usd-1.7000 eur-1.8459 rub-0.0200
Bakı 27°C 15.23 m/s
Son xəbərlər
14-07-2024
10-07-2024
09-07-2024
08-07-2024
05-07-2024
04-07-2024

ŞƏHİDLƏR -Qazilər

İstiqlal günü doğulan Şəhid Sabir Səmədov - Vüqar Əsgər yazır

İstiqlal günü doğulan Şəhid Sabir Səmədov Bu gun 28 may Dünya Azərbaycanlıları üçün ən önəmli günlərdən biridir.  1918-ci ilin bu günü Şərqdə ilk Demokratik Respublika ...

DÜNYA ƏDƏBİYYATDAN

  16 yaşlı oğulluğu ilə eşq yaşayan yazıçı  Sidoni Qabriel Kolett

    1001info.az Kulis.az -a istinadla  “Həyatı film olanlar” layihəsində fransız yazıçısı, Qonkur Akademyasının üzvü Sidoni Qabriel Kolett haqda “Kolett” bədii filmini ...

İDMAN

MARAQLI

"44 gün -Tarixi zəfər"  ensiklopedik toplunun növbəti təqdimat mərasimi

details

MƏDƏNİYYƏT

22.10.2023, 22:12 Oxunub: 2793

 

Oktyabrın 19-da Naxçıvan şəhəri Heydər Əliyev Uşaq Gənclər Yaradıcılıq Mərkəzində  Mədəniyyət Nazirliyi Respublika Xatirə Kitabı Redaksiyasının hazırladığı ,,44 gün -Tarixi zəfər,, ensiklopedik toplunun 1 və 2-ci cildinin təqdimatı keçirildi. Kitabın 1-ci cildində 44 günlük Vətən Müharibəsi  Şəhidləri ilə yanaşı, 2016-cı il aprelində  və Tovuz döyüşlərində həlak olan qəhrəman oğullarımızın da məlumatları yer alıb.  

İlk öncə Şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi və Azərbaycan Himni səsləndirildi.  Aparıcı Səyyad Məmmədov tədbiri açıq elan edərək sözü Xatirə Kitabının baş redaktoru Nəzakət Məmmədovaya verdi. O, bildirdi ki, son günlər Azərbaycanın apardığı antiterror əməliyyatı nəticəsində tarixi ədalət bərpa olundu. Artıq bu antiterror nəticəsində şanlı ordumuz Xankəndi də daxil olmaqla, Ağdərəyə, Xocalıya, Əskərana və digər ərazilərimizə nəzarət edir.  Qələbə qazanan şəhidlərimizin və qazilərimizin heç vaxt unudulmayacağını və gələcək nəsillər tərəfindən hörmət və ehtiramla yad ediləcəyini vurğuladı.
     Respublika Xatirə Kitabı Redaksiyasının baş redaktoru Nəzakət Məmmədova daha sonra ,,Xatirə Kitabının,, mahiyyəti, gördüyü işlər barədə məlumat verdi.  

  ,, Xatirə Kitabı,,  Azərbaycanda yeganə redaksiyadır ki, dövlət tərəfindən maliyyələşərək İkinci Dünya müharibəsində, Əfqanıstan döyüşlərində, 20 Yanvar faciəsində, Xocalı soyqırımında, Qarabağ müharibəsi zamanı torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə həlak olmuş, itkin düşmüş və əsir götürülmüş vətəndaşlarımız, eləcə də Milli Qəhrəmanlarımız haqqında əhatəli materiallar dərc edərək ictimaiyyətin ixtiyarına verib. 1997-ci ildə Ulu Öndər Heydər Əliyevin sərəncamı ilə yaranan redaksiya bu günə qədər öz fəaliyyətini  əzmlə davam etdirir.
Respublika Xatirə kitabı Redaksiyası eyni zamanda "Bakı Xəbər" qəzetinin birgə layihəsi əsasında "Şəhidlər ölməz, Vətən bölünməz!" silsiləsindən Vətən müharibəsində həlak olan döyüşçülərimizin həyatı, onların keçdiyi döyüş yoluna həsr olunmuş bir neçə kitab da nəşr edib. Onlardan biri, məhz Naxçıvan torpağının yetirməsi Şəhid İlkin Seyidovdur.
Tədbirdə digər çıxış edən Şəhid mayor Rasim Məmmədovun qardaşı Şahin Məmmədov  kitabla bağlı öz fikrlərini tədbir iştirakçıları ilə bölüşdü. O qeyd etdi ki, bu kitab hansı əziyyətlər bahasına ərsəyə gəldiyi göz önündədir. Yaxşı yadımdadır ki, 2021-ci ildə redaksiyanın əməkdaşı Vüqar Əsgərov məlumat toplamaq üçün Naxçıvana ezam olunanda min bir çətinliklərlə qarşılaşdı. O zamanki rəhbərlik nəinki əllərində olan məlumatları vermirdi, hətta, fərdi şəkildə ona kömək edən insanları belə cəzalandırırdı. İndi Allaha şükür ki, o günlər arxada qalıb.  Sonda haqq-ədalət öz yerini tapdı. Bu  şərəfli yolda öz müqəddəs məqsədlərinə çataraq, belə bir gözəl tərtibatla hazırlanan kitab nəşr etdiklərinə görə " Xatirə Kitabının" kollektivinə təşəkkürümü bildirirəm".
   Tədbirdə daha sonra çıxış etmək üçün söz Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi müəyyən olunmuş şəxslər iş şöbəsinin müdiri, Şəhid kapitan Toğrul Məmmədovun qardaşı Üzeyir Məmmədova verildi. O, dövlətimizin Şəhid ailələrinə göstərdiyi  diqqət və qayğıdan danışdı. Ü. Məmmədov bildirdi ki, " bu gün Naxçıvan Muxtar Respublikasında yaşayan bütün Şəhid ailələrinə xüsusi qayğı göstərilir. Onlara maddi və mənəvi yardımlar edilir, döyüşlərdə yaralanan  qazilərimiz ən yüksək səviyyədə  tibb müəssisələrində müalicələrini davam etdirirlər.
Digər çıxış edənlər Şəhid baş leytenant Raqib Hüseynovun anası Rəna Hüseynova,
Şəhid leytenant Şükür Hacıyevin anası Fatma Şükürlü bir daha bizə bu möhtəşəm qələbəni yaşatdığı üçün Ali Baş Komandana və Müzəffər Ordumuza öz dərin minnətdarlığını bildirdilər. 

  P.s. Mədəniyyət Nazirliyi Respublika Xatirə Kitabı Redaksiyası olaraq Naxçıvanda belə bir mötəbər tədbirin keçirilməsi üçün bizə yaxından dəstək olan başda Naxçıvan Muxtar Respublikası üzrə Prezidentin səlahiyyətli nümayəndəsi Cənab Fuad Nəcəfliyə,  Ali Məclisin Aparat rəhbəri Ülvi Hüseynlyə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində, şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi müəyyən olunmuş şəxslər iş şöbəsinin müdiri Üzeyir Məmmədov və  Şəhid mayor Rasim Məmmədovun qardaşı Şahin Məmmədova öz dərin təşəkkürümüzü bildiririk.

Vüqar Əsgər
Araşdırmaçı, ssenarist

 

Digər xəbərlər