usd-1.7000 eur-1.8526 rub-1.9891
Bakı 9°C 3.94 m/s
Son xəbərlər
11-03-2025
08-03-2025
01-03-2025
25-02-2025
24-02-2025

ŞƏHİDLƏR -Qazilər

İstiqlal günü doğulan Şəhid Sabir Səmədov - Vüqar Əsgər yazır

İstiqlal günü doğulan Şəhid Sabir Səmədov Bu gun 28 may Dünya Azərbaycanlıları üçün ən önəmli günlərdən biridir.  1918-ci ilin bu günü Şərqdə ilk Demokratik Respublika ...

DÜNYA ƏDƏBİYYATDAN

  16 yaşlı oğulluğu ilə eşq yaşayan yazıçı  Sidoni Qabriel Kolett

    1001info.az Kulis.az -a istinadla  “Həyatı film olanlar” layihəsində fransız yazıçısı, Qonkur Akademyasının üzvü Sidoni Qabriel Kolett haqda “Kolett” bədii filmini ...

İDMAN

MARAQLI

Həsrətin sonu -  xoş ovqatlı baharlarımız 

details

GÜNDƏM

11.03.2025, 17:25 Oxunub: 887

 

Nə az, nə çox, düz 30 il sönən ocaqlarımız,səssizliyə qərq olan viranə  şəhər və kəndlərimiz, ucalığını itirmiş dağlarımız  sinə dağımz oldu. Fəsillərin gəlişi də, gedişi də biz qarabağlılara acıdan başqa heç nə vermədi . Hər il Novruz bayramlarında bir qəriblik, küskünlük çökdü qəlbimizə, hələ öz vətənimizdə ikinci millət kimi, başqa adla -"qaçqın - köçkün" kimi çağılmağımız... Düşdüyümüz bu hal bizi necə sarsıtdı, sındırdı, ağlatdı, ilahi...
Sən demə, yeri - göyü  yaradan, bu acımızdan ,  həsrətli günlərimizdən xəbərdar olan  haqq-ədalət  yaradıcısı Allahın səbri böyük imiş və bir gün öz hökmünü verəcəkmiş... Sən demə, ər igidlərimizin planları, vaxtı - vədəsi varmış... Qarabağın baharlarına yol isə bir  qızılı, qan rəngli payızdan keçəcəkmiş ...

Ya Qarabağ, ya ölüm!

Mənfur düşmənlərin torpaqlarımıza təcavüz etdiyi ilk gündən xalqımız təslimçi ruhda olmadı. "Ya Qarabağ, ya ölüm!" - deyən igidlərimiz arxalı köpəklərə qarşı cəsarətlə döyüşdü, minlərlə oğul - qızlarımız Vətən uğrunda şəhid, əlil oldu... Qarabağ başdan - başa şəhid qanları ilə suvarılıb, müqəddəsləşdi... 
30 illik bu savaşlar, mücadilələr, ölümlər əbəs yerə deyilmiş .  Azərbaycan ləyaqətli savaşla dünyanın gözü qarşısında ədalət mühakiməsi aparırdı. Və nəhayət, Rusiya - Ermənistan işğalçılarının Qarabağda qurduqları 200 illik məkrli planları alt - üst oldu...

Böyük xalq, böyük Qələbə!

2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin növbəti hərbi təcavüz aktına cavab olaraq Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə “Dəmir yumruq” əməliyyatına başladı. 44 gün davam edən Vətən müharibəsi Azərbaycanın tarixi qələbəsi ilə başa çatdı. Ölkə başçısının prinsipial mövqeyi və qətiyyəti, rəşadətli Ordumuzun misilsiz şücaəti sayəsində 30 illik həstərə son qoyuldu. Şübhəsiz ki, bu Zəfərin əldə olunmasında arxa cəbhədə vətəndaşlarımızın mənəvi dəstəyi və yüksək  psixoloji ovqatı mühüm amillərdən oldu. Azərbaycan xalqı Prezidentimizin ətrafında birləşərək sözün əsl mənasında böyük xalq olduğunu sübut etdi. 
Artıq Prezident İlham Əliyevin 19 sentyabr 2024-cü il tarixli sərəncamı ilə hər il sentyabrın 20-si Azərbaycan Respublikasında Dövlət Suverenliyi Günü kimi elan edilib . 20 sentyabr 2023-cü ildə Azərbaycan Ordusunun keçirdiyi uğurlu əməliyyat nəticəsində erməni separatizmi qarşımızda diz çökdü. Bununla da ölkəmizin ərazi bütövlüyü, suverenliyi tam bərpa olundu . İndən sonra daha rayonlarımızın işğal tarixlərini yox, xalqımızın  müqəddəs bayramlarını, Dövlət Suverenlik Gününü böyük təntənə ilə qeyd edəcəyik.

Dağlarda tonqal yanır 

Daha Qarabağda baharlarımız qan ağlamayacaq. Novruz çərşənbələrimiz sönülü deyi! Ağdamın, Ağdərənin, Xankəndinin, Xocalının, Zəngilanın , Füzulinin,  Şuşanın, Laçının, Kəlbəcərin, Qubadlının... ən uca zirvələrində bayram tonqalları alovlanır. Bu alovların şöləsi isə   Azərbaycan sərhədlərinə gəlib binokla  bizə tərəf  baxan xain, məkrli düşmənlərin gözlərini kor edəcək bir gün... 


Zəkurə Quliyeva, 
"QARABAĞ"
11 mart 2025 - ci il

Digər xəbərlər