usd-1.7000 eur-1.7677 rub-1.6998
Bakı 10°C 5.03 m/s
Son xəbərlər
25-12-2024
24-12-2024
23-12-2024
20-12-2024
19-12-2024
18-12-2024

ŞƏHİDLƏR -Qazilər

İstiqlal günü doğulan Şəhid Sabir Səmədov - Vüqar Əsgər yazır

İstiqlal günü doğulan Şəhid Sabir Səmədov Bu gun 28 may Dünya Azərbaycanlıları üçün ən önəmli günlərdən biridir.  1918-ci ilin bu günü Şərqdə ilk Demokratik Respublika ...

DÜNYA ƏDƏBİYYATDAN

  16 yaşlı oğulluğu ilə eşq yaşayan yazıçı  Sidoni Qabriel Kolett

    1001info.az Kulis.az -a istinadla  “Həyatı film olanlar” layihəsində fransız yazıçısı, Qonkur Akademyasının üzvü Sidoni Qabriel Kolett haqda “Kolett” bədii filmini ...

İDMAN

MARAQLI

Sən mənim könlümə payızda girdin... - Əsgər RƏSUL

details

ƏDƏBİYYAT

25.12.2024, 14:59 Oxunub: 395

1001info.az "Günün şeiri" rubrikasında Əsgər Rəsulun "Tamarzıyam" şeirini təqdim edir. 

       Tamarzıyam

   “Mən ölsəydim, o bəlkə ağlayardı,

    Amma o ağlasaydı, mən ölərdim”

           Özdəmir Asaf                                           

 

  Qoşa addımladıq uzun illəri,

  Sənsiz bircə günü keçirmək olmur.

  Məhrəm duyğuları, gizli sirləri,

  Kağız parçasına köçürmək olmur.

                                                             

  Qorxuram əlimə qələm alanda,

  Vərəqə qəlbinə dəyən söz salar.

  Hissiz misralara hopan yalandan,

  Bizim sevgiyə də yalan iz salar.

                                                              

  İncimə, qarğıma bu qismətini,

  Acığın tutmasın mənə boş yerə.

  İçimə sığmayan məhəbbətimi,

  Mən necə sığdırım qafiyələrə.

                                                              

  Sən mənim könlümə payızda girdin,

 Ömrüm  də payıza girib... razıyam.

  Sən hansı mövsümün meyvəsisən ki,

  İlboyu dadına mən tamarzıyam.

Digər xəbərlər