ŞƏHİDLƏR -Qazilər
İstiqlal günü doğulan Şəhid Sabir Səmədov - Vüqar Əsgər yazır
İstiqlal günü doğulan Şəhid Sabir Səmədov Bu gun 28 may Dünya Azərbaycanlıları üçün ən önəmli günlərdən biridir. 1918-ci ilin bu günü Şərqdə ilk Demokratik Respublika ...
DÜNYA ƏDƏBİYYATDAN
16 yaşlı oğulluğu ilə eşq yaşayan yazıçı Sidoni Qabriel Kolett
1001info.az Kulis.az -a istinadla “Həyatı film olanlar” layihəsində fransız yazıçısı, Qonkur Akademyasının üzvü Sidoni Qabriel Kolett haqda “Kolett” bədii filmini ...
İDMAN
MARAQLI
Paris Nortdam kilsəsində top atəşi - Sabir Əhmədlinin hekayəsi
ƏDƏBİYYAT
25.12.2024, 17:17 Oxunub: 2581001info.az Sabir Əhmədlinin "Paris hekayələri" silsiləsindən "Paris Notrdam kilsəsində top atəşi" hekayəsini təqdim edir.
Paris Nortdam kilsəsində top atəşi
Bu istiqanlı adamın "Rezidens Mareşo"nun dəhlizində, küçədə gəzişəndə, yerişində məzəli bir ötkəmlik, sərbəstlik vardı. İşgüzar, səmimi və ürəyi təmiz adamdı. Səfər müddətində bir sıra ciddi məsələlərdə sağlam və möhkəm mövqedə dayanırdı. Bu üzdən o, dəstədəki müsafirlərin hamısından seçilirdi. Bizim ağbaş, "dəmir professorumuzu" nə dükan maraqlandırırdı, nə alış-veriş. Onu bu ölkəyə gətirən duyğular başqa idi. Professor elm naminə məktublaşıb əməkdaşlıq etdiyi bir neçə alimlə burada, Parisdə şəxsən görüşməyə nail olmuşdu. Elmi fəaliyyətlə yanaşı, xarici ölkədə professorun başına qəribə əhvalatlar gəlirdi. Onun barəsində "xarici lətifələr" yaranmışdı.
Professor papiros çəkmirdi. Gəzdikləri şəhərlərdə, düşdükləri mehmanxanalarda otaqlar bölünərkən tək yer olmayanda, professor əksərən iki cavanla bir düşürdü. Hər ikisi onun keçmiş tələbəsi idi. Onlara ərki çatırdı. Professor onlardan dönə-dönə xahiş etmişdi ki, otaqda qətiyyən papiros çəkməsinlər. Tüstüdən başı gicəllənir, nəfəsi təngişirdi.
Bir axşam professorun dəvət etdiyi parisli şərqşünaslar gəlmişdilər. Professor onları mehriban, kövrəlmiş qarşıladı.
Ətraflı
“Nəğmə də bir silahdır” kitabının təqdimatı keçirildi
Həqiqəti heç kim bilmədi - Günün hekayəsi
Final qərarı verildi
Qonaqların bir qismi payandaz döşənmiş ensiz, burma pilləkənlə, bir neçəsi də darısqal liftlə üçüncü mərtəbəyə, otağa qalxdılar. Professor nömrədə iki cavan dostu ilə qalırdı; yataq otağında cavanlar, girişdə isə o. Içəri girəndə iki cavan dostun ağızları açıla qaldı. Professor kiçik otaqda bir dəsgah qurmuşdu ki, gəl görəsən. Masanın üzərində allı-güllü ipək süfrə çəkilmişdi. Azərbaycanın qədim təkəlduz işlərindəndi. Bu örtüyü o ya qadınlardan almış, ya da özü oradan, vətəndən hər ehtimala qarşı gətirmişdi. Qərib yerdə adamın gözünə lap matah görünən nemətlər düzülmüşdü; şəkərbura, paxlava, qoğal, iki şüşə "Göy-göl", "Azərbaycan" konyakı; bir də neçə qutu siqaret - təəccüblü burası idi. Dünyada hər şeydən artıq papiros tüstüsündən zəhləsi gedən professor canını dişinə tutub başıbağlı qutuları ortaya çıxartmışdı.
Şirin söhbət gedir, yeyir-içir, vətən və millət, elm adına sağlıqlar söyləyir, hərənin əlində bir siqaret tüstülənirdi.
Professor əziz qonaqlara onun otağında papiros çəkməyi nəinki qadağan etdi, bunu heç dilinə gətirmədi. Hərdən qalxır, həyətə açılan iri pəncərəni azacıq aralayırdı ki, tüstü çıxsın. Əziz qonaqlar sıxılmasın deyə o, bu tədbiri elə görürdü ki, duymasınlar. Pəncərədən eşiyə duman sovulurdu.
Nəhayət, ülfət-ünsiyyət elə şirinləşdi ki, professor qarlı dağ təki çən-dumanda itdiyini, parça-parça tüstü udduğunu unutdu.
Məclis gecəyarısı bitdi. Qonaqları yola saldılar. Otağa qayıdanda professor gördü, cavan yoldaşları pəncərəni taybatay açıb otağın havasını təmizləyirlər. Professor onların qayğısına minnətdarlıqla gülümsədi, köksünü qabardıb cavanlara üz tutdu:
- Mənə bir siqaret verin.
Ona siqaret verdilər. Naşıcasına dodaqları arasına qoydu. Alışqan çaxdılar, professor siqaretini yandırdı və tüstülətdi.
Sabahdan başlayaraq o, darıxanda cavanlara yanaşır, siqaret istəyirdi.
Paris Notrdam kilsəsinə baxmağa gedirdilər. Paltolar küncdəki "qırxayaq" asqıda idi. Səhər yeməyindən sonra hər kəs oraya yönəlir, üst-üstə qalaqlanmış paltoların, kürklərin arasından özününkünü tapıb geyirdi. Bu iş hər səhər təkrar olur və hər dəfə də professor asqıya çatıb paltosunu "qırxayağ"ın caynağından çətinliklə qoparanda yaxındakılar qırağa çəkilirdilər. Professor poladdan, çuqundan tökülmüş kimiydi, əyilib, burula bilmirdi. Qolları da dəmirdənmiş təki qatlanmırdı. O, paltosunu geyəndə başının üstdən fırladırdı. Boynu qaragül dərili, ağır drap palto fırlanarkən professor qolunu onun "lağımına" keçirirdi. Vaxtında xəbər tutub çəkilməyən xanımlardan, kişilərdən neçəsi professorun paltosunun altında qalır, əl-ətəyinin zərbəsi tuturdu. Yenə bu minvalla geyinib küçəyə çıxdılar. "Mersedes" gözləyirdi, minməyə başladılar. Maşının qapısından qalxanda professor pillədə özünü saxlaya bilmədi, geri düşdü, kimsə ufuldadı.
Notrdam kilsəsinin yaxınlığında avtobusdan düşüb oraya piyada getdilər. Qarşıdan iki qız gəlirdi. Bir addım kənara çıxmaq, geri baxmaq professor üçün çətindi. Həmişə düz-dönməz gedirdi. Onda gördük, irəlidən gələn qızlardan biri kos təki kənara tullandı. Heyrətdən qızın gözləri oynadı, ötüb-keçən gödək, dolu kişiyə zilləndi.
Zərif və məlahətli Paris qızı güman edibmiş ki, qarşıdan gələn "müsyö" mütləq iltifat göstərib ona yol verəcək. Ancaq haradan biləydi ki, bizim "dəmir professorumuzu"n əyilməklə, yoldan sarpmaqla arası yoxdu.
Notrdam kilsəsinin astanasında dayandılar, nəfəslərini dərdilər. Məbəddə gözlənən ümumi tələbə əməl edərək səssizcə içəri girdilər.
Həmin günlər Fransaya, onun paytaxtına və əyalətlərə zökəm yoluxmuşdu. Moskvada da zökəm vardı. Paris mağazalarındakı satıcılar, ictimai yerlərdəki xidmətçilər ağız-burunlarını cuna ilə sarıyırdılar. Bu həm qorunmaq, həm qorumaq üçündü. Bununla belə küçədə, mehmanxanada öskürüb-asqırana rast gəlmək olmurdu.
Dəstə müqəddəs, əzəmətli kilsəyə daxil olarkən ayin icra edilirdi. Mehrabda ayaqlarının burnuna qədər uzun, qara libas geymiş ucaboy, nüfuzlu keşişin başçılığı ilə bir gənc mömün ruhaniliyin hansı rütbəsinəsə qəbul edilirdi. Kilsənin deyəsən bütün ali zümrəsi buraya toplaşmışdı.
Səyyahlar qaranlıq salonun təmiz silinmiş, qara şölə saçan ağır, zağlı oturacaqlarının arasındakı keçidlərlə yeriyir, məbədin içqurumunu müşahidə edir, arabir ilk dəfə rast gəldikləri dini-inzibati tədbiri izləyirdilər.
Kilsənin göy kimi yuvarlaq qübbəsindən, tağbənd pəncərələrdəki qırmızı, abı, narıncı şüşə naxışlardan qövs-qüzeh süzülürdü. Sanki dünya işığı yox, uşaqların evcik oynadıqları rəngbərəng şüşə ciliklərinin şəfəqi idi. Nəm, rütubət arabir vurur, elə bil ki, o dünyadan, axirətdən acı və kəsif qoxu gəlirdi.
Məbəddə, salonun sol yanında divar boyu uzun köşk qurulmuşdu. Orada hər iki dünyanın əməlləri, kiçik hədiyyələr satılırdı. Müsafirlər divarlardakı təsvirlərə, rəsmlərə baxıb, ikibir-üçbir köşkə yönəlirdilər.
Professor tək dolanır, kimsəyə məhəl qoymadan yalnız onun diqqətinə çatan nöqtələrə sirli-sirli baxır və guya təsadüfən gəlib başqalarının dayandığı yerlərdən keçir, onların baxdıqlarına fikir vermədən ötürdü.
Kilsədə milçək uçsa vızıltısı eşidilərdi. Dua pıçıltıları ilahi sükutu dərinləşdirirdi.
Səssiz filmlərdəki kimi dinməz-söyləməz dolanıb, hədiyyə köşkünün önündə düzüldülər. Köşkdəki satıcı altmış beş-yetmiş yaşlı nəcim, nəzakətli fransız qarısı idi. Ağzına təmiz, ağ yaylıq tutulmuşdu. Alıcıya cavab verərəkən yaylığın altından dillənirdi. Görünür, özünü zökəmdən qoruyurdu.
Köşkün önündə cərgələnmiş dəstə gah sağa, gah sola çəkilir və hər dəfə bir-iki nəfər qarı ilə üz-üzə gəlirdi.
Professor qadınla qabaqlaşdı. Ensiz arakəsmə arxasındakı qarı ilə üz-üzə durdu. Kişi ondan heç nə soruşmadı, doluxsundu. Gözləri qırpınmadan qarının gözlərinə dikildi. Çöl toppuzu təki cod, çal saçının büsbütün əksinə-zil qara, gəlimli qaşları dartıldı, sinəsi qabardı, şişdi. Birdən kilsədə elə bil top atıldı. Qarının düz sifətində partlayan gurultunun sədası məbədin dərin qatlarında dalğalandı. Mehrabdakılar diksindilər, ayin icrası bir-iki an kəsildi.
Qarı arxasındakı vitrinə yapışmışdı. Professor asqırmışdı.
O, kilsədə qopardığı gurultunun bu aləmdə necə qarşılandığı, necə rəy doğurduğu ilə əsla maraqlanmadan dönüb getdi.