, ilkin halında bu söz kimlərinsə xoşuna gəlməyə bilər. Lakin, bu Ana illərin təcrübəsindən boylanaraq söylərdi hər bir ata sözlərini, aforizmi, hikmətli rəvayətləri...
Məsmə Mama Öğulları oğurlayıb aparan gəlinləri belə adlandırardı... “Bala, Oğlanlarımı çalağan apardı”... düşünmək lazım bu müdrik Ananın dünyagörmüş Ananın hikməti qarşısında... Və unutmayaq ki, Anam Süsənbər Xanım da bu Ananın qızı idi. Nə etməli, “İçim bir Qurd yuvası, Girən bilər, görən bilməz- R. Behrudi”.
Bizlərin, Göyçə Elinə xas olan bu xanımların ən böyük üstünlüyü onda idi ki, onların heç birisinin yanında- həndəvərində haqsız, ədalətsiz, cahil bir işə yol verə bilməzdin. Və zaman dayanmır, sürətlə ötüb keçir, Lakin Göyçə camaatı içərisində- Basarkeçərin Dərə kəndi- Məsmə xanım – Göyçənin Ərəbzəngisi- həyat yoldaşı – Abbas Əhmədov, o Abbas Əhmədov ki, Məsmə xanım öz həyat yoldaşına, el qeyrəti çəkən, uzun illər Ermənistanda yüksək vəzifə postlarında işləyən, hörmət- izzət yiyəsi olduğunu gözəl dərk edərək ona Tərlan Əhmədov deyə səslərdi. Baxın- bur daha, BURASI GÖYÇƏ !
İndi hanı o Nənə- Babalar, hanı o Atalar- Analar! Sizlərin yatdığı o müqəddəs məkanlar nə bitirəcək...
“Həyatda Ata- Anadan Şirin nə var” dedin Ana...ama doğru dedin, bu gözəl Ananın öz Ata- Anasına, kökünə- soyuna olan məhəbbəti, sevgisi örnək olası dəyərdir. Və böyüklərimizə verilən bu dəyər çoxlarını düşündürə bilər məncə. Yaşananlar örnək olmalı, mühakimə deyil. Yaşadıqlarımızdan dərslər çıxarılmalıdır :
Ata- Anamı bilirdim incə,
Onlarla gün geçirirdim həmişə,
Onlarsız o qapıya gedim nə işə?!.
Ata- Anadan şirin nə var! - Süsənbər Xanım
Mənim müdrik Anam, Ata- Anadan gözəli olmur. Ata- Anasının, o yerlərin həsrətini çəkirdi, onların məzarlarının erməni daşnak əclaflarının ayağı altında qalmasını qəbul edə bilmirdi. Torpaq- yurd həsrəti, Göyçə nisgili səni də Atamızı da, Şəfəq kimi qeyrətli qızı da öz ağuşuna aldı. Ruhlarınızın Göyçə səmalarında olduğunu bilirəm.
Sinəsi, qəlbi folklorla, rəvayətlərlə, bayatılar, aforizmlərlə dolu olan bir Göyçə xanım, Xatiriniz dünyalar durduqca yaşayacaq!
... və yenə də üç nöqtə. Mən axı bu üç nöqtəni qoymaqla Göyçəmə qayıtmağı, yarıçşıq qalan işlərimizi- erməni gədalarını məhv etməyi, əbədilik doğma Ocaqlarımıza dönəcəyimizi bilirəm. Bu gec də ola bilər, lap elə günü sabah da... Çünki bu işlərdə yardımçımız İlahi Ruhların – Ocaq, Pirlər Vətəni olan Övliyaların bir hikməti özünü göstərməlidir. Unutmayaq, “O nə dilərsə O Olur”!
Pisliyin, alçaqlığın, şərəfsizliyin cəzasını verəcək Tanrı adlı Adil var, ondan qorx daşnak erməni. Ruhunu Qutsal Göyçə torpaqlarından alan, Halallıq adlı nemətdən qidalananlar tükənməz sərvətə bənzərlər!
Buna isə Tanrı hikməti deyək!
Və sonda Ulu Səməd Vurğuna xas beyt Sənin Anım Gününə...
Mən ki, aparmadım şehli bənövşə,
Çöllərdə bitmişdi, çöllərə qaldı...
Mama, sənə əsli Göyçədən olan, həyətimdən qopardığım Göyçə bənövşəsi gətirdim, o bənövşələr ki, Sən çox sevərdin!
Və yenədə ...
Mən Anamı tanıyıram,
Min- min Ana içindən!
Tanrı Dağındakı Ruhlarınıza Selam olsun!
MƏLAHƏT İSMAYILQIZI
tədqiqatçı yazar, publisist