usd-1.7000 eur-1.8205 rub-0.0184
Bakı 18°C 5.68 m/s
Son xəbərlər
25-04-2024
24-04-2024
23-04-2024
22-04-2024

ŞƏHİDLƏR -Qazilər

Burdan bir atlı keçdi...

Mən bir igid tanıyıram. Uşaqlığı şahə qalxan at belində keçən, qorxmaz, cəsur, hələ kiçik məktəb yaşlarında olanda Şiraslan əmisinin evi yananda evin damına dırmaşıb alovlanan bacaya su töküb ...

DÜNYA ƏDƏBİYYATDAN

  16 yaşlı oğulluğu ilə eşq yaşayan yazıçı  Sidoni Qabriel Kolett

    1001info.az Kulis.az -a istinadla  “Həyatı film olanlar” layihəsində fransız yazıçısı, Qonkur Akademyasının üzvü Sidoni Qabriel Kolett haqda “Kolett” bədii filmini ...

İDMAN

MARAQLI

Mikayıl Müşviq! Yoxkən var olan şair!

details

ƏDƏBİYYAT

06.01.2023, 13:08 Oxunub: 1295

    Varkən ədəbiyyatımızın parlaq bir ulduzu! Sevməyən varmı onu , bu mümkün deyil!
    Xalqını və vətənini yüksək məhəbbətlə sevən istedadlı gənc şair Mikayıl Müşfiq qısa bir ömür yaşasa da, ədəbi fəaliyyəti parlaq qalmaqdadır.  Şair - dramaturq Abdulla Şaiq xatirələrində yazır: “Mikayıl Müşfiqi biz hamımız sevirdik. Amma Hüseyn Cavid onu daha çox sevirdi. Onun poeziyasını çox yüksək qiymətləndirirdi. Bir dəfə mənə “poeziyanın nəhəngi” yetişməkdədir, özümüzü yığışdırmalıyıq Şaiq!” dediyi sözlərini heç unuda bilmirəm”.

    Mikayıl Müşfiqi bütün nəsillərin müasiri edən, həmişə sevdirən onun səmimiyyətlə dolu poeziyasının xalq ruhu ilə bağlılığı, doğma yurdu Azərbaycanı böyük məhəbbətlə tərənnüm edib sevməsi və sevdirməsidir.    
    M. Müşfiqin şeirləri, onun vətənə, anaya, qadına, sevgiliyə həsr etdiyi şeirləri  mənəvi tərbiyədir. İnsana ən ülvi, ən romantik, ən müqqədəs hissləri duymağı öyrədir. 
 Məhz bədxahlarını da elə bu böyük xalq sevgisi narahat etmədimi?!
... Bədxahlar ilk olaraq Mikayıl Müşfiqin məharətli  təbiət təsviri ilə yazdığı "Buludlar” şerinə əksinqilabçı çağırış mənasını verdilər 

Çünki keyfim kökdür, damağım çağdır,
Şimşək çaxdırmaya mən də hazıram,
Buludlar başında partlayacaqdır,
Könlümdə qıvrılan böyük ildırım.

 Hər şeirində bir siyasi məna axtardılar, oxucularını "Buludlar” şeirində silahlı üsyana səsləməyə  də cəsarət bulmuşdur”-dedilər .
Müşfiqin romantik səpkili  "Kimidir” şeirində şifrəli  məlumat olduğu iddia olunur-dedilər

Sevgilim əyninə yaşıl geyinmiş,
Sallanışı sərvi-çəmən kimidir.
Bu bənzətmə bir az üzdən olsa da,
Tamaşa görkəmi səmən kimidir! 

"Niyə Müşfiq sevgilisini yaşıl libasda təsvir etmişdir? Bu  rəngin islam dininin rəmzi olması məlum deyilmi? başqa rəng yoxdurmu?”
Bədxahları artıq Mikayıl Müşfiqin hər şeirində bir yeni siyasi məna axtarışında oldular ... 
Əslində, Azərbaycanın o vaxtkı düşünən beyinlərinin Hüseyn Cavid, Əhməd Cavad, Mikayıl Müşfiq, Seyid Hüseyn, Bəkir Çobanzadə, Salman Mümtaz, Vəli Xuluflu, Abbas Mirzə Şərifzadə və çox sayda  digər dəyərli şəxslərimizin hamısının taleyində belə oxşar "tapıntılar" oldu. Ən ağrılısı da onların  ən qəddar müstəntiqlər tərəfindən istintaq edilməsidir. Anası gürcü, atası erməni olan Yuvelyan Davıdoviç Sumbatov-Topuridzenin  başçılıq etdiyi Azərbaycan NKVD-nin SPO adlanan şöbəsində xüsusi qəddarlığı ilə seçilən iki müstəntiqi vardı:Qalustyan Konstantin Boqdanoviç və Platonov Geogiy Aleksandroviç.
Hüseyn Cavid və Mikayıl Müşfiq daxil olmaqla bizim dəyərli şəxsiyyətlərimizi məhz onlar dindirmişlər...
...1938-ci il yanvarın 5-ində SSRİ Ali Məhkəməsində Mikayıl Müşfiqin güllələnməsi qərarı verilir. Yanvar ayının 6-sında  Nargin adasında 29 yaşlı gənc şairimiz güllələnir.
    Cəlladlar  Mikayıl Müşfiqin cəsədinə güllə sıxsalar da, o, ölmədi. Əksinə, əbədiyaşarlıq qazandı. Ruhuynan, şeiriyyətiynən daha da var olmağa başladı... 
Ey coşqun gəncliyim, ey havalı quş,
Oxuduğum şərqi dinlənməz olmuş.
Ey şeir yazmaqla keçən günlərim,
Siz ki ən vəfalı günlərimsiniz.
Baxıb buludlara gülümsəməkçin,
Sevgi nəğmələri bəstələməkçin
Mənə müsaidə verərmisiniz?

Səni çox sevirik, şair, ruhun şad olsun!
Yazıqlar olsun o kəslərə ki, öz millətindən, öz ümmətindən ola - ola sənin istedadını, düşüncəni, xətrini - hörmətini həzm edə bilmədilər və səni düşmənlərimizə yem etdilər...


Zəkurə QULİYEVA,
"Qarabağ" ın redaktoru

Digər xəbərlər