ŞƏHİDLƏR -Qazilər

İstiqlal günü doğulan Şəhid Sabir Səmədov - Vüqar Əsgər yazır
İstiqlal günü doğulan Şəhid Sabir Səmədov Bu gun 28 may Dünya Azərbaycanlıları üçün ən önəmli günlərdən biridir. 1918-ci ilin bu günü Şərqdə ilk Demokratik Respublika ...
DÜNYA ƏDƏBİYYATDAN

16 yaşlı oğulluğu ilə eşq yaşayan yazıçı Sidoni Qabriel Kolett
1001info.az Kulis.az -a istinadla “Həyatı film olanlar” layihəsində fransız yazıçısı, Qonkur Akademyasının üzvü Sidoni Qabriel Kolett haqda “Kolett” bədii filmini ...
İDMAN
MARAQLI
Suraxanıda 8 Mart - Beynəlxalq Qadınlar Günü qeyd olunub

CƏMİYYƏT
08.03.2025, 13:16 Oxunub: 191Martın 7-də Suraxanı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik” ili çərçivəsində 8 Mart - Beynəlxalq Qadınlar Gününə həsr olunmuş tədbir keçirilib, eləcə də duaların qəbul olunduğu müqəddəs Ramazan ayında iftar süfrəsi açılıb.
Tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı Adil Əliyev, YAP Suraxanı Rayon Təşkilatının sədri Vüqar Seyidov, Milli Məclisin deputatları Afət Həsənova, Sevinc Fətəliyeva, Qaya Məmmədov, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, RİHB-nin müavinləri, şəhid ailələri, rayonun idarə, müəssisə və təşkilatlarının nümayəndələri, ziyalılar iştirak ediblər.
Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə Ulu Öndər Heydər Əliyevin, həmçinin vətənimizin ərazi bütövlüyü uğrunda canından keçmiş bütün şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Adil Əliyev şəhid anaları başda olmaqla bütün xanımları 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik edib. O, Azərbaycan tarixində qadına verilən dəyər və hörmət ənənələrindən bəhs edərək, Azərbaycan qadınının mehriban ana, qayğıkeş həyat yoldaşı, dövlət idarəçiliyində müdrik rəhbər olduğunu vurğulayıb.
Ölkəmizdə dövlət qadın siyasətinin bünövrəsinin məhz Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulduğunu çıxışında qeyd edən Adil Əliyev bu siyasətin Prezident cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildirib. O, qeyd edib ki, Azərbaycan qadınları dövlətin bütün strukturlarında ləyaqətlə təmsil olunur. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın rəhbərliyi ilə milli maraqlarımıza xidmət edən və ənənələrimizi yaşadan çoxsaylı layihələrin uğurla icra olunması Azərbaycan qadınının mərhəmət və xeyirxahlığının, zəngin mənəvi dəyərlərə malik olduğunun bariz nümunəsidir.
YAP Suraxanı Rayon Təşkilatının sədri Vüqar Seyidov, Milli Məclisin deputatı Sevinc Fətəliyeva, şəhid Elzar Yusubovun anası Günəş Daşdəmirova, Azərbaycan Televiziyasının aparıcısı Nailə Babayeva, Respublikanın Əməkdar artisti, Rayon Ağsaqqallar Şurasının sədr müavini, professor Ağalar Bayramov da bütün xanımları təbrik edərək, ən xoş arzularını çatdırıblar. Qeyd olunub ki, böyük mədəni irsə malik olan Azərbaycan qadını çətin, keşməkeşli inkişaf yolu keçib. Taleyüklü milli məsələlərin həllinə öz töhfələrini verən xanımlarımızın elm, təhsil, mədəniyyət, səhiyyə və digər sahələrdə qazandığı nailiyyətlər onların çox böyük potensiala malik olduğunun təsdiqidir.
Tədbirdə rayonun ictimai həyatında fəal iştirak edən qadınların bir qrupu Suraxanı Rayon İcra Hakimiyyəti başçısının Fəxri Fərmanı ilə təltif edilib, eləcə də tədbirdə iştirak edən şəhid analarına və bütün xanımlara hədiyyələr təqdim olunub.

Digər xəbərlər
