usd-1.7000 eur-1.9328 rub-2.0703
Bakı 16°C 4.92 m/s
Son xəbərlər
18-04-2025
17-04-2025
16-04-2025
15-04-2025

ŞƏHİDLƏR -Qazilər

İstiqlal günü doğulan Şəhid Sabir Səmədov - Vüqar Əsgər yazır

İstiqlal günü doğulan Şəhid Sabir Səmədov Bu gun 28 may Dünya Azərbaycanlıları üçün ən önəmli günlərdən biridir.  1918-ci ilin bu günü Şərqdə ilk Demokratik Respublika ...

DÜNYA ƏDƏBİYYATDAN

  16 yaşlı oğulluğu ilə eşq yaşayan yazıçı  Sidoni Qabriel Kolett

    1001info.az Kulis.az -a istinadla  “Həyatı film olanlar” layihəsində fransız yazıçısı, Qonkur Akademyasının üzvü Sidoni Qabriel Kolett haqda “Kolett” bədii filmini ...

İDMAN

MARAQLI

“Müfəttiş” Azərbaycan Dram Teatrında

details

MƏDƏNİYYƏT

13.04.2025, 01:07 Oxunub: 158

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının səhnəsində N.V.Qoqolun eyni adlı əsəri əsasında hazırlanmış “Müfəttiş” tamaşasının premyerası uğurla keçib. Tamaşanın quruluşçu rejissoru Mikayıl Mikayılovdur.

1001info.az xəbər verir ki, premyera şəhər rəisi rolunu ifa edən Azərbaycanın Xalq artisti Cəfər Namiq Kamalın (Cəfər Əhmədovun) 75 illik yubileyinə təsadüf edir.

Tamaşada Əməkdar artistlər: Elşən Cəbrayılov, Şəlalə Şahvələdqızı, Rəşad Bəxtiyarov, Kazım Həsənquliyev, Məzahir Cəlilov, Elxan Quliyev, Alfida Cəfərov, Aslan Şirin, aktyorlar: Nigar Güləhmədova, İlahə Həsənova, Məhsəti Tahirzadə, Vüsal Mustafayev, Rüstəm Rüstəmov, Elnur Qədirov, Ramin Şıxəliyev, Cümşüd Zeynalov, Tural İbrahimov iştirak edirlər.


Quruluşçu rəssam İlham Elxanoğlu, işıq üzrə rəssam Əməkdar mədəniyyət xadimi Rafael Vaqifoğlu, rejissor assistenti Xanımbacı Həsənovadır. Tamaşanın tərcüməsi – Sabit Rəhmanındır.

Tamaşanın sonunda Azərbaycanın Əməkdar artisti, professor Məryəm Əlizadə, Dram Teatrının bədii rəhbəri, Dövlət Mükafatı laureatı Mehriban Ələkbərzadə və Teatr Xadimləri İttifaqının sədri, Xalq artisti, Dövlət Mükafatı laureatı Hacı İsmayılov tamaşaçılar qarşısında nitq söyləyiblər.

Rejissor Mikayıl Mikayılov AZƏRTAC -ın müxbirinə müsahibəsində quruluş üzərində işin necə aparıldığı barədə danışıb.

Digər xəbərlər