usd-1.7000 eur-1.7938 rub-1.6915
Bakı 14°C 7.53 m/s
Son xəbərlər
20-11-2024
15-11-2024
09-11-2024
08-11-2024
05-11-2024
04-11-2024
03-11-2024
01-11-2024

ŞƏHİDLƏR -Qazilər

İstiqlal günü doğulan Şəhid Sabir Səmədov - Vüqar Əsgər yazır

İstiqlal günü doğulan Şəhid Sabir Səmədov Bu gun 28 may Dünya Azərbaycanlıları üçün ən önəmli günlərdən biridir.  1918-ci ilin bu günü Şərqdə ilk Demokratik Respublika ...

DÜNYA ƏDƏBİYYATDAN

  16 yaşlı oğulluğu ilə eşq yaşayan yazıçı  Sidoni Qabriel Kolett

    1001info.az Kulis.az -a istinadla  “Həyatı film olanlar” layihəsində fransız yazıçısı, Qonkur Akademyasının üzvü Sidoni Qabriel Kolett haqda “Kolett” bədii filmini ...

İDMAN

MARAQLI

Azərbaycan-Misir: Əməkdaşlıqda yeni dövr

details

GÜNDƏM

11.06.2024, 14:39 Oxunub: 1127

Azərbaycan Prezidenti İlham Əliyev iyunun 8-də Misir Ərəb Respublikasına rəsmi səfər edib. Bu səfər iki ölkənin münasibətlərinin daha da inkişafı və genişləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Ölkələrimizin tarixi əlaqələri, yerləşdikləri regionda lider dövlət  mövqeyinə sahib olmaları, eyni zamanda ən müxtəlif sahələrdəki potensialları əməkdaşlıq imkanlarını daha da artırır. Azərbaycan və Misir liderlərinin görüşdən sonra mətbuata bəyanatları hər iki tərəfin münasibətlərin irəliyə aparılmasında maraqlı olduqlarını göstərdi.
Ümumiyyətlə, Azərbaycan-Misir əlaqələri hər zaman yaxşı səviyyədə olub. Hələ post-sovet dönəmində Azərbaycan Respublikası ilə Misirin xüsusi münasibətləri var idi. Hazırda da ölkələrimizin siyasi əlaqələri yüksək səviyyədədir. Bundan əvvəl Misir Prezidenti Əbdülfəttah əs-Sisi Azərbaycana səfər edib. Prezident İlham Əliyevin səfəri isə ikitərəfli əlaqələrin inkişafında dönüş nöqtəsi oldu.
Azərbaycan və Misir arasında diplomatik əlaqələr 1992-ci ildə qurulub. İkitərəfli əlaqələrin tarixi Ulu öndər Heydər Əliyevin 1994- cü ildə Misirə səfəri ilə başlayır. İki ölkə arasında münasibətlərin gələcəyinin müəyyənləşdiyi bu səfərdən sonra Azərbaycan ilə Misir arasında müxtəlif sahələri əhatə edən çoxsaylı sənədlər imzalanıb.
Bu gün iki ölkə İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatında və digər beynəlxalq formatlarda sıx əməkdaşlıq edir, bir-birini dəstəkləyir.
Tərəflər arasında iqtisadi-ticarət əlaqələrinin inkişaf etdirilməsi üçün böyük potensial var. Prezidentlər energetika, kənd təsərrüfatı, əczaçılıq, sənayenin müxtəlif sahələri, nəqliyyat və s. sahələrdə əlaqələrin inkişafı məsələlərini müzakirə ediblər. Təbii ki, Misir 100 milyondan çox əhalisi olan, böyük bazar və strateji coğrafiyada yerləşən böyük dövlətdir. Afrika, Yaxın Şərq və digər regionlara əlverişli çıxış imkanlarına sahibdir. Səfər zamanı iki ölkənin elektrik və bərpaolunan enerji, iqtisadiyyat, sərmayə və azad zonalar, informasiya və kommunikasiya texnologiyaları, gənclər və idman və digər bir sıra sahələrdə imzaladığı əməkdaşlıq sənədləri münasibətlərin perspektivi üçün vacib əhəmiyyət kəsb edir.
Səfər zamanı ən mühüm məqamlardan biri də dövlət başçısının Fələstin məsələsi ilə bağlı açıqlaması oldu. Fələstin məsələsində hər zaman ədalətli və prinsipial mövqe sərgiləməsinə baxmayaraq, son günlər ölkəmizə qarşı bəzi əsassız iddialar irəli sürülürdü.
Prezident bəyan etdi ki, Azərbaycanın mövqeyi birmənalıdır - müstəqil Fələstin Dövləti qurulmalıdır: "Fələstin-İsrail münasibətlərinin tənzimlənməsi və müstəqil Fələstin Dövlətinin yaradılması bizim Qoşulmama Hərəkatına sədrliyimiz dövründə hər zaman diqqət mərkəzində idi, bir çox tədbirlər keçirilmişdir və Azərbaycanın mövqeyi birmənalıdır - müstəqil Fələstin Dövləti qurulmalıdır, Şərqi Qüds onun paytaxtı olmalıdır. Bu gün Qəzzada yaşanan faciə tezliklə dayandırılmalıdır, müharibə dayandırılmalıdır və bütün məsələlər danışıqlar yolu ilə həll olunmalıdır. Mən Prezident əs-Sisiyə bildirdim ki, biz Misirin bu istiqamətlərdəki səylərini dəstəkləyirik və Misir tərəfindən irəli sürülmüş təşəbbüslər diqqətə alınmalıdır".
Azərbaycanın ərəb İslam dünyasının mərkəzlərindən biri olan Misirdə bu prinsipial mövqeyini səsləndirməsinin əlahiddə əhəmiyyəti var. Bu, bir daha ölkəmizin xarici siyasətdə beynəlxalq hüququ, eyni zamanda ədalət prinsipini əsas götürdüyünü nümayiş etdirdi.
Misirlə Azərbaycan dünyada həm də İslam həmrəyliyinin möhkəmlənməsinə və mötədil islamın inkişafına mühüm tohfə verirlər. Bu mənada Prezident İlham Əliyevin Əl-Əzhəri Şərifin şeyxi, böyük imam Əhməd Məhəmməd Əhməd Əl Tayyib ilə görüşü xüsusi önəm daşıyır. Dövlət başçısı görüşdə Azərbaycanda dinlər, mədəniyyətlər və sivilizasiyalar arasında dialoqun inkişafı ilə bağlı mühüm tədbirlərin keçirildiyini, ölkəmizin dinlərarası dialoqa öz töhfəsini verdiyini bildirib, böyük imam Əhməd Məhəmməd Əhməd Əl Tayyibi ölkəmizə səfərə dəvət edib. Azərbaycan Prezidenti ölkəmizin bu il COP29-a ev sahibliyi edəcəyini diqqətə çatdıraraq, Azərbaycanın Əl-Əzhər ilə birlikdə dini liderlərin növbəti görüşünün COP29 çərçivəsində keçirilməsi təşəbbüsü ilə çıxış etdiyini vurğulayıb.
Dövlət başçısı azad olunmuş ərazilərdə məscidlərin, İslam irsinin bərpası istiqamətində tədbirlərin həyata keçirilməsinə başlandığını, artıq beş məscidin bərpa olunduğunu bildirib. Prezident vurğulayıb ki, Azərbaycan İslam həmrəyliyinə töhfə verir və bu istiqamətdə qardaş müsəlman ölkələri ilə birlikdə səylərini davam etdirir.
Ümumiyyətlə, Prezidentinin Misirə səfəri həm də Azərbaycanın ərəb dünyası ilə əlaqələrinin yüksək səviyyədə olduğunu göstərdi.
Milli Məclisin Azərbaycan-Misir parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Ceyhun Məmmədov mövzu ilə bağlı "525"ə deyib ki, Misir Azərbaycanın müstəqilliyini tanıyan ilk dövlətlərdən biridir. Bu gün iki ölkənin əlaqələri sürətlə inkişaf edir: "Misir hər zaman Azərbaycanın ərazi bütövlüyünü tanıyıb və dəstəkləyib. Azərbaycan Misirlə BMT, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı çərçivəsində sıx əməkdaşlıq edir. 1994-cü ildə Ulu öndər Heydər Əliyev bu ölkəyə səfər edib və mühüm görüşlər keçirib. 2007-ci ildə cənab Prezident İlham Əliyev Misirə səfər edib. Əlaqələrimiz həmin dövrdən sürətlə inkişaf etməyə başlayıb. Cənab Prezidentin Misirə budəfəki səfəri də xüsusi önəm daşıyır. Məlum olduğu kimi, bir müddət bundan əvvəl Misir Prezidenti Azərbaycanda səfərdə olub. Azərbaycan liderinin bu ölkəyə səfəri isə əlaqələrimizdə yeni dövrün, yeni mərhələnin başlandığını göstərir. İki dövlət arasında əlaqələr, əməkdaşlıq daha da güclənir, inkişaf edir".
Səfər zamanı mühüm sənədlərin imzalandığına diqqət çəkən C.Məmmədov deyib ki, iki ölkə iqtisadi və digər sahələrdə əməkdaşlıq üçün böyük potensiala malikdirlər: "Misirin əczaçılıq, nəqliyyat imkanları çox genişdir. Bütün bunlar bizə əlaqələrimizi daha da gücləndirməyə, möhkəmləndirməyə, yeni uğurlara imza atmağa imkan verir".
Deputatın sözlərinə görə, Prezident İlham Əliyevin Fələstin məsələsində sərgilədiyi mövqe çox önəmli bir mövqe idi: "Cənab Prezident qətiyyətli şəkildə Fələstinin mövqeyini dəstəklədi. Hesab edirəm ki, bu, Azərbaycanı Fələstin məsələsində günahlandırmağa çalışanlara çox dəqiq və konkret cavab idi. Azərbaycan İsrail ilə bərabər, Fələstinlə də əlaqələrini gücləndirir, diplomatik nümayəndəlik açıb, məktəb tikir. Biz 1967-ci il sərhədləri çərçivəsində paytaxtı Şərqi Qüds olmaqla iki dövlət prinsipini dəstəkləyirik. Ölkəmiz Qoşulmama Hərəkatı çərçivəsində də daim Fələstinə öz dəstəyini verib, Fələstinlə bağlı məsələlərə çox həssas münasibət göstərib. Azərbaycan müharibənin dayandırılmasını, qırğına son qoyulmasını istəyir və Fələstin dövlətinin yaradılmasının birbaşa tərəfdarıdır. Biz prosesin BMT-nin müvafiq sənədləri əsasında tənzimlənməsini dəstəkləyirik. Bu mənada həmin açıqlama Azərbaycana qarşı iddialara və ittihamlara ciddi cavabdır". 
C.Məmmədovun fikrincə, bu səfər həm də İslam həmrəyliyinin gücləndirilməsi prosesinə öz töhfəsini verəcək: "İslam həmrəyliyinin gücləndirilməsi baxımından səfər xüsusi önəm daşıyırdı. Hər iki ölkə müsəlman ölkələridir, hər ikisinin çox böyük potensialı var. Bu imkan verir ki, mövcud potensialdan ən yaxşı formada istifadə edək və əlaqələrimizi yeni bir mərhələyə, yeni səviyyəyə qaldıra bilək.
Prezidentin Əl-Əzhəri Şərifin şeyxi, böyük imam Əhməd Məhəmməd Əhməd Əl Tayyib ilə görüşü də əhəmiyyətli idi. Əl-Əzhər Universiteti müsəlman dünyasının ən böyük, ən önəmli dini mərkəzlərindən biridir. Bu gün Azərbaycan da, Misir də İslam mədəniyyətinin, İslam dəyərlərinin qorunmasına, birlik və həmrəyliyin güclənməsinə töhfə verən dövlətlərdəndir. Bu məqam ölkələrimiz arasında əməkdaşlığın, birliyin, həmrəyliyin güclənməsinə təbii ki, öz töhfəsini mütləq verəcək. Bütün qeyd edilənlər bir daha onu göstərir ki, cənab Pezidentin səfəri əlaqələrimizdə yeni üfüqlər açan səfər oldu".
Mövzunun iqtisadi tərəfini şərh edən deputat Vüqar Bayramov isə hesab edir ki, son illər Azərbaycanla Misir arasında həyata keçirilən rəsmi səfərlər dövlətlərin qarşılıqlı münasibətlərinin daha da güclənməsinə töhfə verməkdədir. Hər iki ölkə fərqli beynəlxalq təşkilatlar çərçivəsində də qarşılıqlı əməkdaşlıq platforması formalaşdırıblar.
Onun sözlərinə görə, iki ölkə arasında iqtisadi sahədə də kifayət qədər ciddi potensial var: "Son illər Azərbaycan-Misir ticarət dövriyyəsində cüzi dəyişikliklər müşahidə olunsa da, bu ildən etibarən iqtisadi əlaqələr ciddi şəkildə dərinləşib. Belə ki, 2022-ci ildə 16.2 milyon dollar olan xarici ticarət dövriyyəsi ötən il 13.6 milyon dollara bərabər olub. Bu ilin ilk rübündə ölkələr arasındakı ticarət dövriyyəsində kəskin artım qeydə alınıb. Belə ki, yalnız 2024-cü ilin yanvar-mart aylarında Azərbaycan ilə Misir arasındakı ticarət dövriyyəsi 14.9 milyon dollar olub. Bu o deməkdir ki, ölkələr arasındakı builki rüblük dövriyyə ötənilki ümumi dövriyyədən daha çox olub. Bu isə münasibətlərin inkişaf dinamikasını göstərir. Aydındır ki, tərəflər arasında ticarət dövriyyəsinin artırılması üçün daha böyük potensial var. Azərbaycan Prezidentinin səfəri zamanı təşkil edilən müzakirələr bu imkanlardan daha çox faydalanmağa şərait yaratmış oldu. Bu baxımdan, Azərbaycan Prezidentinin Misirə səfəri ölkələr arasında münasibətlərin inkişafında yeni mərhələ olacaq".

Pərvanə SULTANOVA
 

Digər xəbərlər