usd-1.7000 eur-1.7938 rub-1.6915
Bakı 14°C 7.53 m/s
Son xəbərlər
20-11-2024
15-11-2024
09-11-2024
08-11-2024
05-11-2024
04-11-2024
03-11-2024
01-11-2024

ŞƏHİDLƏR -Qazilər

İstiqlal günü doğulan Şəhid Sabir Səmədov - Vüqar Əsgər yazır

İstiqlal günü doğulan Şəhid Sabir Səmədov Bu gun 28 may Dünya Azərbaycanlıları üçün ən önəmli günlərdən biridir.  1918-ci ilin bu günü Şərqdə ilk Demokratik Respublika ...

DÜNYA ƏDƏBİYYATDAN

  16 yaşlı oğulluğu ilə eşq yaşayan yazıçı  Sidoni Qabriel Kolett

    1001info.az Kulis.az -a istinadla  “Həyatı film olanlar” layihəsində fransız yazıçısı, Qonkur Akademyasının üzvü Sidoni Qabriel Kolett haqda “Kolett” bədii filmini ...

İDMAN

MARAQLI

Kitablarımı yazdıqca sankı hər gün o yerləri addım-addım gəzirəm... - Əziz ƏLƏKBƏRLİ

details

GÜNDƏM

12.06.2024, 12:31 Oxunub: 6539

1001info.az “Qərbi Azərbaycanlılar” rubrikasında Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri, Milli Məclisin deputatı, filologiya üzrə fəlsəfə doktoru Əziz Ələkbərli ilə müsahibəni təqdim edir.

Kəmalə Mirzəyeva: - Son 200 il ərzində torpaqlarımız ermənilər tərəfindən ən böyük vəhşiliklərə, dağıntılara məruz qalıb. Mədəniyyət abidələri, tarixi, dini abidələrimiz, qəbiristanlıqlar belə ermənilər tərəfindən dağıdılıb. 1988-ci ildə yüz minlərlə azərbaycanlı Qərbi Azərbaycandan - öz ata-baba yurdlarından qaçqın düşdülər... Biz bu gün bütün bunları dünya ictimaiyyətinin diqqətinə yetərincə çatdıra bilirikmi?

Əziz Ələkbərli: - Sovet dövründə ermənilərin bölgədə soydaşlarımıza qarşı törətdikləri vəhşilikləri dünya ictimaiyyətinə çatdırmağa bizə imkan verilməyib. Əgər bir tərəfdən Sovet dövlətinin irəli sürdüyü sovet milli siyasəti xalqımıza bunu yasaqlayıbsa, digər tərəfdən sovet hakimiyyətinin yuxarı eşalonundakı ermənilər və ermənipərəst qüvvələr Qərbi Azərbaycan həqiqətlərini ortaya qoymağa mane olub. Müstəqilliyimizi bərpa edəndən sonra biz bunu edə bilərdik, lakin Ermənistanın Azərbaycan torpaqlarına təcavüzü və torpaqlarımızın işğal olunması, bir milyona yaxın insanımızın yurd-yuvasından didərgin düşməsi Qərbi Azərbaycan məsələsini, bir növ, arxa plana keçirdi. 44 günlük Vətən müharibəsi nəticəsində torpaqlarımız 30 illik işğaldan azad edildikdən sonra isə artıq Qərbi Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə çatdırmaq üçün qarşımızda yeni imkan yarandı. Biz ilk dəfə olaraq Qərbi Azərbaycan İcmasının yeddi sənədini BMT-nin rəsmi sənədi kimi dünyanın bütün dövlətlərinə çatdıra bildik. Bu sənədlərdə havadarlarının dəstəyi ilə ermənilərin son iki yüz ildə xalqımızın başına gətirdiyi vəhşiliklər barədə ətraflı məlumat verilmişdir. Bu, Azərbaycan diplomatiyasının çox böyük uğurudur, cənab Prezidentin ardıcıl, prinsipial və qətiyyətli daxili və xarici siyasətinin uğurudur.

Kəmalə Mirzəyeva: - 1918-1920-ci illərdə Qərbi Azərbaycan ərazisində yüzlərlə kənd yer üzündən silinib, sakinləri amansızcasına qətlə yetirilib. Bununla bağlı əlimizdə kifayət qədər faktlar, sənədlər varmı?

Əziz Ələkbərli: -  Bəli, əlimizdə həmin dövrdə ermənilərin xalqımıza qarşı həyata keçirdiyi soyqırım dəhşətlərini ortaya qoymaq üçün kifayət qədər fakt və sənəd var. Təkcə elə onu xatırlatmaq kifayətdir ki, Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin əvvəlcə xarici işlər, sonra isə ədliyyə nazirlikləri yanında 1918-ci il iyulun 15-dən 1920-ci ilin aprelinə qədər fəaliyyət göstərmiş Fövqəladə Təhqiqat Komissiyasının 36 cilddə 3500 vərəqdən ibarət istintaq materialları əlimizdədir. Onun 6 cildi ermənilər tərəfindən Bakı şəhəri və onun ətrafında müsəlman əhalisinə qarşı törədilmiş zorakılıq hallarını əks etdirir, digər cildlərində isə Şamaxı, Quba, Göyçay, Cavad, Nuxa qəzalarında, Gəncədə, Qarabağda, Zəngəzurda ermənilər tərəfindən törədilmiş amansız cinayətlər təhqiq edilmişdir.

Kəmalə Mirzəyeva: - XX əsrdə çox böyük faciələrlə, hadisələrlə üz-üzə qaldıq. Qarabağda baş verənlər, Qərbi Azərbaycan torpaqlarında yaşananlar... Çox şükür ki, Qarabağda bu gün tarixi ədalət bərpa olunub, indi yeganə arzumuz diğər tarixi torpaqlarımıza qovuşmaqdır.

Əziz Ələkbərli: -  Biz Azərbaycan xalqının birliyi, Azərbaycan ordusunun rəşadəti, qazilərimizin qanı, şəhidlərimizin canı hesabına və ən əsası, Müzəffər Ali Baş Komandanımız İlham Əliyevin dövlət idarəçilik qabiliyyəti və hərbi sərkərdəlik bacarığı ilə möhtəşəm Zəfər qazandıqdan sonra millət və dövlət olaraq qarşımızda yeni hədəf dayandı – Qərbi Azərbaycan qaçqınlarının doğma ocaqlarına qayıtmaq məsələsi. 24 dekabr 2022-ci ildə cənab Prezident Qərbi Azərbaycan İcmasının inzibati binasına gələrək xalqımızın və dövlətimizin Qarabağ müharibəsindən sonrakı dövr üçün əsas hədəfini – Qərbi Azərbaycana qayıdış hədəfini açıqladı.

Kəmalə Mirzəyeva: - İcmanın son zamanlar gördüyü işlərdə əsas hədəf hansılardır?

Əziz Ələkbərli: - Biz son il yarım ərzində əsas üç məsələni həll edə bildik. Birincisi, Qərbi Azərbaycana qayıdış ideyasının real olduğuna qaçqınlarımızı inandıra bildik və insanlarımızı bu ideya ətrafında çox sürətlə kənd-kənd, rayon-rayon təşkilatlandıra bildik. İkincisi, biz bu qayıdış ideyasını ümummili ideyaya çevirə bildik, bu gün artıq Qərbi Azərbaycana qayıdış hədəfi tək Qərbi Azərbaycanlıların məsələsi deyil, bütün dünya azərbaycanlıların məsələsidir. Üçüncüsü, biz bu ideyanı beynəlxalq müstəviyə çıxara bildik.

Kəmalə Mirzəyeva: - Heç şübhəsiz ki, bu gün İcma hər bir Qərbi Azərbaycanlının üz tutduğu doğma bir məkana çevrilib. Maraqlıdır, insanların ən çox İcmadan istədiyi nədir? Daha çox hansı fikirlərlə, təklif və arzularla Sizə müraciət edirlər?

Əziz Ələkbərli: - Hər kəsi bir sual düşündürür: doğma yurdlarımıza qayıtmaq üçün mən nə edə bilərəm? Və... nə vaxt qayıdırıq?

Kəmalə Mrzəyeva: -  Bu gün ayrı-ayrı ölkələrdə - Avropada, Yaxın Şərq ölkələrində, Rusiyada, xüsusilə də Türkiyədə Qərbi Azərbaycan əsilli insanlar yaşayırlar. Onlar haqda tez-tez maraqlı məlumatlarla rastlaşırıq. Onlar Qərbi Azərbaycana qayıdış ideyasına necə yanaşırlar?

Əziz Ələkbərli: - İcmamızın strukturunda xarici ölkələrdə nümayəndəliklərimizin yaradılması məsələsi də yer alıb və biz sürətlə bu istiqamətdə iş görürük.

Kəmalə Mirzəyeva : - Siz özünüz də Qərbi Azərbaycandansınız. Maraqlıdır, necə bir mühitdə, necə bir ailədə dünyaya gəlmisiniz? O yerlərdə keçən uşaqlıq, gənclik illərindən ən çox yaddaşınızda qalanlar...

Əziz Ələkbərli: - Mən İrəvan çuxurunda, İrəvan şəhərindən 35 km aralıda yerləşən bir kənddə – Vedi rayonunun Qaralar kəndində doğulmuşam, orta məktəbi öz doğma kənd məktəbimizdə almışam. Sonra Bakı Dövlət Universitetini bitirib doğma kəndimə qayıtmışam və 1988-ci ildə ailəmiz doğma yurdu tərk etməyə məcbur olanda mənim artıq 28 yaşım vardı. Bizim kənd Türkiyə ilə sərhəddə, Böyük və Kiçik Ağrı dağları ilə üzbəüz olan Vedibasar mahalında yerləşirdi. O yerlərdə keçən uşaqlıq, gənclik illərindən hər şey yadımdadır, heç nə yadımdan çıxmayıb...

Kəmalə Mirzəyeva: - Orda – çox-çox uzaqlarda qalan o illərdə Sizə doğma olan insanlardan kimləri daha tez-tez xatırlayırsınız?..

Əziz Ələkbərli: - Hamını, doğmalarımı, qohumlarımı, qonşularımı, dostlarımı, sinif yoldaşlarımı... Hər kəsi və hər şeyi...

Kəmalə Mirzəyeva: - Belə bir söz var, deyirlər: “Dərd adamı şair edər.” Siz necə, o xatirələrdən, təəssüratlardan ibarət hansısa bir bədii kitab yazacağınız gözlənilirmi? Və ya bir filmin ssenarisi ola biləcək əsər yazmağı düşünürsünüzmü ? Yoxsa artıq yazılmaqdadır...

Əziz Ələkbərli: - Mən bütün elmi-ictimai fəaliyyətimi Qərbi Azərbaycana həsr etmişəm. 50 kitabın müəllifiyəm və onlardan 30-a yaxını Qərbi Azərbaycan barədədir.
Ömrümün sonuna qədər də yazacam. Hər gün də yazıram. Yazı masamın üstündə Qərbi Azərbaycana dair yüzlərlə mənbə var. O qədər araşdırası mənbə, yazası mövzu var ki... Allah bundan sonra bir 100 il də möhlət versə, bəlkə yazmaq istədiklərimin bir hissəsini yazıb qurtara bildim.

Kəmalə Mirzəyeva: - Abbasqulu ağa Bakıxanov deyərdi: “Tarix danışmayan natiqdir.” Bu “danışmayan natiq”i danışdıra bilsəydik, xalqımız haqda, torpaqlarımız haqda bilmədiyimiz daha hansı ağrı-acıları, həqiqətləri bilmiş olardıq?

Əziz Ələkbərli: - Hər bir tədqiqatçı o “natiqi” bu və ya digər şəkildə danışdırır. Amma nə danışdırır, necə danışdırır – bu bağlıdır danışdıranın bilik və bacarığına, burada “natiqin” heç bir günahı yoxdur.

Kəmalə Mirzəyeva: Bu faciələrlə dolu qaçqın-köçkün həyatımızda ən çox yadınızda qalan, heç cürə unuda bilmədiyiniz anları izləyicilərimizlə bölüşə bilərdinizmi?

Əziz Ələkbərli: - Atamın qaçqın həyatına dözməyərək dünyadan tez köçməyini...

Kəmalə Mirzəyeva: - Deyirlər, insanın dünyaya gəlişi ilə onun alın yazısı da yazılmış olur. Bir millət olaraq, Sizcə alnımıza nə yazılıb: o yerlərə nə vaxt dönə biləcəyik?

Əziz Ələkbərli: - Şəxsən mən o yerlərdən heç vaxt bir addım da aralanmamışam. Kitablarımı yazdıqca sankı hər gün o yerləri addım-addım gəzirəm. O ki qaldı bir millət olaraq o yerlərə qayıdışımıza, biz artıq bu qayıdışa başlamışıq və heç bir qüvvə bu qayıdışın qarşısını saxlamaq iqtidarında deyil. Biz çox yaxınlarda o torpaqlara qayıdacağıq və babalardan bizə miras qalan o yurdlara təzədən sahib çıxacağıq.

 

Digər xəbərlər