ŞƏHİDLƏR -Qazilər
İstiqlal günü doğulan Şəhid Sabir Səmədov - Vüqar Əsgər yazır
İstiqlal günü doğulan Şəhid Sabir Səmədov Bu gun 28 may Dünya Azərbaycanlıları üçün ən önəmli günlərdən biridir. 1918-ci ilin bu günü Şərqdə ilk Demokratik Respublika ...
DÜNYA ƏDƏBİYYATDAN
16 yaşlı oğulluğu ilə eşq yaşayan yazıçı Sidoni Qabriel Kolett
1001info.az Kulis.az -a istinadla “Həyatı film olanlar” layihəsində fransız yazıçısı, Qonkur Akademyasının üzvü Sidoni Qabriel Kolett haqda “Kolett” bədii filmini ...
İDMAN
MARAQLI
Göyçə Gök Çadır, Günəş Bayrağımız olsun!.. - Məlahət İsmayılqızı yazır
CƏMİYYƏT
02.12.2024, 16:01 Oxunub: 950YEDDİ ULDUZLU SƏMANIN SƏKKİZ GUŞƏSİ !
AĞ YOXUŞA DOĞRU...
Bir Haqq yolu, Bir İşıq Ucu tapan kimi Gələcəyəm!
Cənnət vəd eləmə, üfüq dalında.... yadıma M. Arazın daha bir beyti düşür,
Yalanı- yalana bələmə nahaq,
Onsuz da, nə desən inanasıyam!
Bu yorğun yolçunun yolu yoxuşdu... bu yorğun yolçuların yolu nə yaman yoxuş olur!?.
Nədən bu yorğun yolçuların yolu yoxuş olur, nədən üzü yoxuşa doğru olur... özü də Ağ Yoxuşa doğru. Bizlərdə belə yolların yolçularına “AğYoxuşa” doğru- işığa doğru, çünki qaranlıq tərəfdən xeyir gəlməzdi, “gecə qara, cücə qara”... Çünki, hər kimsədə hünər olmaz üzü yoxuşa dayansın, köksü çətinliklərə gərilsin. Ağ Yoxuşun yeddi ulduzlu səması və cəkkizguşəli ulduzların mavi kəhkaşanda rəqsi...
Gök çadır Günəş Bayrağımız olsun!
Bu günlərdə Bişkekdə keçirilən Zirvə görüşündə TDT- nın yeni bayrağı təsdiq edilib. “Bu bayraq TDT- nin missiyasının əsasını təşkil edən türk kimliyinin, birliyinin ortaq irsinin, və hərtərəfli əməkdaşlığın əsas simvollarını təcəssüm etdirir. “ deyə bəyanatda deyilir. Məlum ki, bayrağın üzərindəki mavi fon aydın səmanı, sülhü, rifahı simvolizə edir. tarixən mavi rəng türklüyü və mədəniyyəti- mədəni əlaqələri ifadə etmişdir. Səkkizguşəli ulduz türk dövlətçilik ənənələrini – güc rəmzi kimi çıxış edir. Aypara və ulduz isə zamanla tərəqqini və türk dövlətçiliyini bildirir. Bayraqdakı Mavi rəng Türklüyü və Tanrıçılığı , ağ rəng isə barışığı- sülhü ifadə edir!Qeyd etmək lazım ki, bu bayraq türk xalqlarının keçmişindən bu günədək olan dövr ərzində daşıdığı böyük mahiyyət kəsb edir.
Və başa çatan Zirvə görüşü və 44- günlük müharibə və mübarizəmizin əzmi, nəhayətində Zəfər Qalibiyyətinin 4 ili. Və Prezidentimizin Qələbə günü Zəfər parkının açılışındakı möhtəşəm çıxışı.
***
Güllələr Azərbaycan ərazisinə atılırdı...müharibə Azərbaycan ərazisində gedirdi. Heç gördünüzmü bir dənə də olsun əclaf erməni – sivil vətəndaş öldümü – görməyəcəksiniz. Çünki, bizlər axı humanistik, özü də çoox.
Zaman axır, siyasət- siyasi həyat hər gün dəyişir. Bəlkə də, erməni alçaqlığı zaman maşınını Avropa- Qərb, Amerika səlibçiliyi ilə biziləri zəiflətməyə çalışsa da, Tanrı etdiyiniz cinayətləri sizə bağışlamayacaq alçaq daşnaklar.
Nədən axı- bu sualı vermirəm, çünki, “Yorğun yol”çuların yolları yoxuş olur... bəlkə də “Yarımçıq nəğmə”, yarım olur deyək. !
Mənim bir də o yerlərə gönmək həvəsim,
Atamla- Anamla birgə məzara getdi...M. Araz
Və bu da bizim mənhus taleyimiz. Beləcə də millət əli qoynunda, nisgili içində, acısı qəlbində Ah Vətən- deyərək düşüncələr içərisində yol gözləməkdədir. Tək Göyçə deyil, bütün Qərbi Azərbaycan şirin bir röya kimi içimizi sızlatmaqdadır. Vaxtı ilə 1920- ci ildə dekabr ayının 1- də rus işğalçılarının əli və gücü ilə erməniyə peşkəş çəkilən Göyçə mahalı, Miskin Abdal- Dədə Ələsgər yurdu hələ ki, gözləri yollardadır!
Doya- doya ağladım.
Gecə idi...
Kim biləcək- R. Behrudi
Nə fərqi Rüstəm müəllim, ağlamaq deyil, hönkürsən də, qışqırsan da səni duymayacaqlar, çünki, duymaq üçün qəlb- Könül lazımdır. Kor mühit, özünü millət deyil, ümmət adlandıranlar, dərk etmək iqtidarına malik deyillər. Onlar üçün” ümmət” mövcuddur. Bəs Biz kimik – Milli kimliyimizi bildiyimiz halda, dinimiz- imanımız nə, bildiyimiz halda, bir ovuc əsli- nəsli mövcud olmayanlaramı əsir düşməliyik...
Mən özüm bilirəm nəçiyəm, nəyəm...
Tikdiyim bu daxma, hördüyüm budur,
Ama Ustad, Böyük Şair “Mən də bildim kim olduğumu”... İndiki dövranda M. Araz kimi Şeir Günəşinin “Mən indi bildim... nəçiliyim kimliyimdən ötə imiş “. Özünü nəçiyəm, nəyəm bilmək də böyük hünər istər, sözsüz M. Araz kimi bir Şəxsiyyət buna qabildi.
Vəbir haşiyə: bu hardan yadıma düşdü bilmirəm, M. Y. Lermontov “Sevirəm Qafqazı Mən”.
İki göz gördüm o yerdə, İlahi Gözlər
Yada düşdükcə pıçıldar ürəyim min yerdən,
Sevirəm Qafqazı Mən !
Qafqazı kimlər sevmədi ki... rus, iran, avropa, amerika... Var- dövlətli, ama əfsanələrə bənzər keşməkeşli həyatı , yenə də al Günəş rəngli olkəm- gözəllikləri, varidatı başa bəla Qafqaz. Şah Dağı, Qafqaz sıra dağları ətəyində yerləşən o balaca, ama çox böyük mənəviyyat xəzinəsi olan Mənim GÜNEY kəndim, dəqiq ünvan, Qərbi Azərbaycan, Göyçə Mahalı, Basarkeçər rayonu GÜNEY kəndi. Və dünyanın ən gözəl kəndi. Dünyanın daha bir möcüzəsi deyək bu GöyGözlü Vətənə!
Qafqazı Qriboyedov da sevmişdi, iranı isə Şərqin əfsunu deyərək vəsf etmişdi. O səfir, diplomat olmadan öncə şair idi. Sevdiyi qız da məşhur Gürcü şairi İ. Çavçavadzenin qızı Nina Çavçavadze, dini cahilliyin tüğyan elədiyi cahil iran və rus şairi, diplomat, səfir. Vəhşi fanatlar kütləsi bu gənc ailənin arzularını gözündə qoyur. Əfsuni ölkə deyərək vəsf etdiyi bu ölkə,əslində cahiliyyət dünyası idi. Və sonda səfirdən çox maarifçi- şair ruhlu Aleksandr Qriboyedov özü də həmin iran çahil kütləsinin əlilə də vəhşicəsinə qətlə yetirilir, molla- xurafat aləminin əlilə. Bu gözəl şairi hər zaman “Ağıldan bəla” əsəri ilə xatırlayıram... “Dünya Cənnətdir Molçalinlərə “. Vəssalam. Lakin iran yenə də 200 ilə yaxın bir zaman keçməsinə baxmayaraq yenə də batdıqca batmaqdadır. Yenə də dini xurafatın, cahil- fanat ordusunu, qara müsəlman aləminin dini çirkinliklərinin təbliğatçısı, dini xurafatın əliylə də qadın- kişi demədən buxovlamaqdadır. Ey İnsan, anla artıq, XXI- ci əsrin astanasındayıq. İmkan verin insan yaşasın, imkan verin insan nəfəs alsın !
Qafqazı Puşkin də sevmişdi, çünki Qafqaz Onun üçün Şərqə açar idi. Əlbət ki, Puşkin öz yaradıcı dünyası ilə rus klassik şeirinin, ədəbi mühitinin yeni nəfəsi idi. Və tədqiqatlarla o da mümkün ki, Puşkinin anasının bal gecələrinin ən məşhur qonaqlarından biri də Pakistanlı səyyah idi, o da məlum ki, həmin səyyah Xunza əyalətindən olan Qızılbaşlardı. Xunza əyalətinin sakinləri isə Səfəvilər dövlətindən qalan Qızılbaşlar olmuşdu. Yəni, hər bir yoldan ötən bu bal məclislərinə gedə bilməzdi... “Ərzuruma səyahət” də şair Qacarı “slavnıy” - şanlı deyərək vəsf edir, yaxud...
Qafqaz aşiqliyi çoxlarını divanə etdi bu yurdlara, S. Yesenin...Rus şeirinin Ağcaqayını deyərək adlandırılan, vəsf edilən mavigözlü Yesenin, Onun ilkin arzusu İranı görməkdi, lakin Sovetlər onun irana getməsinə mane olmaq məqsədilə Bakıda- Mərdakan yaxınlığında yerləşən Şağan kəndində əfsanəvi Şərq mühiti yaradırlar. Yesenin burada qalaraq irana getdiyini düşünür və “İran nəğmələri” adlı silsilə şeirlər yaradır. Təbii bu böyük rus şairinin tək iranı deyil, Şərq əfsanə və gözəlliklər məkanı kimi tərənnümü idi. Sonralar bu nəğmələr “Bakı nəğmələri” adı ilə də tanıdıldı ;
Sən dedin ki, “Quran”da yazılıb düşmənindən al intiqam...
Yox mən gəlmişəm Ryazandan, bu sözü anlamam...
Əslində iran deyərək vəsf edilən gözəlliklər Cənnətin Qapıları adlandırılan Azərbaycan- Bakı idi. İstər şair olsun, istər sadə insan bir pəncərə baxışı yaşayırıq... “Dünya bir pəncərədir, hər gələn baxar keçər”... deməli, gəlmişlər, gəlmişik, gələcəklər, ama İnsan, yaşadınmı... bu keşməkeşli mürəkkəb həyatı... Qafqaz Aşiqliyi çoxlarını cəlb etsə də, sonda əziyyət çəkən bu yerlərin sakinləri nələr çəkmədi, erməni qəsbkarlığı, minillik Ocaqlarımızın- kökümüzün, kötüyümüzün itirilməsi, bunları çəkənlər bilər bu Millət nələr çəkmədi... Kim ayılıb təkrar qaranlıqda yürümək istər, təbii heç kim. Lakin həyat bizi gözləmədiyimiz sürprizlərlə qarşılaşdırır. Və onu da öyrədir ki, dibi görünməyən sulardan keçmə !
Lakin yenə də yeni yollardan yürüməli. Fərq et, yeni dünyaya yeni baxış, yeni aləm var. Hərdən Mənə elə gəlirdi ki, İnsanlığım məni məhv edəcək. Lakin bir gün, elə bu gün – günlərdən biri özümə sakitcə təşəkkür etdim. Doğrudan- doğruya İnsanlıq necə də gözəl nemətmiş !
Zəncirləri qır və yeni yola davam... Özünü- ruhunu hər zaman yenilə.Sözsüz, bir daha gedən günlər gələn günlərə bənzəmədi. Comərd olmayan insan sonu olmayan ağac kimidir. Və düşmənə güvənmə... Bu bir alın yazısı, əski düşmən – qarı düşmən dost olmur. Geni naqis olan kəslərdən özünü qoru... Xislət naqissə, ondan nəciblik gözləmə. erməni, fransız, fars- təbiətən də bir- birlərinə bənzəyirlər. Erməniyə dost deyərək sarılma, səni elə çalar ki, ayılanda gec olar artıq.
Yaxşılıq şəfadır dedi İbn Sina. Balığı at dəryaya, balıq bilməsə də Xaliq bilər. Nəhayətində yaxşılığının əvəzini bularsan. Lakin onu da unutmayaq ki, çörəyimizin duzu yoxdur, çörəyi dizi üstündə olanlar üçün, əlinin onunu da bal et, yağ et, fərqi yoxdur, bilməyəcəklər.
Ömrümüz bu qapılar arxasında- günlərimizi, ömrümüzü tükətməklə keçir. Əlimizdəki açarlar bu qapılara düşmür ki, düşmür, bu qapıların açarları özləri kimi zərzibadan, qara meşindən olmalı idi axı... Biz adamlar isə inanırdıq ki, ədalət- haqq deyilən məfhumlar dayanır bu qapıların arxasında və içəri girən kimi “ qırxıncı qapı” açılacaq... ; Heç qırxıncı qapıya tuş olmadım...
Heç məni tutan olmadı,
Heç Məni xilas edən olmadı...
Unutdum ki, bura Göyçə deyil !
M. İ.
Unutduğum daha bir amil o idi ki, ... Ədalətin Günəşi çoxdan qürub etmişdi, həqiqət üzırində nadanlıq qalib gələrkən, Tanrı Sən Özün qoru bu Milləti nadanlıq adlı faciədən !
Qloballaşan dünyada hər şey sürətlə dəyişir, zamanın nəbzini tutaraq sürətlə, göz qırpımında baş verən yeniliklərə baş vursan da, unutma ki, millətinin- sənin xeyrinə olmayan heç bir” duaya” amin demə! Azərbaycan adlı yanğımız, sevgimiz var olsun ki, bizlər də var olaq.
Hələki, yuxularımızdan Önündə qurdbaşlı Ordular keçən Bozqürd keçər:
... və sevgili bir yurd,
Hər gecə, hər gecə...uyğularımda!- R. Behrudi
Uzun illərin xülyaları artıq gerçəkləşmək üzrə, TURAN Bayrağına Mübarək deyək, bu müqəddəs amal yolunda savaşan, can qoyan, milli Birlik- Milli Kimlik Uğruna fədailər Qoy Uca Türkün Dövləti də, Ruhu kimi Əbədi Olsun!
Və Gün gəlsin bu Mavi Bayraq Turan ellərinin Göylərinə çəkilsin, adlı- adsız Qəhrəmanlar, bu Birlik Uğruna savaş açanlar, Tanrı Dağındakı Ruhunuza Selamlar Olsun!
Və daha mühüm bir böyük Zəfər – 44 günlük müharibə və mübarizə, sonunda 8 noyabr Şuşanın Fəthi, Bundan Böyük Qalibiyyət olarmı Azərbaycan. Güclü diplomat, böyük siyasətçi, strategiya və taktikanın güclü bilicisi, Müasir Azərbaycanın Şah İsmayılı- Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Cənabları, Sizinlə Qürur Duyuruq! Zəfər Parkının açılışı və Prezidentimizin oradakı mükəmməl çıxışı və görülən saysız- hesabsız işlər, məhz Dövlətin, millətin rifahı naminə, məhz xarici bədxahlara ən gözəl cavabdır deyək.
ZƏFƏRİN Mübarək, Azərbaycan!
MƏLAHƏT İSMAYILQIZI
AYB- nin, AJB- nin üzvü
“Qızıl Qələm” media mükafatı, Dədə Ələsgər Ocağı İctimai Birliyinin Fəxri Diplomçusu