usd-1.7000 eur-1.8453 rub-1.9383
Bakı 10°C 6.1 m/s
Son xəbərlər
11-03-2025
08-03-2025
01-03-2025
25-02-2025
24-02-2025
23-02-2025

ŞƏHİDLƏR -Qazilər

İstiqlal günü doğulan Şəhid Sabir Səmədov - Vüqar Əsgər yazır

İstiqlal günü doğulan Şəhid Sabir Səmədov Bu gun 28 may Dünya Azərbaycanlıları üçün ən önəmli günlərdən biridir.  1918-ci ilin bu günü Şərqdə ilk Demokratik Respublika ...

DÜNYA ƏDƏBİYYATDAN

  16 yaşlı oğulluğu ilə eşq yaşayan yazıçı  Sidoni Qabriel Kolett

    1001info.az Kulis.az -a istinadla  “Həyatı film olanlar” layihəsində fransız yazıçısı, Qonkur Akademyasının üzvü Sidoni Qabriel Kolett haqda “Kolett” bədii filmini ...

İDMAN

MARAQLI

Hər bir millətin tarixi onun şərəfidir

details

GÜNDƏM

18.02.2025, 20:17 Oxunub: 979

 

 Keçmişimizə atdığımız daş gələcəyimizi də viran qoyur... 

Tariximizin bütün dönəmlərində xalqımızın milli iftixarı sayılan oğul və qızları olub. Onları övladlarımıza örnək kimi tanıtmaq, sevdirmək isə əsl ziyalılıq, zəhmət tələb edir. Çünki keçmiş tariximiz nəsillər arasında mənəvi bağlılığı təmin edir və böyük tərbiyə məktəbi kimi körpü rolu oynayır.Hər bir millətin tarixi onun şərəfidir. Bəs elə isə keçmişimizi topa tutub şərəfimizi ləkələyənlərin məqsədi nədir?! 
Dünənə qədər xalqımıza örnək olan şəxsiyyətləri - Şah İsmayıl Xətaini, Babəki, Koroğlunu, Qaçaq Nəbini, M.F.Axundzadəni, Səməd Vurğunu və başqalarını hədəf seçməyin kökündə hansı məqsədlər dayanır, mənəvi təxribatlar,  yoxsa yetərincə bilgisi olmamaq?! Bəzi araşdırmaçılar Azərbaycana düşmən mövqedə dayanan ölkələrin mənbələrindən gen-bol istifadə edirlər. Təbii ki burada bizim xeyrimizə, əsl həqiqətin gələcəyə çatdırılması üçün  yazılan dəlil olmayacaq.
Şah İsmayıl Xətai böyük bir ərazidə Azərbaycan adlı nəhəng dövlət qurdu, dağınıq tayfaları birləşdirdi. Doğma Ana dili, qıy vuran oğullar, qeyrət qoyub getdi. Babək qırx il boyunduruq altında yaşamaqdansa bir gün azad yaşamağın şirinliyini bizə öyrətdi. Dilimiz necə gəlir ki, onların haqqında hörmətsizcəsinə danışaq, ya da tarixi xidmətlərinin üstündən qara xətt çəkək?
Təəssüf  ki, son illər bu cür qarayaxmalar baş alıb gedir. Belə yanaşmalar isə cəmiyyətimizə, xüsusən də gənclərimizə, onların şüuruna, milli düşüncə tərzinə böyük zərbə vurur. Gəlin bir az dərindən düşünək, soykökümüzə ikrah hissi yaratmaq bizə nə verir? 
Yazıçı Əlisa Nicat bir neçə ay öncə “Kanal 13”ə verdiyi müsahibədə ədəbi klassiklərimizi “eşşək” adlandırmış, “daş başlarına” deyərək qarğımışdı. Bu qocaman yazıçıya yaşına - başına görə fikir verilmədiyindən, növbəti dəfə də Səməd Vurğuna yaltaq dedi və təbii ki, etiraz bildirilməsə, növbəti hədəf Azərbacanın digər tarixi şəxsiyyətləri olacaq və milli təəssübkeşlikdən məhrum  saytlar, şou yaratmaq, diqqət çəkmək istəyən jurnalistlər də bunu sevə - sevə yayımlayacaqlar. Özlərinin bir qəpiklik xidmətləri  olmayan bir qrup da "ziyalı" qismində haray - həşir salıb Əlisa Nicatın qalxanına çevriləcəklər...
 Sual olunur, axı sizlər nəyin hay-harayını salırsınız, nəyi sübut etməyə çalışırsınız? Dahi Nizaminin, Xəqaninin, Səməd Vurğunun və s. Əlisa Nicatdan daha kiçik olmağınımı ?! 
Həqiqətən mən sizləri   başa düşməkdə çox çətinlik çəkirəm. 
Gəlin bir az dərindən düşünək, soykökümüzə ikrah hissi yaratmaq bizə nə verir? 
Hər bir xalqın milli iftixarı sayılan qəhrəmanları var. 1424-cü ildə vəfat etməsinə baxmayaraq hələ də Çexiyanın ən ali mükafatı Yan Jijkanın adını daşıyır. Ruslar ağlasığmaz cinayətləri olan İvan Qroznını hələ də qəhrəman kimi əzizləyirlər. İstər Avropa, istərsə də qonşu dövlətlərlə müqayisədə bizim tarixi keçmişimizə olan münasibətimiz acınacaqlı vəziyyətdədir. Bəlkə tarixi keçmişimizə güllə atan bu adamların özlərini bir təftiş edək, görək onlar özləri bu millət üçün hansı dəyərli işlər görüblər, nəyi yaradıblar?  Ümumiyyətlə, onların tarixi şəxsiyyətləri təhqir etməyə haqları çatırmı ?! 
   Cənablar, gəlin bir məqamı  unutmayaq, keçmişimizə atılan top gələcəyimizi də viran qoyur... 


Zəkurə QULİYEVA, 
"Qarabağ" ın redaktoru

Digər xəbərlər