usd-1.7000 eur-1.7677 rub-1.6998
Bakı 10°C 5.03 m/s
Son xəbərlər
25-12-2024
24-12-2024
23-12-2024
20-12-2024
19-12-2024
18-12-2024

ŞƏHİDLƏR -Qazilər

İstiqlal günü doğulan Şəhid Sabir Səmədov - Vüqar Əsgər yazır

İstiqlal günü doğulan Şəhid Sabir Səmədov Bu gun 28 may Dünya Azərbaycanlıları üçün ən önəmli günlərdən biridir.  1918-ci ilin bu günü Şərqdə ilk Demokratik Respublika ...

DÜNYA ƏDƏBİYYATDAN

  16 yaşlı oğulluğu ilə eşq yaşayan yazıçı  Sidoni Qabriel Kolett

    1001info.az Kulis.az -a istinadla  “Həyatı film olanlar” layihəsində fransız yazıçısı, Qonkur Akademyasının üzvü Sidoni Qabriel Kolett haqda “Kolett” bədii filmini ...

İDMAN

MARAQLI

Bir az möhlət ver Allah, dünyanı tanımağa...

details

ƏDƏBİYYAT

25.12.2024, 17:23 Oxunub: 520

1001info.az "Günün şeiri" rubrikasında Sona Vəliyevanın "BİR AZ MÖHLƏT VER, ALLAH" şeirini təqdim edir. 

 

     BİR AZ MÖHLƏT VER, ALLAH

(Dünya bir  pəncərədi, hər gələn baxar gedər)

 

Dünya bir pəncərədi, Allah, izin ver mənə

Görüm nəyim qalıbdı divarın o üzündə..

Keçim uzaq yolları gecə-gündüz bilmədən

Görüm nəyi qalıbdır, ömrün ömür olmağa,

Bir az möhlət ver Allah, dünyanı tanımağa.

 

Görüm necə sirr imiş, yarın yarı, parası,

Görüm fələk dadıbmı bu dünyanın acısın,

Görüm sağalacaqmı bu torpağın yarası,

Bir az möhlət ver Allah, yaramız sağalmağa,

Bir az möhlət ver Allah, dünyanı tanımağa.

 

Söz canda yoğrulunca can bu canda nə çəkdi,

Dünyanın yükü ağır görüm, Sarvan nə çəkdi.

Allah özü haqq divan, Allah bizdən nə çəkdi,

Bir az möhlət ver Allah, insanı tanımağa,

Bir az möhlət ver Allah, dünyanı tanımağa.

 

Bir az möhlət ver Allah, görüm niyə beləyik,

Dünyadan ağır dərdə niyə belə laqeydik.

Gözümüz görə-görə bu torpağı itirdik,

Bir az möhlət ver Allah, Vətən deyib varmağa,

Bir az möhlət ver Allah, dünyanı tanımağa.

 

Əl uzatdım qılınca, əlim qoldan kəsildi,

Yol başladım Şuşaya, yolum yoldan kəsildi.

Hanı ağ atlı oğlan, səbrim kəsik-kəsikdi,

Möhlət ver bizə, Allah, bu torpağı almağa

Bir az möhlət ver, Allah, dünyanı tanımağa.

 

Yuxu gördüm çiçəkli, Qorqud Dədəmiz yozsun,

Qisas qiyamətdəsə, Tanrı tərsinə yozsun.

Qarabağın matəmi, başı bəlalı yurdun,

Qisas yolu göstər sən, bu dərdi ovutmağa,

Bir az möhlət ver Allah, dünyanı tanımağa.

 

Bəxt xudadan yatıbsa, ahım fələk oyatmaz,

Səhv dönə-dönə olsa Allah amana yozmaz.

Yadlaşıb unutmuşuq, qarı düşmən dost olmaz.

Bir az idrak ver Allah, insanı tanımağa,

Bir az möhlət ver Allah, dünyanı tanımağa.

2002-ci il noyabr

Digər xəbərlər