usd-1.7000 eur-1.8297 rub-0.0185
Bakı 13°C 13.94 m/s
Son xəbərlər
03-05-2024
01-05-2024
30-04-2024
29-04-2024

ŞƏHİDLƏR -Qazilər

Burdan bir atlı keçdi...

Mən bir igid tanıyıram. Uşaqlığı şahə qalxan at belində keçən, qorxmaz, cəsur, hələ kiçik məktəb yaşlarında olanda Şiraslan əmisinin evi yananda evin damına dırmaşıb alovlanan bacaya su töküb ...

DÜNYA ƏDƏBİYYATDAN

  16 yaşlı oğulluğu ilə eşq yaşayan yazıçı  Sidoni Qabriel Kolett

    1001info.az Kulis.az -a istinadla  “Həyatı film olanlar” layihəsində fransız yazıçısı, Qonkur Akademyasının üzvü Sidoni Qabriel Kolett haqda “Kolett” bədii filmini ...

İDMAN

MARAQLI

Türkiyədə Hüseynbala Mirələmovun kitablarının təqdimatı oldu

details

MƏDƏNİYYƏT

14.03.2024, 18:07 Oxunub: 799

 1001info.az xəbər verir ki, martın 14-də Türkiyənin Bandırma şəhərində Bandırma Onyedi Eylül Üniversitetində azərbaycanlı yazıçı-dramaturq Hüseynbala Mirələmovun “Ənvər Paşa” və digər kitablarının  təqdimat mərasimi olub.

Universitetin rektoru professor  İsmail Boz Türkiyə türkcəsinə çevrilən bu kitabların müəllifi Hüseynbala Mirələmov imzasının türk oxucularına yaxşı tanış olduğunu vurğulayıb və  "Ənvər Paşa"nı  Azərbaycan-Türkiyə qardaşlığına böyük töhfə hesab edib.

Təqdimatda iştirak edənlər böyük sevgi və sayğı ilə qələmə alınan  əsərlərin Türkiyədə böyük maraq doğuracağına əminliklərini ifadə ediblər, kitabları yüksək dəyərləndiriblər.   Qeyd edək ki, martın 15-i universitetdə keçiriləcək konfransda da Hüseynbala Mirələmovun kitablarının təqdimatı, ədəbiyyat adamları ilə görüşü gözlənilir. 

Xatırladaq ki, Hüseynbala Mirələmovun  "Yurda fəda üç paşa" trilogiyasının birinci kitabı olan "Ənvər Paşa" əsərində bu görkəmli tarixi şəxsiyyətin həyat və fəaliyyətinə yeni rakursdan nəzər salınıb. Müəllif arxiv materialları və sənədlər əsasında Ənvər Paşanın Azərbaycanla əlaqələri və millətimizin öndə gedən aydınları ilə olan dostluq münasibətlərini, Turan İslam İmperatorluğu qurmaq uğrunda apardığı böyük mücadiləni, şəxsi yaşantılarını, sevgi və iztirablarını, Tacikistanın Bəlcivan torpağında şəhidlik məqamına yüksəlişini yazıçı təxəyyülünün köməyilə qələmə alıb".

Digər xəbərlər