ŞƏHİDLƏR -Qazilər
İstiqlal günü doğulan Şəhid Sabir Səmədov - Vüqar Əsgər yazır
İstiqlal günü doğulan Şəhid Sabir Səmədov Bu gun 28 may Dünya Azərbaycanlıları üçün ən önəmli günlərdən biridir. 1918-ci ilin bu günü Şərqdə ilk Demokratik Respublika ...
DÜNYA ƏDƏBİYYATDAN
16 yaşlı oğulluğu ilə eşq yaşayan yazıçı Sidoni Qabriel Kolett
1001info.az Kulis.az -a istinadla “Həyatı film olanlar” layihəsində fransız yazıçısı, Qonkur Akademyasının üzvü Sidoni Qabriel Kolett haqda “Kolett” bədii filmini ...
İDMAN
MARAQLI
Musiqi dühası- Üzeyir bəy Hacıbəyli
MƏDƏNİYYƏT
17.09.2024, 17:58 Oxunub: 2203Musiqi dühası- Üzeyir bəy Hacıbəyli
Ağcabədidə doğulan, 1 ay sonra dəvə üstündə anası ilə kəcavədə Şuşaya qayıdan körpə Üzeyirin uşaqlıq illəri Şuşada keçdi.
Qori müəllimlər seminariyasında təhsil alaraq elə burdaca ilk musiqi biliklərinə və bəsəkarlıq vərdişlərinə yiyələnə bildi.
Seminariyada oxuyarkən dostlaşdığı gələcəyin böyük bəstəkarı Müslüm Maqomayevlə sonradan ən yaxın qohum oldu.
Azərbaycan publisistikanın təkrarsız nümunələrini yaradan Üzeyir bəy ehtiyac olanda dərsliklər yazdı, lüğətlər hazırladı, müəllimlik elədi.
1908-ci ildə Şərqdə ilk operanı – “Leyli və Məcnunun”u səhnəyə qoydu.
Şərqdə ilk konservatoriyanı təşkil etdi, ilk operatttaları qələmə aldı.
Azərbaycan Xalq Cümhuriyyəti dövründə kiçik qardaşı Ceyhun bəylə birgə “Azərbaycan” qəzetinə rəhbərlik etdi.
O, tariximizdə ilk dəfə böyük bir “ilk”ə də imza ataraq dövrün tanınan qələm sahiblərindən biri olan, 1-ci Cahan Savaşının od-alovundan keçən azadlıq aşiqi Əhməd Cavadla birgə Şərqə günəş kimi parlayan Azərbaycan Xalq Cümhuriyyətinin Dövlət himnini – “Azərbaycan” himnini böyük coşqu və ürəklə bəstələyib adını əbədiyyətə həkk elədi.
“Koroğlu” operası ilə hamını riqqətə gətirdi, “Arşın mal alan” əsəri ilə dünyaları dolaşdı.
Dahi Nizaminin sözlərinə “Sənsiz”i yazdı və onunla da bir payız günü bu dünyayla vidalaşdı.
Tabutu başında minlərlə insan yas tutdu.
1918-ci ildə mart qığınlarında evi atəşə tutudu, 1992-ci ildə doğma Şuşası düşmən əlinə keçdi.
Büstü belə güllələndi, Bakıda doğma şəhərinə qayıdacağı günü həsrətlə gözləyəsi oldu.
Müzəffər ordumuzun, Ali Baş Komandanın Zəfər yürüşlərindən sonra doğma şəhərinə yenidən qayıda bildi və bu gün azad Qarabağda, Şuşada bəxtəvər ruhu dolaşmaqdadır...
18 sentyabr doğum günü hər il Milli Musiqi günü kimi bayram edilən, xalqı və dövləti yaşadıqca yaşayan, heç zaman ucaldığı zirvələrdən enməyən, Azərbaycan mənəviyyatının sarsılmaz sütünlarından biriydi..... Üzeyir bəy Hacıbəyli
Kəmalə Mirzəyeva