usd-1.7000 eur-1.9241 rub-2.1054
Bakı 19°C 11.16 m/s
Son xəbərlər
08-05-2025
07-05-2025
06-05-2025
04-05-2025
02-05-2025

ŞƏHİDLƏR -Qazilər

İstiqlal günü doğulan Şəhid Sabir Səmədov - Vüqar Əsgər yazır

İstiqlal günü doğulan Şəhid Sabir Səmədov Bu gun 28 may Dünya Azərbaycanlıları üçün ən önəmli günlərdən biridir.  1918-ci ilin bu günü Şərqdə ilk Demokratik Respublika ...

DÜNYA ƏDƏBİYYATDAN

  16 yaşlı oğulluğu ilə eşq yaşayan yazıçı  Sidoni Qabriel Kolett

    1001info.az Kulis.az -a istinadla  “Həyatı film olanlar” layihəsində fransız yazıçısı, Qonkur Akademyasının üzvü Sidoni Qabriel Kolett haqda “Kolett” bədii filmini ...

İDMAN

MARAQLI

Ürək və damar xəstəliklərinin ilk risk faktoru... Xolesterin

details

SAĞLAMLIQ

21.02.2023, 18:28 Oxunub: 2226

Xolesterinin orqanizmdə yüksək səviyyədə olması ürək və damar xəstəliklərinin ilk risk faktorudur.

Xolesterin damarların divarlarında yığılaraq onların elastikliyini pozur, daraldır, zəif və kövrək edir, damarların partlaması riskini artır ki, bu da infarkt və insultun inkişafına səbəb ola bilər.

Rusiyanın Pyatiqorsk farmasevtik akademiyasının müəllimi, biologiya elmləri doktoru professor Valeriy Məlik-Hüseynov Komsomolskaya Pravda-ya müsahibədə qanda xolesterinin səviyyəsini azaldan təbii vasitələri haqqında məlumat verib. Saglamolun.az sizə bu vasitələri təqdim edir:

1. Yemişan dəmləməsi

2 x.q. yemişan xırdalanır, üzərizə 1,5 stəkan isti su əlavə olunur, 1 saat dəmlənilir (termosda dəmləmək daha yaxşıdır) süzülür və sonra gündə 3 dəfə yarım stəkan olmaqla yeməkdən 30 dəqiqə əvvəl içilir.

2. Qara qarağat yarpaqlarının dəmləməsi

2 x.q. xırda doğranmış qara qarağat yarpaqlarının üzərinə 1 stəkan isti su tökün, 1 saat dəmləyin, süzün, gün ərzində 2-3 dəfə yarım stəkan olmaqla için.

3. Şüyüd toxumu dəmləməsi

1 x.q. şüyüd toxumunun üzərinə 1,5 stəkan isti su tökün, 1 saat ərzində dəmləyin, süzün, gün ərzində yarım stəkan olmaqla için.

Bundan əlavə xolesterinin səviyyəsini aşağı salmaq üçün professor Məlik-Hüseynov artıq çəkidən azad olmağı, siqaret çəkməkdən imtina etməyi, hərəkətli olmağı, sağlam qidalanmağı tövsiyə edir.

Digər xəbərlər