usd-1.7000 eur-1.9964 rub-2.1129
Bakı 6°C 3.9 m/s
Son xəbərlər
18-12-2025
16-12-2025
15-12-2025
12-12-2025
10-12-2025
08-12-2025
07-12-2025
03-12-2025

ŞƏHİDLƏR -Qazilər

Burdan bir atlı keçdi...

Mən bir igid tanıyıram. Uşaqlığı şahə qalxan at belində keçən, qorxmaz, cəsur, hələ kiçik məktəb yaşlarında olanda Şiraslan əmisinin evi yananda evin damına dırmaşıb alovlanan bacaya su töküb ...

DÜNYA ƏDƏBİYYATDAN

  16 yaşlı oğulluğu ilə eşq yaşayan yazıçı  Sidoni Qabriel Kolett

    1001info.az Kulis.az -a istinadla  “Həyatı film olanlar” layihəsində fransız yazıçısı, Qonkur Akademyasının üzvü Sidoni Qabriel Kolett haqda “Kolett” bədii filmini ...

İDMAN

MARAQLI

“Ədibin Evi” müsabiqə iştirakçılarına müraciət edib

details

ƏDƏBİYYAT

18.12.2025, 15:27 Oxunub: 60

“Ədibin Evi” müsabiqə iştirakçılarına müraciət edib

“Ədibin Evi” Ədəbiyyata Dəstək Fondu tərəfindən elan olunmuş Mir Cəlal adına V Hekayə Müsabiqəsinin münsiflər heyəti iştirakçılara müraciət edib.

 “Ədibin Evi”ndən "Azərtac"a bildirilib ki, yazıçılardan bəzi qeydləri nəzərə alaraq, müsabiqə yekunlaşanadək (2026-cı il fevralın 1-dək) daha keyfiyyətli işlərin göndərilməsi gözlənilir.

Qeyd olunub ki, cari ilin noyabrında elan edilən müsabiqəyə bu günə qədər artıq müəyyən sayda hekayələr daxil olub və onların bir qisminin qiymətləndirilməsinə başlanılıb.

 

“Ədibin Evi”nin icraçı direktoru Şəfəq Mehrəliyevanın sözlərinə görə, hələ ki, təqdim olunan hekayələrin ümumi səviyyəsi münsifləri qane edə bilməyib. İlk qiymətləndirilən 25 hekayədən yalnız biri ikinci oxunuş mərhələsinə keçə bilib. Münsiflərin fikrincə, təqdim olunan işlərdə müəlliflərin mütaliə azlığı hekayələrin dilində və üslubunda özünü büruzə verir. Hekayə janrı ilə yaxşı tanış olmamaları müəlliflərin söz ehtiyatının azlığında, artıq detal, yersiz təfərrüatlara yer vermələrində görünür. Əksər işlərdə əsasən ideya qıtlığı, süjet natamamlığı müşahidə olunur. Hekayə janrında söhbət, sadəcə, yazarın eşitdiyi, gördüyü əhvalatı inşa kimi kağıza köçürməsindən getmir. Qısa hekayə özü-özlüyündə seçmə elementləri əhatə edən, emosional təsiri olan yığcam ədəbi-bədii əsər olmalıdır.

Mir Cəlal adına V hekayə müsabiqəsinin şərtlərini bir daha xatırladırıq.

Təqdim edilən işlər:

-Azərbaycan dilində yazılmalı;

-Həcmi 1500 sözdən çox olmamalı;

-Yeni olmalı, əvvəllər çap və ya elektron şəkildə yayılmamalı;

-Müəlliflərin adı, soyadı, əlaqə məlumatı ilə birgə növbəti il fevralın 1-dək elektron şəkildə [email protected] ünvanına göndərilməli;

-Hekayə mövzusu sərbəstdir.

Müsabiqəyə 2026-cı il aprelin sonunda yekun vurulacaq.

Mükafat fondu:

- I yer üçün 3000 manat;

- II yer üçün 2000 manat;

- III yer üçün 1000 manat nəzərdə tutulub.

İlk dəfə 2017-ci ildə elan edilən Mir Cəlal adına hekayə müsabiqəsinə bu günə qədər iki mindən çox iş təqdim olunub.

Müsabiqə Azərbaycan ədəbi irsinin tədqiq və təbliği ilə məşğul olan “Ədibin Evi” Ədəbiyyata Dəstək Fondu tərəfindən keçirilir.

Digər xəbərlər