ŞƏHİDLƏR -Qazilər

İstiqlal günü doğulan Şəhid Sabir Səmədov - Vüqar Əsgər yazır
İstiqlal günü doğulan Şəhid Sabir Səmədov Bu gun 28 may Dünya Azərbaycanlıları üçün ən önəmli günlərdən biridir. 1918-ci ilin bu günü Şərqdə ilk Demokratik Respublika ...
DÜNYA ƏDƏBİYYATDAN

16 yaşlı oğulluğu ilə eşq yaşayan yazıçı Sidoni Qabriel Kolett
1001info.az Kulis.az -a istinadla “Həyatı film olanlar” layihəsində fransız yazıçısı, Qonkur Akademyasının üzvü Sidoni Qabriel Kolett haqda “Kolett” bədii filmini ...
İDMAN
MARAQLI
Kətan toxumu Omeqa3 qaynağıdır

SAĞLAMLIQ
14.07.2022, 11:19 Oxunub: 3420İnsanların sağlam yaşaması üçün orqanizmə lazım olan təbii vitamin, mineral, yağ, karbohidrat, protein, zülal və bəzi maddələrə ehtiyacı var. Biz bütün bunları qəbul etdiyimiz qida vasitələri, meyvə və tərəvəzlər ilə ala bilirik. Amma orqanizm üçün ən çox vacib sayılan Omeqa3 yağı hət bir qidanın tərkibində olmur. Bu yağ orqanizm tərəfindən əmələ gəlmir. Omeqa3 bəzi qida vasitələrinin tərkibində az miqdar, ən çox isə kətan toxumunun tərkibində olur.
Kətan toxumu tərkibində olan bu yağa görə ən qiymətli qida vasitələrindən hesab edilir. Omeqa3 yağının öz xüsusi keyfiyyətləri ilə bir-çox xəstəliklərin müalicə və profilaktikasında rolu böyükdür. Təbii sağlam qida vasitəsi olan kətan toxumunun orqanizmə aşağıdakı faydaları var:
- Mədə-bağırsaq sistemi problemlərini həll edir.
- Bağırsaqları yumşaldır, qəbizliyi sağaldır.
- Sümük sistemini möhkəmləndirir.
- İmmuniteti möhkəmləndirir.
- Klimakteriya zamanı sümük əriməsinin qarşısını alır.
- Ürək-damar sistemi xəstəliklərini aradan qaldırır.
- Klimakteriya əlamətlərini azaldır.
- Qanda xolesterolun miqdarını azaldır.
- Kətan toxumu arterial təzyiqi aşağı salır.
- Sinir sistemini gücləndirir.
- Kətan toxumu yaddaşı gücləndirir.
- Revmatizma xəstəliyinin qarşısını alır.
- Qanda şəkərin normada qalmasını təmin edir.
- Diqqət pozğunluqlarını aradan qaldırır.
- Kətan yağını dəriyə sürtdükdə dəri xəstəliklərinin və yaraların sağalmasına yardım edir.
- Ruhi pozğunluqların sağalmasına yardım edir.
- Öskürəyi azaldır.
- Ağız boşluğu, boğaz və diş əti xəstəliklərinin tez sağalmasını təmin edir.
- Cinsi fəaliyyəti artırır, poostat xəstəlikləri zamanı faydası böyükdür.
- Uzun müddət kətan toxumu yağını qəbul edən öddaşı xəstələrində daşların əriyib tökülməsi dəfələrlə öz təsdiqini tapmışdır.
Aparılan araşdırmalar kətan toxumu yağının ürək xəstəlikləri riskini azaltdığı məlum olmuşdur. Kətan toxumu yağı dərini xarici faktorlar səbəbindən əmələ gələn xəstəliklərdən qorumaq qabiliyyətinə malikdir.

Digər xəbərlər

