usd-1.7000 eur-1.8431 rub-1.9726
Bakı 12°C 3.97 m/s
Son xəbərlər
11-03-2025
08-03-2025
01-03-2025
25-02-2025
24-02-2025

ŞƏHİDLƏR -Qazilər

İstiqlal günü doğulan Şəhid Sabir Səmədov - Vüqar Əsgər yazır

İstiqlal günü doğulan Şəhid Sabir Səmədov Bu gun 28 may Dünya Azərbaycanlıları üçün ən önəmli günlərdən biridir.  1918-ci ilin bu günü Şərqdə ilk Demokratik Respublika ...

DÜNYA ƏDƏBİYYATDAN

  16 yaşlı oğulluğu ilə eşq yaşayan yazıçı  Sidoni Qabriel Kolett

    1001info.az Kulis.az -a istinadla  “Həyatı film olanlar” layihəsində fransız yazıçısı, Qonkur Akademyasının üzvü Sidoni Qabriel Kolett haqda “Kolett” bədii filmini ...

İDMAN

MARAQLI

Kitabxana və Mütaliə- Iradə Əlili yazır

details

MƏDƏNİYYƏT

14.03.2025, 12:47 Oxunub: 652

Kitabxana və Mütaliə


İngilis filosofu Herbet  Spenser     söyləmişdi “hər bir insanın dəyəri onun oxuduğu  kitablarla ölçülür” . Doğrudur kitabsız , mütaliəsiz  insan ömrünü təsəvvür etmək olmaz. Mutaliənin insan zəkasının , mədəni səviyyəsinin , şüuraltı fikirlərinin inkişafında  formalasmasında mühüm rolu vardır.Çox kitab oxuyan mütaliə edən insan güçlü informasiyaya , nitq qabiliyyətinə söz ehtiyatına malik olur. Dahi filosof Əbülhəsən Bəhmənyar  kitab haqqında gözəl  fikirlər söyləmişdir " elə adamlar axtarın ki  onlarla söhbət  yaxşı kitablara bərabər olsun, elə kitablar axtarın ki  mütaliəsi filosoflarla söhbətə dəysin". Bu həqiqətən belədir.   Çox mutaliə edə insan bilik və məlumatları ilə  cəmiyyətdə hər  zaman mütaliəsi olmayan insanlardan zəngin mütaliyəyə sahib olması ilə seçilər. Kitabla dostluq edən insan mənəvi zənginliyi  və inkişafını  cəmiyyətdə  təmin etmiş olur. Mütaliəsi çox olan insanın  özünə inamı çox olur qətiyyətsizlikdən uzaq olur. Zəngin söz ehtiyyatına malik olur. Mütaliə geniş düşüncə imkanı yaradır. Çox mutaliə  edən insan  kreativ düşüncəyə təhlil və müzakirə etmək bacarığına sahiblənir. Mutaliə kitab gələcəyə qoyulan yüksək gəlirli  risksiz sərmayədir və keçmişlə gələcək arasında körpü rolunu oynayır. Məlumatı və informasiyanı özündə toplayan kitablar kitabxanlar vasitəsi ilə oxuculara  catdirilir. Elm  təhsil tərbiyə mədəniyyət  informasiya funksiyalarını həyata keçirən kitabxanaların cəmiyyətin inkişafında rolu böyükdür. Ziya nurunu daşıyan kitabxanaçılarımız   oxucu ilə kitabxana arasında olan bağları  möhkəmləndirməyə yorulmadan səy göstərirlər. Mütaliənin insan zəkasına böyük təsiri  danılmazdır. Mütaliə üçün istər  internet üzərindən  axtarış edən , istər də kitabxanalara  üz tutan oxucular  
gələcəkləri üçün  zəmin  yaratmış olurlar.
Düşüncə tərzinə, marağımıza uyğun daha çox kitabların mütaliəsinə tələsəyin.
 "Yaxşı kitab çox qiymətli xəzinədir" demiş H.B.Zərdabı .Bu xəzinəyə müraciət edərək cəmiyyətin  inkişafına öz töhfələrimizi verək.

İradə Əlili

 tarix üzrə fəlsəfə doktoru

Digər xəbərlər