13:21 Mədəniyyət Nazirliyinin niyyəti çox yaxşıdır, sabaha yaxşı nəzərlərlə baxır...- Novruz ASLANOV
ŞƏHİDLƏR -Qazilər

Burdan bir atlı keçdi...
Mən bir igid tanıyıram. Uşaqlığı şahə qalxan at belində keçən, qorxmaz, cəsur, hələ kiçik məktəb yaşlarında olanda Şiraslan əmisinin evi yananda evin damına dırmaşıb alovlanan bacaya su töküb ...
DÜNYA ƏDƏBİYYATDAN

16 yaşlı oğulluğu ilə eşq yaşayan yazıçı Sidoni Qabriel Kolett
1001info.az Kulis.az -a istinadla “Həyatı film olanlar” layihəsində fransız yazıçısı, Qonkur Akademyasının üzvü Sidoni Qabriel Kolett haqda “Kolett” bədii filmini ...
İDMAN
MARAQLI
DYP səs siqnalları ilə bağlı xəbərdarlıq etdi
jpg-1708072450.jpg)
CƏMİYYƏT
16.02.2024, 12:32 Oxunub: 396Baş Dövlət Yol Polisi İdarəsi səs siqnallarından istifadə qaydaları ilə bağlı sürücülərə müraciət edib.
1001info.az xəbər verir ki, müraciətdə son zamanlar paytaxt ərazisində bir çox hallarda səs siqnallarından yersiz istifadə edilməsi, bu halların digər hərəkət iştirakçılarının, eləcə də ətrafda yaşayan sakinlərin ciddi narazılığına və narahatlığına səbəb olması vurğulanıb:
“Yol Hərəkəti Haqqında” Qanuna əsasən səs siqnallarından yalnız aşağıdakı hallarda istifadə oluna bilər:
- Yaşayış məntəqələrindən kənarda ötmə niyyəti haqqında başqa sürücüləri xəbərdar etmək üçün zəruri olan hallarda;
- Yol-nəqliyyat hadisəsinin qarşısını almaq üçün.
Bu hallardan başqa səs siqnallarından istifadə olunması İnzibati Xətalar Məcəlləsinin 329.3-cü maddəsinə əsasən inzibati məsuliyyət yaradır.
Bir daha bütün sürücülərdən qanunda nəzərdə tutulan qaydalara ciddi riayət etmələrini xahiş edirik”.

Digər xəbərlər

