usd-1.7000 eur-1.9733 rub-2.0876
Bakı 15°C 10.1 m/s
Son xəbərlər
23-10-2025
22-10-2025
20-10-2025
15-10-2025
13-10-2025
09-10-2025

ŞƏHİDLƏR -Qazilər

Burdan bir atlı keçdi...

Mən bir igid tanıyıram. Uşaqlığı şahə qalxan at belində keçən, qorxmaz, cəsur, hələ kiçik məktəb yaşlarında olanda Şiraslan əmisinin evi yananda evin damına dırmaşıb alovlanan bacaya su töküb ...

DÜNYA ƏDƏBİYYATDAN

  16 yaşlı oğulluğu ilə eşq yaşayan yazıçı  Sidoni Qabriel Kolett

    1001info.az Kulis.az -a istinadla  “Həyatı film olanlar” layihəsində fransız yazıçısı, Qonkur Akademyasının üzvü Sidoni Qabriel Kolett haqda “Kolett” bədii filmini ...

İDMAN

MARAQLI

ADMİU-nun Aşıq sənəti kafedrasının təşkilatçılığı ilə keçirilən möhtəşəm konsert 

details

MƏDƏNİYYƏT

14.04.2023, 11:15 Oxunub: 1783

AZƏRBAYCAN DÖVLƏT MƏDƏNİYYƏT VƏ İNCƏSƏNƏT UNİVERSİTETİNİN 100 İLLİYİ QEYD OLUNUB.

Aprelin 11-də Beynəlxalq Muğam Mərkəzində Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) 100 illiyinə həsr olunmuş konsert təşkil olunub.
ADMİU-nun Aşıq sənəti kafedrasının təşkilatçılığı ilə keçirilən konserti giriş sözü ilə açan kafedranın müdiri, Sənətşünaslıq üzrə fəlsəfə doktoru, Əməkdar mədəniyyət işçisi Samirə Əliyeva qeyd edib ki, bir əsrdir Azərbaycan mədəniyyətinin inkişafında müstəsna rola sahib ali təhsil ocağının 100 illik yubileyinə həsr olunmuş bu konsertə Aşıq sənəti kafedrasının müəllim və tələbələri uzun müddətdir böyük məsuliyyətlə hazırlaşırlar.
Konsertdə sözügedən kafedranın müdiri Samirə Əliyeva, müəllimləri Fəzail Orucov, Murad Səmədzadə, Altay Məmmədov, Nemət Qasımov tələbələrinin ifalarında Azərbaycan aşıq musiqiləri səsləndirilib.
Konsert proqramında, həmçinin, “Misridən Cəngiyə”, “Cəngi” kompozisiyası, “Şah sevəni”, “Yanıq Kərəmi”, “Ovşarı”, “Ruhani”, “Baş müxəmməs” və digər aşıq havaları, eləcə də “Azərbaycan”, “Ana yurdum” mahnıları ifa olunub.

Konsert alqışlarla qarşılanıb.

Digər xəbərlər