ŞƏHİDLƏR -Qazilər
İstiqlal günü doğulan Şəhid Sabir Səmədov - Vüqar Əsgər yazır
İstiqlal günü doğulan Şəhid Sabir Səmədov Bu gun 28 may Dünya Azərbaycanlıları üçün ən önəmli günlərdən biridir. 1918-ci ilin bu günü Şərqdə ilk Demokratik Respublika ...
DÜNYA ƏDƏBİYYATDAN
16 yaşlı oğulluğu ilə eşq yaşayan yazıçı Sidoni Qabriel Kolett
1001info.az Kulis.az -a istinadla “Həyatı film olanlar” layihəsində fransız yazıçısı, Qonkur Akademyasının üzvü Sidoni Qabriel Kolett haqda “Kolett” bədii filmini ...
İDMAN
MARAQLI
Qərbi Azərbaycan məsələsi gündəmdən çıxarıla bilməz... -Sabir RÜSTƏMXANLI
CƏMİYYƏT
10.07.2024, 15:19 Oxunub: 1735Tarixi unutmaq lazım deyil, tarixdən dərs almaq lazımdır.
1001info.az xalq şairi, millət vəkili Sabir Rüstəmxanlı ilə müsahibəni təqdim edir.
Kəmalə Mirzəyeva: -Sabir müəllim,necə fikirləşirsiniz tarixi faciələr, hadisələr mütəmadi olaraq xatırlanmalıdırmı ?
Sabir Rüstəmxanlı: -Bizim əslində qonşularımızdan fərqimiz budur ki, onlar öz tarixi səhvləri nəticəsində yaranan bir qarşıdurmanı, 15-ci il hadisələrini özləri üçün böyük bir faciəyə çeviriblər. Yəni ortada, doğrudan da, bir faciə var. Bu, həm türklər üçün faciədir, həm də ermənilər üçün. 1-ci Dünya müharibəsində çar Rusiyasının verdiyi silahı ermənilər əsrlərlə bir yerdə yaşadıqları, ancaq yaxşılılıqlarını gördükləri türklərə qarşı çevirdilər, onları arxadan vurdular, iğtişaşlar törətdilər, günahsız insanların qanını tökdülər. Onlar hələ 1890-cı illərdən müxtəlif terror təşkilatları yaradaraq türklərə qarşı silahlanırdılar. Nəticədə müəyyən qarşıdurma yarandı və Türkiyə onları Osmanlı imperatorluğunun iç vilayətlərinə köçürməli oldu. Köçürmə nəticəsində ölənlər də oldu, yaralananlar da. O vaxt özləri etiraf edirdilər ki, bu hadisələrdə 300.000 erməni ölüb. Sonra ölənlərin sayını qaldırdılar 500.000, 1.000.000, 1.500.000 nəfərə. Halbuki orada- Anadoluda heç 1.500.000 erməni yox idi. Həmin faciədə, həmin qarşıdurmalarda ölən türklərin sayı ermənilərin sayından qat-qat artıq idi. Ona görə Türkiyə çox arxayınlıqla deyir ki, ”Gəlin arxivləri açaq”. Erməni tərəfi bunu etmək istəmir. Çünki arxivlər açılanda məlum olacaq ki, o vaxtlar burada nə qədər erməni yaşayıb və onlar hara köçüblər. Bu dəqiqə Livanda, Fransada, Amerika da milyonlarla erməni yaşayır.Necə gedib çıxdılar bəs oralara?
Amma onlar bunu artıq milli faciəyə və Ermənistanın milli birliyinə kömək edən bir ideoloji xəttə çeviriblər. Bu genosid söhbəti artıq onlarda təhsilin mərkəzində dayanır. Bir də onların içində mazaxizm deyilən bir şey var. Yəni özünə faciə uydurub onun ağrısını çəkmək. Olmayan bir şeyi ağrıya çeviriblər və bütün millət o ağrı ilə yaşayır, qonşulara, türklərə, bütün islam dünyasına nifrət edir, uşaqları o nifrətlə böyüdürlər.
Onlar ola bilsin elə fikirləşirlər ki, bu, doğrudan da, milli birliyə xidmət edir. Amma mən bunu doğru yol hesab etmirəm. Dünyada bizim Azərbaycan türkləri, ümumiyyətlə, türklər qədər əzilən, dünya boyu, qitələr boyu bizim qədər şəhidlər verən, hadisələr yaşayan ikinci bir millət tapmaq olmaz. Amma biz bunun üstündən keçib getmişik. Biz dünyaya həmişə sevgi ilə, açıq könül ilə, ümid ilə, gələcəyə böyük bağlılıqla yaşamışıq və tərbiyəmiz də bunun əsasında olub. Ona görə ki, biz xoş məramlı, xoş niyyətli, xeyirxah insan sevgisi ilə dolu bir millətik. Onlarda isə tam tərsinədir. Tarixi unutmaq lazım deyil, tarixdən dərs almaq lazımdır. Amma olanları tarixi bir faciəyə çevirib davamlı olaraq onun yasını tutmağı da qəbul etmirəm.
Kəmalə Mirzəyeva: -Qələbədən, böyük Zəfərimizdən 4 il keçir. Azərbaycan heç kimin gözləmədiyi, kimsənin inanmadığı bir iş gördü -torpaqlarımızı işğaldan azad etdi. Bəs bundan sonra hədəf nədir? Bir millət olaraq ən böyük missiyamız...
Sabir Rüstəmxanlı: -Məncə, ilk növbədə gələcəyimiz ilə bağlı qonşularımız ilə münasibətlərimizin stabil və güvənli olması üçün sülh sazişi bağlanmalıdır. Sülh sazişinin əsas müddəaları müəyyənləşdirilməlidir və saziş imzalanmalıdır. Bu, ilk vəzifəmizdir. İkinci -1.000.000-dan artıq qaçqın və məcburi köçkün öz torpağına getmək,evlərinə qayıtmaq istəyir. Qarabağ qurulur. Azərbaycana kənardan heç bir kömək olmasa da. Neyləyək ki, dünya riyakardır. Dünya 1.000.000 -dan çox insanı öz yurdundan didərgin salan Ermənistana işğalçı demədi, əksinə, ona Ermənistana kömək etdi. Biz öz gücümüz ilə o torpaqları azad etdik, işğalçıları ordan çıxartdıq, qovduq. İndi həmin torpaqlar bərpa olunmalıdır və insanlar yerinə-yurduna qayıtmalıdır. Bu bizim, məncə, ən əsas vəzifəmizdir. Bununla yanaşı Azərbaycan ordusu möhkəmləndirilməlidir. Çünki açıq-aşkar bizi hədələyən çıxışlar da eşidirik, Müəyyən hədələr var. Ona görə ordumuz güclənməlidir və nəhayət, Azərbaycanda iqtisadi cəhətdən əhalimizin bu qələbəyə layiq şəkildə yaşaması üçün iqtisadi problemlər həll olunmalıdır. İşşizlik, korrupsiya, rüşvətxorluq kimi bəlalar aradan qaldırılmalıdır. Yeni iş yerləri açılmalıdır, neftdən, qazdan asılılığımız azaldılmalıdır. Qarabağ necə gözəl, müasir, dünyanın ən inkişaf etmiş ölkələrindəki standartlara uyğun tikilirsə, tədricən bütün Azərbaycan ona uyğunlaşmalıdır, o cür olmalıdır. Şüphəsiz, Azərbaycan özünün beynəlxalq əlaqələrini genişləndirməlidir.
Kəmalə Mirzəyeva: Çıxışlarınızda qeyd edirsiniz ki, ermənilər saxta “soyqırım” iddiasını qaldıranda, biz də Qərbi Azərbaycan məsələsini masaya qoymalıyıq...
Sabir Rüstəmxanlı: -Qərbi Azərbaycan məsələsi gündəmdən çıxarıla bilməz.Əslində, 1920-ci ildə Ermənistan Azərbaycanın razılığı ilə qurulub. Əslində, Osmanlı dövləti- imperatorluğu heç erməni dövlətinin qurulmağını istəmirdi. Azərbaycan parlamenti buna razılıq verdi. Bir şərtlə Naxçıvan,Qarabağ iddiaları bir də ortaya atılmasın. Amma, gördünüz ki, İrəvanı versək də, onlar iddialarından əl çəkmədilər.Üstəlik təxminən 100 il ərzində Ermənistan ordan zaman-zaman - 10- 15 ildən bir Sovetlər birliyinin rəhbərliyində ermənilərin çoxluğundan istifadə edib müəyyən bəhanələrlə soydaşlarımızı o torpaqlardan zorla deportasiya ediblər. Amma oralar bizim doğma yerimiz-yurdumuzdur. Bizim evlərimizə qayıtmaq haqqımız var.
Kəmalə Mirzəyeva: -.Daşkənddə “Qərbi Azərbaycana qayıdış” ikinci Türk Dünyası Sammitində, İspaniyanın paytaxtı Madrid şəhərində keçirilən “Qərbi Azərbaycana qayıdış beynəlxalq müstəvidə” Avropa Forumunda iştirakınızı xatırlatmaq istəyirəm...Azərbaycandan uzaqda bu məsələyə nə nəqər həssas yanaşılır ? Bu kimi sammitlər, tədbirlər nəyə təsir edə bilər ?
Sabir Rüstəmxanlı: -Əvvəla onu deyim ki, burada heç kimin haqqını dana bilmərəm. Bu məsələnin başında dayanan Azəri-Türk Qadınlar birliyidir və onun sədri Tənzilə Rüstəmxanlıdır. O təşəbbüs ondan gəlir. Bir də “Türkiyə-Azərbaycan evi” və dəstək verən digər qurumlar, xüsusi dəstək verən Qeyri hökümət Təşkilatı Dövlət Agentliyi. Madriddə möhtəşəm bir forum keçirildi. 10-a yaxın millət vəkili, ispan alimləri, Avropa parlamentinin üzvü olmuş adamlar iştirak edirdilər. Onların biri hətta çox açıq şəkildə dedi ki, biz 30 il ermənilərə qulaq asdıq, bir gündə azərbaycanlılara qulaq asaq. Gördülər ki, biz çox haqlıyıq. Çox maraqlı çıxışlar oldu. Onlar mətbuatda da bunu davam etdirdilər, televiziyada və s... Mən onda gördüm ki,doğrudan da, biz haqlı olduğumuza görə dünyanın hər yerində sözümüzü açıq deyə bilərik. Burada çəkinməli bir şey yoxdur və dünya da belə kar-kor deyil ki... Ortada xəritə var, tarix var, kitab var, heç kim fil qulağında yatmayıb. Hamı görür ki, vəziyyət necədir və ona uyğun olaraq da bunu dəyərlənidirirlər. Madrid görüşü son dərəcə əhəmiyyətli görüş idi. Bundan sonra biz Özbəkistanı seçdik, çünki Özbəkistan - Mərkəzi Asiya türk dünyasının əsas mərkəzlərindən biridir. Daşkənd şəhərində azərbaycanlılara qarşı Qarabağda törədilmiş soyqırım, ondan əvvəl 18-ci ildə törədilmiş soyqırımlardan danışdıq. Bəzən elə yerlər var onu başa düşməzlər, amma Özbəkistanda başa düşürlər. Çünki 1-ci Dünya müharibəsində 200.000 ə yaxın erməni çar Nikolayın tapşırığı ilə silahlanarq Türkiyəyə qarşı müharibədə iştirak edirdi və məğlub olandan sonra geri qayıdanda burda, Azərbaycanda, sonra Mərkəzi Asiyada, Kokandda, Fərqanə vadisində on minlərlə insanı-özbəyi qətlə yetirdilər.Bu soyqırımda, onların Ahıska Türkləri ilə münaqişəsində də ermənilərin barmağı var idi. Onlar tək Azərbaycana düşmənçilik etmirlər, bütün İslam dünyasını,bütün Türk dünyasını gözdən salmağa çalışırlar. Bizim bütün mənəvi sərvətlərimizə sahib çıxmağa çalışırlar.
Mən çox sevindim ki, Özbəkistanda bizi çox istil qarşıladılar. Yazıçılar, ziyalılar, millət vəkilləri, səfirlər bu tədbirə qatıldı. Onu da deyim ki, mayın 20- si mənim ad günüm idi. Onu gizli saxlayırdım. Hansı yollasa bu məlumat sızmışdı və ayın 19-da Özbəkistan yazıçıları, ziyalıları mənim üçün gözəl bir görüş də təşkil etmişdilər. Şeirlər oxundu, qardaşlığımızdan, birliyimizdən danışıldı. Düşünürəm ki, bu silsilədən tədbirlər davam etməlidir.Dünyanın müxtəlif ölkələrində biz buna bənzər görüşlər keçirə bilərik.
Kəmalə Mirzəyeva: -Bu faciələr birinci dəfə deyil başımza gəlir, nədənsə hadisələrin başlanğıcında onu əks etdirən əsərlər yazıldı. 1905-1906- cı illərdə ermənilərin başımza gətirdiyi ilk faciələrimizi əks etdirən əsərlərdən M. S. Ordubadinin“ Qanlı sənələr”, M. M Nəvvabın “ Erməni-müsəlman qırğınları” haqqqında kitablarını nümunə göstərmək olar. 1918-ci il qırğınları isə həm ədəbiyyatımızda, həm mətbuatımlzda, həm də Cümhuriyyətimizin yaratdığı təhqiqat komissiyasında araşdırıldı. Amma 1948-53-cü illər və 1988-ci ildən başlayarq Qarabağda və Qərbi Azərbaycanda qırğınlar, deportasiyalar ədəbiyyatımızda, incəsənətimizdə layiqli əksini tapa bildimi ? Yəni ən azından onları sənədləşdirə bildikmi ?
Sabir Rüstəmxanlı: -Mən 1985-ci ildə “Ömür kitabını” yazanda 1918-20-ci illərdə - o vaxt bütün Cənubi Qafqazda - İrəvandan başlayib Naxçıvan, Qarabağ, Zəngəzur, Gəncə,Bakı, Lənkəran, Qubada baş verən faicələrin o vaxtı əlimizə keçən məlumatlar əsasında yazmışdım. O vaxt arxivlərdən bəzi məlumatları da götürə bilmişdim. Amma sonra “Zəfər” poemasını -“Qarabağa dönüş”ü yazdım. Artıq o hissəyə qayıtmadım. Amma yazanlar var, yazılıb və yəqin ki ,bundan sonra da yazılacaq.