usd-1.7000 eur-1.9241 rub-2.1054
Bakı 19°C 11.16 m/s
Son xəbərlər
08-05-2025
07-05-2025
06-05-2025
04-05-2025
02-05-2025

ŞƏHİDLƏR -Qazilər

İstiqlal günü doğulan Şəhid Sabir Səmədov - Vüqar Əsgər yazır

İstiqlal günü doğulan Şəhid Sabir Səmədov Bu gun 28 may Dünya Azərbaycanlıları üçün ən önəmli günlərdən biridir.  1918-ci ilin bu günü Şərqdə ilk Demokratik Respublika ...

DÜNYA ƏDƏBİYYATDAN

  16 yaşlı oğulluğu ilə eşq yaşayan yazıçı  Sidoni Qabriel Kolett

    1001info.az Kulis.az -a istinadla  “Həyatı film olanlar” layihəsində fransız yazıçısı, Qonkur Akademyasının üzvü Sidoni Qabriel Kolett haqda “Kolett” bədii filmini ...

İDMAN

MARAQLI

Necə edək ki, qışda az xəstələnək?

details

SAĞLAMLIQ

09.01.2023, 19:43 Oxunub: 2361

Azərbaycanda bu qış qripə və soyuqdəyməyə yoluxanların sayı daha da çoxdur.


Bəs necə edək ki, qışda az xəstələnək?


Saglamolun.az medicina.az-a istinadla vacib sağlamlıq qaydalarını təqdim edir.
Normal yuxu - 8 saat yatın
Yuxu rejimi və keyfiyyətli yuxu gün boyu daha enerjili olmaq üçün çox əhəmiyyətlidir. Axşam tez yuxuya gedə bilmirsinizsə, o zaman bunun səbəblərini axtarın. Məsələn: çox gec saatda qəhvə içmək sizin yuxuya getməyinizə mane ola bilər. Gec saatda yemək yemək də rahat yatmağa mane olan amillərdəndir.
Onurğaya diqqət
Gündəlik iş rejimi və qaçaqaç insanın qamətinə təsir edir. Araşdırmalara görə, insanın qamətinin gözəl olması, onu sağlamlığından əlavə, psixoloji vəziyyəti üçün də son dərəcə faydalıdır. Hər zaman başınızı və çiyinlərinizi dik tutun. Beləliklə də daha pozitiv və xoşbəxt bir qış keçirə bilərsiniz.
Telefonu burax
Müasir zamanda bir çoxları hər anın fotosunu çəkərək sosial şəbəkədə paylaşmaq istəyir. Bunu edərkən təəssüf ki, yoldaşları və ya ailə üzvləri ilə keçirdiyi vaxtdan ləzzət ala bilmir. Xoşbəxt anların dadını çıxarmaq üçün telefonu bir kənara qoyun. Bir müddət telefondan uzaq olmaqla heç nə itirməzsiniz.
Psixikanı qoru

Münasibətinizdəki bədbinlik özünüzə inama zərər verir. Sizi bədbəxt edən şəxslərə görə daha narahat və qeyri-müəyyən əhval-ruhiyyəyə köklənirsiniz. Sizə və fikirlərinizə dəyər verən və sizi xoşbəxt edən insanlarla birlikdə olmağa çalışın.
Hərəkətdə ol
Araşdırmalara görə, həftədə, ən az 3 dəfə idman etmək depressiyaya düşmək riskini azaldır. Gündəlik həyatınızdakı hərəkətliliyinizi artırın və daha aktiv olun. Sağlam və xoşbəxtlik hormonlarını artıran qidalardan istifadə edin. Bol-bol su için. Bütün bu sadalananları edərək sağlam və rahat bir qış keçirə bilərsiniz.
Özünüzə vaxt ayırın
Bütün gün dostlarınızla, ailənizlə vaxt keçirdiyinizdən özünüz yaddan çıxa bilərsiziniz. Bir müddət tək qalın və nə etmək istədiyinizi düşünün.
Planlı yaşa
Özünüz üçün həyata keçirməli olduğunuz işlərin siyahısını hazırlayın. Planlı olmaq sizin motivasiyanızı artıracaq. Bu isə problemlərin içərisində çaş-baş qalmağınıza və ruhdan düşməyinizə imkan verməyəcək. Beləliklə də qışdan daha rahat və xoşbəxt halda çıxa biləcəksiniz.

 

Digər xəbərlər