ŞƏHİDLƏR -Qazilər

İstiqlal günü doğulan Şəhid Sabir Səmədov - Vüqar Əsgər yazır
İstiqlal günü doğulan Şəhid Sabir Səmədov Bu gun 28 may Dünya Azərbaycanlıları üçün ən önəmli günlərdən biridir. 1918-ci ilin bu günü Şərqdə ilk Demokratik Respublika ...
DÜNYA ƏDƏBİYYATDAN

16 yaşlı oğulluğu ilə eşq yaşayan yazıçı Sidoni Qabriel Kolett
1001info.az Kulis.az -a istinadla “Həyatı film olanlar” layihəsində fransız yazıçısı, Qonkur Akademyasının üzvü Sidoni Qabriel Kolett haqda “Kolett” bədii filmini ...
İDMAN
MARAQLI
LƏYAQƏTLİ MÜHARİBƏ

TARİX
01.04.2022, 14:05 Oxunub: 2018“Biz müharibəni ləyaqətlə aparmışıq, bütün müharibə qanunlarına riayət edərək aparmışıq. Biz mülki əhaliyə qarşı vuruşmamışıq, biz binaları bombalamamışıq, biz qəddarlıqla məşğul olmamışıq”.
İlham ƏLİYEV
İnsanin dünyaya gəlişi və həyatdan getməsi Allahın adı ilə bağlıdır!
Allahın yaratdığını Uca Tanrının özündən başqa heç kim həyatdan məhrum etməməlidir!
Bu günahdır!
Həm də cinayətdir!
Lakin bəzən insan öldürmək nəinki günah, cinayət əməli sayılır, əksinə zərurət, qəhrəmanlıq hesab olunur!
Əlbəttə, söhbət ədalətli müharibədən, rəzil düşmənin öldürülməsindən gedir!
Vətənin müdafiəsi, doğma torpaqların qorunması, işğaldan azad edilməsi müqəddəs borc, vəzifədir!
Şair gözəl deyib:
Vətəni sevməyən insan olmaz...
Sevdiyini isə qorumağı, müdafiə etməyi bacarmalısan!
Həm də bütün bunları qəlbən istəməlisən!
Üstəlik, bu yolda hər an şəhid getməyə də hazır olmalısan!
***
Müharibədə qarşılaşan hər iki tərəf bir-birini düşmən sayır!
Bir-birini öldürmək istəyir!
Kimin haqlı, kimin təcazvüzkar sayılmasından asılı olmayaraq.
Bu qan tökməyin, qəddarlığın da özünəməxsus qanunları, normaları var.
Müharibədə də müəyyən qırmızı xətlər mövcud olur.
Həm mülki əhaliyə münasibətdə, həm işlədilən silahlarda, həm də müharibə aparılan ərazidə yaşayan insanlarla davranışda...
Azərbaycan xalqının təbirincə desək, düşmənin də mərdi və namərdi olur!
Vay o gündən ki, düşmənin namərd, alçaq, xəbis, yalançı, satqın, qorxaq, ikiüzlü, yaltaq və hiyləgər ola!
Erməni kimi!
Azərbaycan xalqı həmişə açıq döyüşün, mərd düşmənçiliyin tərəfdarı olub.
Dastanlarda, nağıllarda, roman və povestlərdə belə düşmən təqdir edilib.
Heyhat, real həyatda qarşımıza çıxan namərd erməni oldu!
Amma xalqımız Vətən müharibəsində murdar düşmənə qarşı mərdliklə, kişi kimi döyüşdü, cəsarət, rəşadət, qəhrəmanlıq nümunələri göstərdi.
Düşmənin bütün alçaqlıqlarının, şərəfsizliyinin dəfələrlə şahidi olsa da!
Azərbaycan xalqının 44 günlük Vətən müharibəsi təkcə ona görə ləyaqətli müharibə hesab olunmur ki, torpaqların işğaldan azad edilməsi uğrunda aparılan savaş ədalətli, beynəlxalq hüquqa və onun tələblərinə cavab verən şəkildə gerçəkləşdi.
Bu müharibənin ən yeni silahlarla, taktika və strategiya ilə aparılması, XXI əsrin ən yeni müharibəsi sayılması, dünya üçün nümunəyə çevrilməsi sırf hərb, hərb elminin tələblərinə cavab verməsi məsələnin yalnız hərbi-texniki tərəfidir.
Ləyaqətli müharibə ölüm-dirim savaşında, ölüb-öldürmə meydanında, düşmənin hər cür alçaqlığının şahidi olduğun bir vaxtda da öz insanlığını, ləyaqət hissini unutmamaqdır!
Hətta şərəfsiz addımlara, murdar əməllərə müharibə qanunları çərçivəsində, hərbin dili ilə, faşıst metodları tətbiq etmədən cavab verilməsidir!
Azərbaycan Ordusu əvvəldən axıradək yalnız hərbçilərə qarşı döyüşdü, hərbi mövqelərə, texnikaya, atəş nöqtələrinə dəqiq zərbələr endirdi.
Həm də bunları çəkərək bütün dünyaya nümayiş etdirdi!
Ancaq erməni mülki əhalisinə qarşı heç bir zorakılıq olmadı, əksinə, onlar qorundu və dərhal da qarşı tərəfə təhvil verildi!
Müzəffər Ali Baş Komandan İlham Əliyev də, Azərbaycan Ordusu da sona qədər təmkinli, ləyaqətli davrandı!
Hətta bu, düşmənin etdiyi alçaqlıqlar qarşısında nə qədər çətin və ağır olsa da belə!
Bəli, alçaq düşmən şərəfsizcəsinə cəbhə xəttindən çox-çox uzaqda yerləşən Gəncə, Tərtər, Bərdə, Goranboy şəhərlərini raket və mərmi atəşinə tutduğu bir vaxtda!
Gecə vaxtı Gəncənin yaşayış məhəllələri, günün-günorta çağı Bərdə şəhərinin ən çox insanın toplaşdığı yer, gecə-gündüz bilmədən Tərtərin kənd, qəsəbə və şəhəri dağıdılanda!
Ballistik raketlər dalbadal qeyri-hərbi obyektlərə atılanda!
Qadağan olunmuş fosforlu, kasetli bombalar dinc əhaliyə qarşı tətbiq ediləndə!
Bəli, belə məqamlarda əsəblərini və hisslərini cilovlamaq çox çətin idi!
Ancaq Azərbaycan tərəfi bir an belə olsun ləyaqət hissini unutmadı!
Bütün alçaqlıqların əvəzini döyüş meydanında verdi!
Həm də artıqlaması ilə!
***
Azərbaycan xalqı bu müharibədə düşmənə qəhrəmanlığı, vətənpərvərliyi, ləyaqət hissi ilə də qalib gəldi!
Müzəffər Ali Baş Komandan İlham Əliyev 44 gün ərzində Ermənistan ordusunu məhv etdi.
Düşməni qarşısında diz çökdürdü!
“Dəmir yumruğ”u ilə başını əzdi!
Həm də informasiya müharibəsində biabırçı məğlubiyyətə uğratdı.
Onun yalançı, riyakar, vandal olduğunu konkret faktlarla ifşa etdi.
Müharibə qanunlarını dəfələrlə pozduğunu, qadağan olunmuş silahlardan, bombalardan, ballistik raketlərdən istifadə etdiyini sübutlarla göstərdi.
Bu gün də erməni vandallığı, murdarlığı, 30 illik işğal dövründə törətdiyi vəhşiliklər, dini, mədəni, tarixi abidələrə vəhşi, qeyri-insani münasibətləri dünyaya təqdim edilməkdədir.
Təkcə “böyük Ermənistan” mifi deyil, “qədim mədəni xalq” əfsanəsi də puça çıxarılmışdır.
Düşmənin növbəti ləyaqətsizliyi diz çökərək imzaladığı kapitulyasiya aktının bəndlərini yerinə yetirmək istəməməsi, üzərinə götürdüyü öhdəliklərin müxtəlif şəkildə, bəhanələrlə icrasından boyun qaçırmasıdır!
“Dəmir yumruq” hər bir hiylədən, oyunbazlıqdan yüksəkdə dayanır və gücünü daha da artırır!
İstənilən an düşmənə daha ağır formada dərs vermək imkanımız var və bu hüququ özümüzdə saxlamışıq!
Terrorçulara və separatçılara qarşı daha bir ləyaqətli hərbi əməliyyat keçirmək hər zaman mümkündür!
Yenə də seçim Ermənistanındır!
Onlar istəməsələr də, Zəngəzur dəhlizi yaradılacaq!
Onlar istəməsələr də, Azərbaycan öz ərazisində öz qanunlarını tətbiq edərək terrorun və separatizmin kökünü birdəfəlik kəsəcəkdir!
Həm də son dərəcədə ləyaqət hissi ilə!
Bəxtiyar SADIQOV
