usd-1.7000 eur-1.7609 rub-1.6425
Bakı 9°C 7.12 m/s
Son xəbərlər
20-12-2024
19-12-2024
18-12-2024
13-12-2024
06-12-2024
03-12-2024
02-12-2024
27-11-2024
26-11-2024
23-11-2024

ŞƏHİDLƏR -Qazilər

İstiqlal günü doğulan Şəhid Sabir Səmədov - Vüqar Əsgər yazır

İstiqlal günü doğulan Şəhid Sabir Səmədov Bu gun 28 may Dünya Azərbaycanlıları üçün ən önəmli günlərdən biridir.  1918-ci ilin bu günü Şərqdə ilk Demokratik Respublika ...

DÜNYA ƏDƏBİYYATDAN

  16 yaşlı oğulluğu ilə eşq yaşayan yazıçı  Sidoni Qabriel Kolett

    1001info.az Kulis.az -a istinadla  “Həyatı film olanlar” layihəsində fransız yazıçısı, Qonkur Akademyasının üzvü Sidoni Qabriel Kolett haqda “Kolett” bədii filmini ...

İDMAN

MARAQLI

Gələcək nəsillərin sağlamlığına xidmət missiyası

details

GÜNDƏM

06.12.2024, 10:27 Oxunub: 715

Azərbaycan Pediatrlar Assosiasiyası (APA) “Milli Pediatriya Akademiyası – 95 il” yubiley layihəsi çərçivəsində silsilə tədbirlər keçirir.

Gəncədə təşkil olunan, Gəncə Şəhər Birləşmiş Xəstəxanasının həkim-pediatrlarının da iştirak etdiyi “Pediatriyanın aktual problemləri” mövzusunda konfrans Azərbaycan pediatriyasının inkişafına xidmət edən ən önəmli görüşlərdən biri kimi yadda qaldı.

200-ə yaxın iştirakçının qatıldığı və “Lasomed Group” şirkətinin texniki dəstəyilə təşkil olunan konfransda Azərbaycan Tibb Universiteti, Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu və Milli Hematologiya və Transfuziologiya Mərkəzinin alim və praktik həkimləri, uşaq sağlamlığı sahəsində çalışan mütəxəssislər pediatriyanın müxtəlif sahələrdəki aktual məsələlərini işıqlandırbılar.

Tədbirin əsas məqsədi regionlarda uşaq sağlamlığının qorunmasında mövcud problemləri müəyyənləşdirmək və onların həlli istiqamətində yeni yanaşmalar təqdim etmək idi. Tədbir həm də pediatrik xəstəliklərin erkən diaqnostikası və effektiv müalicəsinə dair strategiyaları müzakirə etmək məqsədi daşıyırdı.

Konfransı açan Azərbaycan Pediatrlar Assosiasiyasının (APA) sədri, Avrasiya Uşaq Həkimləri Federasiyasının vitse-prezidenti, Azərbaycan Tibb Universitetinin II Uşaq xəstəlikləri kafedrasının dosenti, tibb üzrə fəlsəfə doktoru Təranə Tağı-zadə Azərbaycan Pediatrlar Assosiasiyasının tarixi və səhiyyəmizdə roluna dair  qısa məlumat verib. Qeyd edib ki, 1930-cu ildə yaradılmış Azərbaycan Pediatrlar Assosiasiyası ölkədə ana və uşaq sağlamlığı sahəsində standartların hazırlanması, tibbi xidmət, təhsil proqramları və maarifləndirmə kompaniyalarının təşkili işində əvəzsiz rol oynayır. Xüsusilə uşaq səhiyyəsinin inkişafına strateji önəm verən Ulu Öndər Heydər Əliyevin Assosiasiyanın fəliyyətinə dəstəyi sayəsində APA ölkədə uşaq sağlamlığının qorunması və pediatriyanın inkişafında mövqey nümayiş etdirən əsas təşkilatlardan birinə çevrilib. Ulu Öndərin irsi bu sahədə hələ də yolgöstərici rol oynayır.

APA sədri bildirib ki, 95 illik fəaliyyət müddətində qurum təkcə yerli deyil, həm də beynəlxalq miqyasda tanınıb, beynəlxalq əməkdaşlıqların genişləndirilməsi istiqamətində mühüm işlər görüb.

Alim konfransda "Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində "Ekologiyanın-ətraf mühitin uşaq sağlamlığına təsiri”, və “Uşaqlarda kəskin bağırsaq infeksiyası” mövzularında məruzələrlə çıxış edib.

Konfransda dr. Qoşqar İsmayılov “Uşaqlarda Eritema Multiforme”, dos.  dr. Ülviyyə Hacıyeva “Uşaqlarda pnevmoniyaların diaqnostika və müalicəsinə müasir yanaşma”, dos. dr. Fəxriyyə Məmmədova “Erkən yaşlı uşaqların qidalandırılması: yeni aspektlər və yanaşmalar”, dos. dr. Lalə Hidayətova “Postinfeksion sindromunun gastrointestinal təzəhürləri”, dos. dr. Nigar Hacıyeva “Kəskin respirator viruslar və ətraf mühit”, prof. Mir Eldar Babayev “Pediatrik praktikada sümük illiyinin depressiyası ilə müşayiət olunan xəstəliklərin differensial diaqnostikası” və dos. dr. Səbinə Cəfərova “COVID-19 keçirmiş uşaqlarda multisitem iltihabi sindromun klinik-immunoloji təzahürləri və gediş xüsusiyyətləri” və digər mövzularda təqdimatla çıxış ediblər.

Sonra Assosiasiyanın həkimləri region mütəxəssislərinə pediatrik praktikada ən çox rast gəlinən xəstəliklərlə bağlı master-klass keçib.

Bundan əlavə, həkim-mütəxəssislərə yeni pediatriya dərsliyi və hematoloji patologiya üzrə metodik tövsiyələr paylanılıb.   

Elmi məruzələrdən əlavə, mütəxəssislərin uşaqlar arasında yayılmış xəstəliklərin erkən diaqnostikası və müalicəsi, peyvənd proqramlarının effektivliyinin artırılması, genetik və irsi xəstəliklərə yanaşmalar, qidalanma problemləri və onların təsirləri, yenidoğulmuşlarda reanimasiya və intensiv terapiya yeniliklərinə dair təcrübə paylaşımı ilə konfrans daha məhsuldar olub.

Konfransda pediatriya sahəsində geniş təcrübəyə malik APA-nın üzvü olan həkimlərin və yerli ekspertlərin müzakirəsində pediatriyanın ən ümdə problemləri, müasir tibbi yanaşmalar və təcrübələrə dair fikir mübadiləsi aparılıb.

Konfransın nəticələri və perspektivlərinə gəldikdə APA-nın 95 illik yubiley çərçivəsində bu regional tədbir ölkədə pediatriya sahəsinin inkişafı üçün yeni perspektivlər müəyyən edib. Burada müzakirə olunan məsələlər gələcəkdə uşaq sağlamlığına dair strategiyaların hazırlanmasına və tətbiqinə təkan verəcək.

Tədbirin yekununda regionlarda pediatrik xidmətlərin genişləndirilməsi üçün dövlət proqramlarının gücləndirilməsi, ixtisaslı kadrların yetişdirilməsi və regionlarda çalışmaları üçün stimullaşdırıcı tədbirlərin görülməsi, müasir texnologiyaların regionlara gətirilməsi, maarifləndirici kampaniyaların keçirilməsi və uşaqlar üçün peyvənd proqramlarının genişləndirilməsi kimiə yeni təkliflər irəli sürülüb.

Digər xəbərlər