usd-1.7000 eur-1.8462 rub-0.0178
Bakı 13°C 8.25 m/s
Son xəbərlər
18-10-2024
16-10-2024
14-10-2024
10-10-2024
25-09-2024
24-09-2024
23-09-2024
22-09-2024
17-09-2024

ŞƏHİDLƏR -Qazilər

İstiqlal günü doğulan Şəhid Sabir Səmədov - Vüqar Əsgər yazır

İstiqlal günü doğulan Şəhid Sabir Səmədov Bu gun 28 may Dünya Azərbaycanlıları üçün ən önəmli günlərdən biridir.  1918-ci ilin bu günü Şərqdə ilk Demokratik Respublika ...

DÜNYA ƏDƏBİYYATDAN

  16 yaşlı oğulluğu ilə eşq yaşayan yazıçı  Sidoni Qabriel Kolett

    1001info.az Kulis.az -a istinadla  “Həyatı film olanlar” layihəsində fransız yazıçısı, Qonkur Akademyasının üzvü Sidoni Qabriel Kolett haqda “Kolett” bədii filmini ...

İDMAN

MARAQLI

 Azərbaycanlı professorlar Türkiyədə beynəlxalq konfransda- FOTOLAR 

details

ƏDƏBİYYAT

15.03.2024, 22:13 Oxunub: 3269

1001info.az xəbər verir ki, martın 15-də Türkiyənin Bandırma şəhərində Bandırma Onyedi Eylül Üniversitetində düzənlənən beynəlxalq konfransda Azərbaycandan yazıçı-dramaturq, professor,  Hüseynbala Mirələmov və filologiya elmləri doktoru, professor Elman Quliyev də iştirak ediblər.

Azərbaycanlı qonaqlar konfrans iştirakçlarına xüsusi təqdim ediliblər və yaradıcılıqları haqqında geniş məlumat verilib. Hüseynbala Mirələmov və Elman Quliyev çıxış edərək qardaş ölkədə keçirilən konfransın əhəmiyyətindən danışıblar və isti qarşılanmaya görə təşəkkür ediblər.

 Konfransdan sonra azərbaycanlı alim-yazarlar  Hüseynbala Mirələmovun “Ənvər Paşa “, Elman Quliyevin “Türk xalqları ədəbiyyatı” kitabının  imza mərasimi keçirilib. Mərasimdə Universitetin professorları, müəllim-tələbə heyəti iştirak edib. Möhtəşəm görüşdə müəlliflər kitabları imzalayaraq təqdim edib, sualları cavablandırıblar. İmza mərasimində iştirak edən elm və ədəbiyyat adamları bu kitabların Türkiyə Universitetlərində dərslik kimi tədris olunmasını arzu etdiklərini bildiriblər. 

Daha sonra müəlliflərin iştirakı ilə kitablar universitetin elektron sisteminə daxil edilib. 


Qeyd edək ki,  Hüseynbala Mirələmov və Elman Quliyevin kitabları 16 martda  Türk Ocaqları İstanbul şöbəsində də təqdim olunacaq. 

Digər xəbərlər