usd-1.7000 eur-1.9592 rub-2.1249
Bakı 20°C 13.79 m/s
Son xəbərlər
13-06-2025
12-06-2025
11-06-2025
10-06-2025

ŞƏHİDLƏR -Qazilər

İstiqlal günü doğulan Şəhid Sabir Səmədov - Vüqar Əsgər yazır

İstiqlal günü doğulan Şəhid Sabir Səmədov Bu gun 28 may Dünya Azərbaycanlıları üçün ən önəmli günlərdən biridir.  1918-ci ilin bu günü Şərqdə ilk Demokratik Respublika ...

DÜNYA ƏDƏBİYYATDAN

  16 yaşlı oğulluğu ilə eşq yaşayan yazıçı  Sidoni Qabriel Kolett

    1001info.az Kulis.az -a istinadla  “Həyatı film olanlar” layihəsində fransız yazıçısı, Qonkur Akademyasının üzvü Sidoni Qabriel Kolett haqda “Kolett” bədii filmini ...

İDMAN

MARAQLI

Əməköməci ... Nəfəs yollarının iltihablarından tutmuş ağ ciyər xərçənginə qədər 

details

SAĞLAMLIQ

13.05.2022, 21:35 Oxunub: 7200

1001info.az nəfəs yollarının iltihablarından tutmuş ağ ciyər xərçənginə qədər nə qədər xəstəliyi əsrlərdir sağaldan bitki əməköməcidən bəhs edir. 

Əsrlər əvvəl müasir dərmanlar yox idi. Amma elə otlar var idi ki, onlar insanların həyatını xilas edirdilər. Günümüzün reallığı odur ki, bahalı dərmanlar, ardı-arası kəsilməyən prosedurlar dərdimizə əlac olmur. Amma sıradan bir ot, bizə həyatımızı və sağlamlığımızı geri qaytarır.

Əməköməcinin tərkibində çox miqdarda selik olduğundan ağciyər xəstəliklərində bəlğəmgətirici kimi istifadə oluna bilər. Eyni zamanda, həmin selikli maddələr qastrit, mədə-bağırsaq yaraları zamanı yaranın üzərini bürüyərək sağalmasını sürətləndirir və bu məqsədlə əməköməcinin dəmləməsi içilir. Əməköməci bitkisinin tərkibində olan malvin adlı maddə çox güclü mikrob və bakteriya öldürücü xüsusiyyətə malikdir. Məsələn, ağızda əmələ gələn yaralar gec sağalırsa, tez-tez angina baş verirsə, bir dəstə əməköməcini çeynəyib suyunu udmaq, oduncağını isə ağızdan çıxarmaq yaxşı təsir edir.

Xalq təbabətində mədə-bağırsaq sisteminin qastrit, kolit kimi iltihabi xəstəliklərində, həzm pozulmaları, ishal, yanıq, dəri xəstəlikləri, yara, xora, konyuktivit və paradontoz zamanı müalicə vasitəsi kimi istifadə edilir. Əməköməcinin preparatları bronxolitik, bürüyücü və iltihab əleyhinə təsir göstərir və həmin xüsusiyyətlərinə görə yuxarı tənəffüs yollarının xəstəliklərində, xüsusilə də quru və üzücü öskürəklərdə çox faydalıdır. Bundan başqa, bitki həm də qanda şəkərin səviyyəsini azaltmaq qabiliyyətinə malikdir".

Körpə əməköməci tərəvəz kimi yeyilir. Qurudulmuşu çay və qış yeməklərində istifadə edilir. Sıyıq halı çibanların, yaraların, ya da egzama olan bölgənin üzərinə qoyulsa, faydası görülər. Dəmlənmişi əlləri yumşaldır, ayaqlardan yorğunluğu aradan qaldırır. Gözlərə sarğı edilsə, gözləri rahatlaşdırar.

Digər xəbərlər