ŞƏHİDLƏR -Qazilər
Burdan bir atlı keçdi...
Mən bir igid tanıyıram. Uşaqlığı şahə qalxan at belində keçən, qorxmaz, cəsur, hələ kiçik məktəb yaşlarında olanda Şiraslan əmisinin evi yananda evin damına dırmaşıb alovlanan bacaya su töküb ...
DÜNYA ƏDƏBİYYATDAN
16 yaşlı oğulluğu ilə eşq yaşayan yazıçı Sidoni Qabriel Kolett
1001info.az Kulis.az -a istinadla “Həyatı film olanlar” layihəsində fransız yazıçısı, Qonkur Akademyasının üzvü Sidoni Qabriel Kolett haqda “Kolett” bədii filmini ...
İDMAN
MARAQLI
Mahirə Hüseynovanın 65 illiyi münasibətilə elektron məlumat bazası hazırlandı
ƏDƏBİYYAT
19.12.2025, 14:52 Oxunub: 27Bu il filologiya elmləri doktoru, professor Mahirə Hüseynovanın 65 illik yubileyi tamam olur.
1001info.az xəbər verir ki, bu münasibətlə Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında Mahirə Hüseynovanın həyat və yaradıcılığından bəhs edən elektron məlumat bazası hazırlanaraq istifadəçilərə təqdim edilib.
Elektron məlumat bazasında Mahirə xanımın həyat və fəaliyyətinin əsas tarixləri, bir sıra görkəmli şəxslərinin onun haqqında söylədikləri dəyərli fikirlər, rəsmi sənədlərlə yanaşı, “Professor Mahirə Hüseynovanın filologiyamızın inkişafında rolu”, “Çağdaş poeziyamızda zərif meh səsi. Mahirə Nağıqızının bədii yaradıcılığı haqqında düşüncələr”, “Poeziya zəfərin təntənəsi kimi” məqalələrin tam mətni yer alır.
Elektron bazada Mahirə Hüseynovanın yaradıcılıq nümunələrinin, redaktə və tərtib etdiyi, “Ön söz” yazdığı, layihə rəhbəri olduğu nəşrlərin, məqalələrin, eləcə də onun haqqında qələmə alınan kitab və dövri mətbuat nümunələrinin siyahıları təqdim edilir.
Kitabxana əməkdaşları tərəfindən hazırlanan bazada “Dissertasiya və avtoreferatlar”, “Virtual sərgi”, “Foto və videoqalereya” bölmələri də istifadəçilərə təqdim olunur.
Hazırlanan elektron məlumat bazası kitabxananın rəsmi saytında https://ryl.az/melumat-bazalari/Professor_Mahire_Huseynova_el_melumat_bazasi/index.html yerləşdirilib.
Digər xəbərlər