usd-1.7000 eur-1.9328 rub-2.0703
Bakı 13°C 4.75 m/s
Son xəbərlər
18-04-2025
17-04-2025
16-04-2025
15-04-2025

ŞƏHİDLƏR -Qazilər

İstiqlal günü doğulan Şəhid Sabir Səmədov - Vüqar Əsgər yazır

İstiqlal günü doğulan Şəhid Sabir Səmədov Bu gun 28 may Dünya Azərbaycanlıları üçün ən önəmli günlərdən biridir.  1918-ci ilin bu günü Şərqdə ilk Demokratik Respublika ...

DÜNYA ƏDƏBİYYATDAN

  16 yaşlı oğulluğu ilə eşq yaşayan yazıçı  Sidoni Qabriel Kolett

    1001info.az Kulis.az -a istinadla  “Həyatı film olanlar” layihəsində fransız yazıçısı, Qonkur Akademyasının üzvü Sidoni Qabriel Kolett haqda “Kolett” bədii filmini ...

İDMAN

MARAQLI

Sənəti inkişaf etdirmək üçün bu işin qədrini bilmək lazımdır... - Rasim Balayev

details

MƏDƏNİYYƏT

13.04.2025, 00:48 Oxunub: 183

“Bu sahəni təkcə Cahangir düzəldə bilməz...”

“Nə qədər ki, bəzi insanlar kinonu, teatrı idarə edirlər, o vaxta qədər də bu sahədə inkişafdan danışa bilməyəcəyik. Sənəti inkişaf etdirmək üçün bu işin qədrini bilmək lazımdır. Burada tanışlıq, qohumluq, rəfiqəlik olmamalıdır. Əsl sənətkar üçün yol açılmalıdır. O da çox təəssüf ki, bu gün yoxdur. Ona görə də aləm dəyib bir-birinə. Bu belə də olmalı idi. Həddən artıq pərakəndəlikdir. Çox şeyləri mən xırdalamaq istəmirəm. Hər bir vəzifədə olan insan Azərbaycan xalqının mənliyini, şəxsiyyətini, onun mədəniyyətini doğma hesab etməyənə qədər belə olacaq”.

1001info.az xəbər verir ki, bunu Medianews.az-a açıqlamasında Xalq artisti Rasim Balayev deyib.

Sənətkar Milli Məclisin Mədəniyyət Komitəsinin üzvü Səyyad Aranın Xalq artisti Cahangir Novruzovun ölkəyə qayıtması ilə bağlı təklifinə də münasibət bildirib: “Cahangir çox istedadlı insandır, sənətkardır. Türkiyədə teatr yaradıb, dərs deyir. Niyə burada işləməli deyil ki, gedib orada çalışır? Çox istərdim ki, gəlib Azərbaycanda, öz doğma vətənində işləsin. Həm aktyor, həm də rejissor kimi çox istedadlıdır. Amma bu sahəni təkcə Cahangir düzəldə bilməz. Bu, bir nəfərlə olmur.

Teatr, kino kollektiv sənətdir. Şairlik, bəstəkarlıq individual sənətdir, gedib Şamaxının dağında da oturub mahnı yazmaq, yaxud bəstələmək olar. Amma teatr və kino çətin sənətdir. Rəhmətlik Səməndər Rzayev demiş, həm qəlizdir, həm də maraqlı. Ona görə də bu işlərin qədrini bilən adamlar lazımdır. Müəyyən situasiya var ki, o həll olunmayana qədər sənət belə qalacaq, hamı bir-birinə nifrət edəcək. Çünki əksər adamlar yerində deyil”.

Qeyd edək ki, C.Novruzov hazırda Adanada Çuxurova Universitetinin Dövlət Konservatoriyasının teatr bölməsində çalışır. O, Türkiyəyə getməzdən əvvəl Azərbaycanda bir sıra teatrlarda quruluşçu rejissor və baş rejissor vəzifələrində işləyib, eyni zamanda bir çox televiziya tamaşaları və filmlərdə müxtəlif rolları canlandırıb.

Digər xəbərlər