ŞƏHİDLƏR -Qazilər
İstiqlal günü doğulan Şəhid Sabir Səmədov - Vüqar Əsgər yazır
İstiqlal günü doğulan Şəhid Sabir Səmədov Bu gun 28 may Dünya Azərbaycanlıları üçün ən önəmli günlərdən biridir. 1918-ci ilin bu günü Şərqdə ilk Demokratik Respublika ...
DÜNYA ƏDƏBİYYATDAN
16 yaşlı oğulluğu ilə eşq yaşayan yazıçı Sidoni Qabriel Kolett
1001info.az Kulis.az -a istinadla “Həyatı film olanlar” layihəsində fransız yazıçısı, Qonkur Akademyasının üzvü Sidoni Qabriel Kolett haqda “Kolett” bədii filmini ...
İDMAN
MARAQLI
Nobel mükafatı laureatı Haynrix Böllün hekayəsi
ƏDƏBİYYAT, DÜNYA ƏDƏBİYYATDAN
19.05.2022, 00:07 Oxunub: 31121001info.az Nobel mükafatı laureatı Haynrix Böllün “Mənim bahalı ayağım” hekayəsini təqdim edir.
Mənim bahalı ayağım
Axırı ki, mənə də iltifat göstərdilər. Büroya getməyim üçün dəvətnamə göndərildi və getdim. Büroda hər kəs mənimlə mehriban davranırdı. Məmur kartotekadan qeydiyyat vərəqəmi çıxardı və "Hm" – dedi. Mən də "Hm" – dedim.
– Hansı ayağınızdır? – soruşdu.
– Sağ.
– Tamamilə?
– Tamamilə.
– Hm – vaxtı uzadaraq digər kağızlara göz gəzdirdi. Oturmağıma icazə verdilər.
Nəhayət o münasib kağızı götürdü.
– Məncə, – o dedi, – bu iş elə sizin üçündür. Əladır, həm də oturaq işdir. Respublika meydanındakı ictimai tualetlərdə çəkmə təmizləyən vəzifəsi. Necədir?
– Çəkmə təmizləyə bilmirəm. Yaxşı təmizlənməmiş çəkmələr ucbatından həmişə başım ağrıyıb.
– Eybi yoxdu, öyrənmək olar, – dedi, – hər şeyi öyrənmək olar. Alman hər şeyi bacarar. Əgər istəsəniz, ödənişsiz təlim kursu da keçə bilərsiniz.
– Hm,
– Nə deyirsiniz, yarayar bu iş?
– Yox – dedim. – İstəmirəm. Mənə belə gəlir ki, bu iş məni qane etmir.
– Siz dəli olmusunuz, – sakit səslə və mərhəmətlə dedi.
– Xeyr, dəli olmamışam, heç kim mənə kəsilmiş ayağımı qaytara bilməz. Hətta siqaret satmağa da icazə vermirlər. İndidən imkan vermirlər.
Məmur stula dirsəkləndi və sinəsini hava ilə doldurdu.
– Əziz dost, – deyə sözə başladı, – sizin ayağınız çox bahalıdır. Qeydiyyat vərəqənizdə göstərilib ki, iyirmi doqquz yaşındasınız və sağlam ürəyiniz var. Ümumiyyətlə, amputasiya edilmiş ayağınızı nəzərə almasaq, daş kimisiniz. Siz hələ yetmiş il yaşaya bilərsiniz. Zəhmət olmasa, hesablayın görün bu nə qədər edir: hər ay yetmiş marka, ildə on iki dəfə və yaşayacağınız qırx bir il. Deməli, yetmişi on ikiyə, sonra qırx birə vurun. Hesablayın və üzərinə faizi də əlavə edin, eyni zamanda nəzərə alın ki, təkcə sizin ayağınız belə deyil. Üstəlik siz uzun ömür sürəcək tək insan deyilsiniz. Siz isə əvəzində çox gəlir əldə etmək istəyirsiniz! Üzr istəyirəm, mənə elə gəlir ki, siz dəli olmusuz.
– Cənab – deyərək mən də onun kimi stula dirsəkləndim və sinəmi hava ilə doldurdum, – görünür ki, siz mənim ayağıma layiqincə qiymət vermirsiz. O, çox bahadır, dəhşət bahalı. İş burasındadır ki, təkcə ürəyim sağlam deyil, eyni zamanda başım da işləyir. Diqqətlə qulaq asın.
– Vaxtım yoxdur.
– Qulaq asın! – dedim. – İş burasındadır ki, ayağım indi elə də pis təqaüd almayan çoxlu insanı ölümdən xilas edib.
Bu belə olmuşdu: tək-təhna ön tərəfdə uzanıb düşməni gözdən qoymamalıydım ki, bizimkilər vaxtında qaça bilsinlər. Arxa cəbhədəki qərargahlar tez-tələsik yığışdılar, ancaq nə tez, nə də gec əkilmək istəyirdilər. Hər şeyin vaxtı var. Əvvəl iki nəfər idik, ancaq onunu çox tez öldürdülər. Ona daha xərciniz çıxmayacaq. Düzü evli idi, amma arvadı sağlamdı və işləyə bilər. Ona görə narahat olmağınıza dəyməz. O, büdcəyə ucuz başa gəldi. Cəmi bir ay xidmət etmişdi və bütün xərcləri bir poçt zərfi ilə gündəlik suxarı payında cəmləşmişdi. Namuslu əsgər idi, ən azından özünü qaydaya uyğun öldürməyə icazə verdi. Beləcə tək qaldım, qorxuya tab gətirdim, sümüyümə kimi dondum. Artıq yorulmuşdum, qərarə gəldim ki…
– Vaxtım yoxdur – məmur təkrar edib karandaşını axtarmağa başladı.
– Yox, siz mənə qulaq asacaqsınız – dedim. Hadisənin ən maraqlı yeri indi başlayır. Deməli belə, elə ki, özümü sərbəst buraxdım, ayağımla bağlı bu hadisə baş verdi. Ayağa qalxa bilmədiyimdən fikirləşdim ki, onlara siqnal verməliyəm. Siqnal verdim və bizimkilər aradan çıxdılar. Növbə ilə, səliqə ilə, əvvəlcə diviziya, sonra polk, daha sonra batalyon və s., lazım olan ardıcıllıqla. Mənimlə isə axmaq vəziyyət alındı – onlar məni götürməyi unutdular. Başa düşürsünüz? Çox tələsirdilər. Həqiqətən axmaq vəziyyət alındı. Əgər ayağımı itirməsəydim, onların hamısını öldürəcəkdilər: generalı, polkovniki, mayoru, lazımi ardıcıllıqla və onlara təqaüd verməli olmayacaqdınız. İndi ayağımın dəyərini özünüz hesablayın. Generalın əlli iki yaşı var, polkovnikin qırx səkkiz, mayorun əlli, hamısının bir nəfər kimi ürəkləri sağlam, ağılları başlarındadır. Əsgəri həyat tərzi ilə isə Hindenburq kimi ən az səksən yaşa kimi yaşaya bilərlər. Hesablayın, zəhmət olmasa, yüz altmışı əvvəlcə iyirmiyə, sonra otuza vurun, orta hesabla otuz il götürmək olar da, düzdür? Ayağım dəhşət bahalı ayaqdır, bu dünyada ən bahalı ayaqlardan biridir, düz demirəm?
– Siz doğurdan da dəli olmusunuz – məmur dedi.
– Yox, dəli-zad olmamışam. Təəssüf ki, başım da ürəyim kimi sağlamdır və ayağımı itirməmişdən iki dəqiqə əvvəl məni öldürmədilər. Gör nə qədər pula qənaət etmiş olardınız.
– İndi deyin görək bu işə razısınızmı? – məmur soruşdu.
– Yox – dedim və dərhal büronu tərk elədim.
Tərcümə etdi: Taleh Eminoğlu