usd-1.7000 eur-1.9814 rub-2.2222
Bakı 10°C 9.01 m/s
Son xəbərlər
08-12-2025
07-12-2025
03-12-2025
28-11-2025
26-11-2025
25-11-2025
20-11-2025
16-11-2025

ŞƏHİDLƏR -Qazilər

Burdan bir atlı keçdi...

Mən bir igid tanıyıram. Uşaqlığı şahə qalxan at belində keçən, qorxmaz, cəsur, hələ kiçik məktəb yaşlarında olanda Şiraslan əmisinin evi yananda evin damına dırmaşıb alovlanan bacaya su töküb ...

DÜNYA ƏDƏBİYYATDAN

  16 yaşlı oğulluğu ilə eşq yaşayan yazıçı  Sidoni Qabriel Kolett

    1001info.az Kulis.az -a istinadla  “Həyatı film olanlar” layihəsində fransız yazıçısı, Qonkur Akademyasının üzvü Sidoni Qabriel Kolett haqda “Kolett” bədii filmini ...

İDMAN

MARAQLI

Adil Kərimli qazaxıstanlı həmkarı ilə görüşüb

details

MƏDƏNİYYƏT

04.12.2023, 13:33 Oxunub: 1806

Mədəniyyət naziri Adil Kərimli dekabrın 4-də ölkəmizdə səfərdə olan Qazaxıstanın mədəniyyət və informasiya naziri Aidə Balayeva ilə görüşüb.

1001info.az xəbər verir ki, nazir Aidə Balayevanın rəhbərlik etdiyi nümayəndə heyəti 2-4 dekabr tarixlərində Bakıda keçirilən Qazaxıstan Mədəniyyəti Günləri ilə bağlı ölkəmizə səfərə gəlib. 
Görüşdə nazir Adil Kərimli ölkələrimizin əməkdaşlıq əlaqələrindən bəhs edərək bildirib ki, Azərbaycan və Qazaxıstan prezidentləri İlham Əliyev və Kasım-Jomart Tokayev arasında dostluq və qardaşlıq münasibətləri, dövlət başçılarımız tərəfindən əsası qoyulmuş strateji tərəfdaşlıq, bütün sahələrdə olduğu kimi, mədəniyyət sahəsinə də müsbət təsirini göstərir. Adil Kərimli mədəniyyət və incəsənətin müxtəlif sahələrində əməkdaşlığın daha da möhkəmləndirilməsi üçün birgə layihələrin həyata keçirilməsinin önəmini vurğulayıb.
Nazir Aidə Balayeva da iki ölkə arasında əlaqələrin yüksək səviyyəsindən məmnunluğunu bildirərək qeyd edib ki, ölkələrimiz arasındakı dostluq münasibətləri mədəniyyət sahəsində əməkdaşlığın dərinləşdirilməsinə də münbit zəmin yaradıb. Bu mənada Azərbaycanla Qazaxıstan arasında ikitərəfli əlaqələrin uğurla inkişafında tarixən dostluq və qardaşlıq prinsipləri ilə yaşayan xalqlarımızın, xüsusən də dövlət başçılarımızın etibarlı və davamlı dostluğu mühüm rol oynayır. İntensiv ikitərəfli və çoxtərəfli formatda əməkdaşlığın mədəni sahədə də dinamik inkişafa təsirini görürük.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

 

Digər xəbərlər