usd-1.7000 eur-1.8227 rub-0.0185
Bakı 18°C 6.09 m/s
Son xəbərlər
26-04-2024
25-04-2024
24-04-2024
23-04-2024

ŞƏHİDLƏR -Qazilər

Burdan bir atlı keçdi...

Mən bir igid tanıyıram. Uşaqlığı şahə qalxan at belində keçən, qorxmaz, cəsur, hələ kiçik məktəb yaşlarında olanda Şiraslan əmisinin evi yananda evin damına dırmaşıb alovlanan bacaya su töküb ...

DÜNYA ƏDƏBİYYATDAN

  16 yaşlı oğulluğu ilə eşq yaşayan yazıçı  Sidoni Qabriel Kolett

    1001info.az Kulis.az -a istinadla  “Həyatı film olanlar” layihəsində fransız yazıçısı, Qonkur Akademyasının üzvü Sidoni Qabriel Kolett haqda “Kolett” bədii filmini ...

İDMAN

MARAQLI

Türkiyədə professor Elman Quliyevin kitabları təqdim olundu

details

ƏDƏBİYYAT

14.03.2024, 22:12 Oxunub: 3111

1001info.az xəbər verir ki, martın 14-də Türkiyənin Bandırma şəhərində Bandırma Onyedi Eylül Üniversitetinin rektoru professor  İsmail Boz  filologiya elmləri doktoru, professor Elman Quliyevi qəbul edib.

 Səmimi şəkildə baş tutan görüşdə rektor azərbaycanlı alimin  ünvanına xoş sözlər söyləyib. Bildirib ki, Elman Quliyevin yaradıcılığının əsas xəttini türk dünyası ədəbiyyatının öyrənilməsi təşkil edir. Ən qədim dövrlərdən tutmuş çağdaş dönəmədək ayrı-ayrı türk xalqlarının ədəbiyyatının keçib gəldiyi yolun elmi-nəzəri mənzərəsinin yaradılması, görkəmli şəxsiyyətlərinin tanıdılması onun araşdırmalarının əsasında dayanır.Bu kitabların Türkiyə türkcəsinə çevrilməsi böyük önəm daşıyır. Professor Elman Quliyev kitablarını rektora təqdim edib.

Qeyd edək ki, martın 15-i Bandırma Onyedi Eylül Üniversitetinində  keçiriləcək  beynəlxalq konfransda Elman Quliyevin “Türk Xalqları Ədəbiyyatı” kitabının təqdimatı olacaq. Daha sonra Türk Ocaqlar Birliyi İstanbul şöbəsində də geniş şəkildə təqdim olunacaq. 

Xatırladaq ki, tədris proqramına uyğun yazılmış kitabda ilk dəfə olaraq geniş şəkildə türk xalqları ədəbiyyatının yaradıcılıq mərhələləri, ayrı-ayrı  görkəmli sənətkarlarının həyat və yaradıcılıqları tədqiq  və təhlil olunub. Kitab türk dünyasında yayılıb, özbək dilinə tərcümə olunub, Özbəkistan Təhsil Nazirliyinin qərarı ilə Özbəkistanda universitetlərdə dərslik kimi təsdiqlənib, həmçinin qazax və türkmən dillərinə tərcümə olunur.  Bu gün Türkiyədə universitetlərdə dərslik kimi tövsiyyə olunur.Türksoyun tövsiyyəsi ilə çap olunan bu kitab Azərbaycanda universitetlərdə  türk xalqları ədəbiyyatı mövzusunda yeganə dərslikdir.

Qeyd edək ki, Elman Quliyev bir çox elmi tədqiqat əsərlərinin müəllifidir. Bu günə kimi kitablarının bir qismi xaricdə nəşr olunmuşdur.

Digər xəbərlər