ŞƏHİDLƏR -Qazilər
İstiqlal günü doğulan Şəhid Sabir Səmədov - Vüqar Əsgər yazır
İstiqlal günü doğulan Şəhid Sabir Səmədov Bu gun 28 may Dünya Azərbaycanlıları üçün ən önəmli günlərdən biridir. 1918-ci ilin bu günü Şərqdə ilk Demokratik Respublika ...
DÜNYA ƏDƏBİYYATDAN
16 yaşlı oğulluğu ilə eşq yaşayan yazıçı Sidoni Qabriel Kolett
1001info.az Kulis.az -a istinadla “Həyatı film olanlar” layihəsində fransız yazıçısı, Qonkur Akademyasının üzvü Sidoni Qabriel Kolett haqda “Kolett” bədii filmini ...
İDMAN
MARAQLI
Çevik cavab - QR kodu
MARAQLI
05.04.2024, 13:27 Oxunub: 2128
Texnologiyanın sürətli inkişafı ən fərqli fəaliyyət sahələrində müxtəlif yeniliklərə də yol açır. Bir çox smartfonlarda istifadə edilən QR kodlarını onlayn köçürmə və digər bu kimi əməliyyatlar zamanı işləri asanlaşdıran onlayn funksiya da adlandırmaq olar. QR kodlarına məhsulların üzərində, kassa çeklərində, internet səhifələrində, bukletlərdə, reklam məlumatlarında, vizit kartlarda və s. rast gəlmək mümkündür. Qara və ağ rəngli kiçik kvadratlar şəklində olan kodların istifadə edildiyi əsas tətbiq üsullarından biri məhz ödənişlərlə bağlıdır.
Ödəniş üçün nəzərdə tutulan QR kodları dünyada bir çox fəaliyyət sahəsində istifadə edilir. Müştərilər ödəniş etmək üçün sadəcə QR kodunu skan edirlər və ödəniş prosesi saniyələr içərisində başa çatır. Sistem avtomatik olaraq ödənişin müştəri tərəfindən təsdiqindən sonra kartdan lazımi məbləği çəkir.
QR abreviaturası "Quick Response" sözündən ərsəyə gəlib, "cəld nəticə əldə etmək", "çevik cavab" mənasını verir. 1994-cü ildə təkmilləşdirilmiş QR kodunun tətbiqi Yaponiyanın "Denso Wave" şirkətinə aiddir. QR kodlarının meydana gəlməsinə səbəb Yaponiyada böyük populyarlıq qazanan barkodların getdikcə tələbatı ödəməməsi və onun vasitəsilə kodlaşdırılan məlumatların həcminin məhdud olması idi. Ənənəvi ştrix-kodlardan fərqli olaraq, QR kodu məlumat bazasına girişi yox, məlumatın özünü təqdim edir. Digər tərəfdən, adi ştrix-kodlar şaquli istiqamətdə təsvir edilir, çap səhvi və ya kiçik zədələnmə olduqda doğru məlumatı əldə etməyə imkan vermir. Ağ-qara və kvadrat formalı QR kodları isə təkcə şaquli istiqamətdə yox, üfüqi vəziyyətdə də skan edilir və kodun bir hissəsi səhv çap edilsə və ya kiçik zədələnmə olsa belə, skaner tərəfindən çox asanlıqla oxunur. Bu kodların həm dizaynı, həm də saxladığı informasiyalara görə bir çox növləri mövcuddur.
"AİKTSA"nın İT (İnformasiya Texnologiyaları) eksperti Vüsal Orucov "525"ə açıqlamasında bildirib ki, QR kodları əsasən barkod növlərinə aid edilir: "QR kodları barkodlardan fərqli olaraq, özlüyündə daha çox məlumat saxlaya bilir. Əgər ənənəvi barkodlar, sadəcə, yuxarıdan aşağı horizontal formada oxudulursa, QR kodları həm soldan sağa, həm də aşağıdan yuxarıya oxudula bilir. QR kodlarının əsas mahiyyəti görəcəyimiz işləri mobil telefondan skan edərək daha qısa zamanda həyata keçirməsidir. QR kodlarından Wi-Fi, veb-sayt, kart sistemi və s. məlumatlarda da istifadə etmək olur. Ölkəmizdə istifadəsinə gəldikdə isə, 2002-ci ildən mobil telefonlarda tətbiq olunmağa başlayıb".
V.Orucovun sözlərinə görə, hazırda bütün növ smartfonlarda əlavə proqram yükləmədən istifadəçilər bu koddan yararlana bilərlər: "QR kodlarının müsbət cəhətlərindən biri də istifadə edərkən səhvlərin aradan qaldırılmasıdır. Bəzən işimiz uzun mətnlərdən ibarət olur və mətndə hansısa səhvlər buraxılır. Lakin sözügedən kodlardan istifadə etdikdə heç bir səhvə yol verilmir.
Onu da qeyd edək ki, bizdə QR koduna aid iki startap var. Birincisi itmiş əşyaların qısa zamanda tapılıb sahibinə qaytarılması layihəsidir ki, bu da müraciətlər əsasında itmiş əşyaların tapılmasında yardımçı olur. İkinci layihə turniketləri əvəz edəcək QR kodu ilə keçid layihəsidir. Bu layihə əsasən coğrafi baxımdan turniketləri yerləşdirə bilməyən müəssisələr üçün nəzərdə tutulub.
Bəzən şahidi oluruq ki, dağlıq ərazilərdə yerləşən müəssisələrdə turniket quraşdırılması çətin olur. Xüsusi quraşdırılmış proqramla QR kodu oxutduğumuz zaman işçilərin giriş və çıxışı haqqında məlumatları özündə dərc edir. Digər üstün cəhəti də ondan ibarətdir ki, istifadəçinin interneti olmadığı zaman məlumatlar proqramda yığılmış formada qalır və interneti aktiv olanda sistem avtomatik təkrar göndərir".
Araşdırmalar nəticəsində məlum olub ki, ən böyük QR kodu Kanadanın Albert əyalətində yaşayan fermer ailəsi tərəfindən hazırlanıb. Onlar bunu özlərinə məxsus 2,9 hektarlıq qarğıdalı sahəsində hazırlayıblar. Kod fermanın saytına istinadla şifrələnib, onu ancaq təyyarə və ya vertolyotdan görmək olar. Bu rekordu "Ginnesin rekordlar kitabı"nın nümayəndələri 2012-ci ildə qeydə alıblar və onu dünyanın ən böyük QR kodu kimi təsdiq ediblər. Digər tərəfdən, adi QR kodları ilə yanaşı, mikro QR kodları da mövcuddur. Hazırda 35 rəqəmə qədər tutumu olan mikro QR kodlarından istifadə olunur.
Qeyd edək ki, Yaponiya və Avstriyada bu kodlar vasitəsilə qəbiristanlıqda mərhum haqqında məlumat əldə etmək imkanı var. Kod vasitəsilə mərhumun şəklini, doğum və ölüm tarixini öyrənmək mümkün olur.
Mütəxəssislər bildirirlər ki, QR kodu yaratmaq prosesi bir neçə dəqiqə vaxt alır. Bunun üçün xüsusi ödənişli və ödənişsiz veb-saytlar mövcuddur. Qeydiyyatdan keçdikdən sonra hansı QR kodu tipi yaradılacağına qərar verilir. Sonra məlumatlar QR kodunun içərisinə daxil edilir və hazır olur. Lakin bəzi köhnə cihazlarda bu funksiya mümkün olmadığından QR kodunu skan etmək üçün xüsusi aplikasiyalar mövcuddur. Onlar cihaza yükləndikdən sonra istənilən cihaz ilə QR kodları rahatlıqla skan edilir.
İT üzrə mütəxəssis Tarıyel Ağazadə açıqlamasında bildirib ki, QR kodları vasitəsilə sayta keçid daha sürətli olur və bu zaman hansısa proqramdan və ya linkdən istfadə etməyə ehtiyac qalmır. Onun sözlərinə görə, sayt linkləri kimi, QR kodunu skan etməzdən əvvəl diqqətli olmaq lazımdır, skan etdikdən sonra hansısa sayta keçid olunur və həmin o saytda hər hansı bir virus olsa, avtomatik olaraq telefonumuza daxil ola bilər.
525.az