usd-1.7000 eur-1.7426 rub-1.6534
Bakı 6°C 10.68 m/s
Son xəbərlər
12-01-2025
11-01-2025
10-01-2025
09-01-2025

ŞƏHİDLƏR -Qazilər

İstiqlal günü doğulan Şəhid Sabir Səmədov - Vüqar Əsgər yazır

İstiqlal günü doğulan Şəhid Sabir Səmədov Bu gun 28 may Dünya Azərbaycanlıları üçün ən önəmli günlərdən biridir.  1918-ci ilin bu günü Şərqdə ilk Demokratik Respublika ...

DÜNYA ƏDƏBİYYATDAN

  16 yaşlı oğulluğu ilə eşq yaşayan yazıçı  Sidoni Qabriel Kolett

    1001info.az Kulis.az -a istinadla  “Həyatı film olanlar” layihəsində fransız yazıçısı, Qonkur Akademyasının üzvü Sidoni Qabriel Kolett haqda “Kolett” bədii filmini ...

İDMAN

MARAQLI

Ulu öndər şeir-sənət hamisi, sülh, əmin-amanlıq tərəfdarı idi...- Səadət Məhərrəmova yazır

details

TARİX

05.06.2024, 14:05 Oxunub: 3766

Bir daha fenomen şəxsiyyət haqqında

Tanrı insanı yaradan gündən bəşər tarixi yaranmışdır. Bəşərin tarixi cəmiyyətin tarixi deməkdir. Cəmiyyətin tarixi ona görə yaranmışdır ki, insanlar yaşadığı günlərdən dönüb arxaya baxsın, keçib gəldiyi zamanın tarixindən ibrət alaraq öz gələcək yolunu, fəaliyyət istiqamətini müəyyənləşdirsin. Bunun üçün insan  tarixin səhifələrini öz şanslı və əbədiyaşar əməlləri ilə bəzəyən şəxsiyyətlərin tarixi rolunu bilməlidir. O bilməlidir ki, tarix necə şəxsiyyətlər yaradır, bu şəxsiyyətlər öz növbəsində tarixi necə yaradırlar? İnsan bilməlidir ki, cəmiyyəti xoşbəxtliyə aparan yolda Tanrı insanları niyə əvvəl imtahana çəkir, sonra ona tale bəxş edir?! O bilməlidir ki, niyə kimsə bu dünyada ona verilən müvəqqəti həyatı şən-şux, deyə-gülə yaşayır, kimisə ah-ufla ömrü başa vurur? İnsan onu da bilməlidir ki, Allahın yazısı ilə yaşayan bu insanların fərqi orasındadır ki, birincilər yaşayır, yaşadır və yaradırlar. Yaradanlar və yaşadanlar sağlığında əbədiyyətə qovuşurlar. Belə şəxsiyyətlər bəşər tarixində tək-tək olmuşdur. Bu insanlardan biri də Heydər Əliyevdir. Heydər Əliyevin yaratdığı tarixi açıb vərəqləyəndə, şəxsiyyəti haqqında düşünəndə ilk təsəvvürdə canlanan onun milli vətəndaş, siyasi dövlət rəhbəri kimi bənzərsiz simasıdır. Bu sima dahi bir rəhbərin öz xalqına, millətinə, cəmiyyətimizin hər bir üzvünə təmənnasız xidmət etmək, öz xoşbəxtliyini xalqının xoşbəxtliyində görmək istəyində parlayır!