ŞƏHİDLƏR -Qazilər

İstiqlal günü doğulan Şəhid Sabir Səmədov - Vüqar Əsgər yazır
İstiqlal günü doğulan Şəhid Sabir Səmədov Bu gun 28 may Dünya Azərbaycanlıları üçün ən önəmli günlərdən biridir. 1918-ci ilin bu günü Şərqdə ilk Demokratik Respublika ...
DÜNYA ƏDƏBİYYATDAN

16 yaşlı oğulluğu ilə eşq yaşayan yazıçı Sidoni Qabriel Kolett
1001info.az Kulis.az -a istinadla “Həyatı film olanlar” layihəsində fransız yazıçısı, Qonkur Akademyasının üzvü Sidoni Qabriel Kolett haqda “Kolett” bədii filmini ...
İDMAN
MARAQLI
Uşaq evində böyüyən şəhid Səbuhinin qardaşından təsirli sözlər

ŞƏHİDLƏR -Qazilər
14.09.2022, 11:41 Oxunub: 2172Səhər qardaşıma zəng etdim telefonu başqası açdı, bir kəlmə dedi ki, qardaşının qisasını almışıq".
1001info.az Trend-ə istinadən bildirir ki, bunu şəhid Səbuhi Əhmədovla birlikdə uşaq evində böyüyən qardaşı Sənan Əhmədov deyib.
O bildirib ki, onların iki yaşı olanda valideynləri vəfat edib və onlar SOS kəndində böyüyüblər:
"Hərbiyə gedəndə həmişə deyirdi ki, mənimlə fəxr edəcəksən. Gizir idi. Həmişə dediyini edərdi. 3 gün olardı zəng etmişdi ki, düşmən tərəfdə atışma var. Elə həmin günün səhəri zəng elədi, danışdıq. Dedi tez aç, imkan olmayacaq. Sentyabrın 13-ü zəng elədim artıq qardaşım şəhid olmuşdu. 25 yaşı var idi. Qardaşımla fəxr edirəm, amma onsuz mənə çox çətin olacaq".
