usd-1.7000 eur-1.9241 rub-2.1054
Bakı 19°C 11.48 m/s
Son xəbərlər
08-05-2025
07-05-2025
06-05-2025
04-05-2025
02-05-2025

ŞƏHİDLƏR -Qazilər

İstiqlal günü doğulan Şəhid Sabir Səmədov - Vüqar Əsgər yazır

İstiqlal günü doğulan Şəhid Sabir Səmədov Bu gun 28 may Dünya Azərbaycanlıları üçün ən önəmli günlərdən biridir.  1918-ci ilin bu günü Şərqdə ilk Demokratik Respublika ...

DÜNYA ƏDƏBİYYATDAN

  16 yaşlı oğulluğu ilə eşq yaşayan yazıçı  Sidoni Qabriel Kolett

    1001info.az Kulis.az -a istinadla  “Həyatı film olanlar” layihəsində fransız yazıçısı, Qonkur Akademyasının üzvü Sidoni Qabriel Kolett haqda “Kolett” bədii filmini ...

İDMAN

MARAQLI

Qadınlarda boyun arxasında piy yığılması

details

SAĞLAMLIQ

11.02.2023, 15:58 Oxunub: 2689

Qadınlarda boyun arxasında piy yığılması - DUL HÜRGÜCÜ

Boyun arxasında 7-ci boyun fəqərəsi səviyyəsində piy toxuması yığıntısıdır.
Bu sindromun məhz bu cür adlandırılması orta əsrlərdən gəlir. Əsasən menopauza dövründə, 50 yaşdan yuxarı qadınlarda rast gəlinir. Keçmişdə kişilər bu yaşda nadirən sağ qaldıqları üçün, sindrom əksərən dul qadın xəstəliyi kimi qəbul edilirdi.
Dul hürgücü həm qadınların estetik görünüşünü pozur, həm də beynin bir hissəsini qidalandıran vertebral arteriya damarını sıxdığı üçün, beynin normal qan dövranına mane olur. Xəstələrdə başağrıları, tezyorulma, boyun arxasında gərginlik, qamətin dəyişməsi, əllərdə, üzün alt yarısında keyimələr və s.  kimi şikayətlər olur.
Yaranma səbəbləri:
- Klimaks səbəbi ilə estrogen mübadiləsinin pozulması, bu dövrdə qadınlarda piylənmənin androgen (kişi) tipli davam etməsi;
- Osteoxondroz. Onurğanın deformasiyaedici xəstəlikləri ilə birgə bu dul hürgücü həm də ciddi ağrılara səbəb olur;
- Sümüklərdə kalsium mübadiləsi pozulması (osteoporoz);
- İtsenko-Kuşinq xəstəliyi;
- Genetik meyllik;
- Miogelez. Bu xəstəlik zamanı ağır fiziki iş nəticəsində əzələ toxumasında sərtləşmələr yaranır, piy toxuması üçün yataq formalaşa bilir.
Müalicə növü əsasən xəstəliyin şiddətindən asılıdır. Əsas fizioterapevtik müalice erkən vaxtlarda elektro, ultrasəs, istilik müalicəsi, masaj və s.
Müəllif: Ramin Quliyev, fizioterapevt

Digər xəbərlər