ŞƏHİDLƏR -Qazilər
İstiqlal günü doğulan Şəhid Sabir Səmədov - Vüqar Əsgər yazır
İstiqlal günü doğulan Şəhid Sabir Səmədov Bu gun 28 may Dünya Azərbaycanlıları üçün ən önəmli günlərdən biridir. 1918-ci ilin bu günü Şərqdə ilk Demokratik Respublika ...
DÜNYA ƏDƏBİYYATDAN
16 yaşlı oğulluğu ilə eşq yaşayan yazıçı Sidoni Qabriel Kolett
1001info.az Kulis.az -a istinadla “Həyatı film olanlar” layihəsində fransız yazıçısı, Qonkur Akademyasının üzvü Sidoni Qabriel Kolett haqda “Kolett” bədii filmini ...
İDMAN
MARAQLI
Bugünkü yazıçıların çoxu unudulacaq... - Zorən ədəbiyyat tarixində qalmaq mümkündürmü?
ƏDƏBİYYAT
27.11.2024, 15:00 Oxunub: 7071001info.az Kulis.az-a istinadən Fərid Hüseynin “Ədəbiyyatın güzəştsizliyi” yazısını təqdim edir.
Görün, bu dünyadan kimlər gəlib, kimlər də cahandan ömür karvanını sürüb gediblər? Elə dərs alası, öyüd yeri olası talelər, ömür hekayətləri var ki, onlara bələd olandan sonra çox şeyi öz axarına buraxmağın tərəfdarı olur, gecə-gündüz özünlə baş qatmağın əbəsliyini, bihudəliyini sonacan anlayırsan. Ədəbiyyat nə qədər inkar edilsə də, sonucda tale məsələsidir. Bu qaçılmazlıqla, barışsaq da, barışmasaq da, belədir.
Polyak əsilli, amma Fransada dünyaya gəlmiş Kasımır Adamoviç-Kostrovski adlı qüdrətli bir qələm sahibi olub. Yaratdığı əsərləri öz dövründə hər kəs tərəfindən bəyənilər və ətrafındakı elitar ədəbi mühitin nümayəndələri ona yazdıqlarını çap etdirməyi şiddətlə tövsiyə edərmişlər.
Fəqət o, 1914-ci ildə hərbi xidmətə gedir və əlyazmalarını dostu Erik Levalloisə verib tapşırır ki, əgər ordudan salamat qayıtmasa, nə yazıbsa, hamısını yandırsın. Sən demə, onun dünya ədəbiyyatının ilk modernist romanlardan sayılan “Çiçək əlli adamlar” əsəri də həmin çamadanda imiş. 1918-ci ildə – I Dünya savaşı bitəndə dostunun gəlmədiyi görən Erik ona etibar edilən əlyazmaları yandırır, halbuki Kasımır müharibədən qayıdıbmış və yazı-pozularını dostundan təhvil almaq üçün onun yanına tələsirmiş.
Parisdə müharibədən bitdiyinə görə hər tərəfdə şənliklər keçirilir, camaat gülüb-oynayır, atəşfəşanlıq göz oxşayırmış. Elə bu dəm göyə saçılan atəşlərdən ürkən atlardan biri yiyəsinin əlindən çıxıb əlyazmalarını götürməyə tələsən Kasımıri ayaqaltı edir – tapdalayaraq canını alır.
Beləcə, onu tanıyanlar, əlyazmalarını oxuyanlar tərəfindən həmişə dahi kimi xatırlanan bir yazıçının adı ədəbiyyat tarixinə quruca bir isim – əsərsiz yazar kimi həkk olunur.
“Əlyazmalar yanmır”, yaxud “yazıya pozu yoxdur” inanışlar da, görünür, bəzən həqiqəti əks etdirmir. Gerçək, danılmaz olan hər əsərin, müəllifin özünəməxsus, təkrarsız taleyinin olmasıdır. Hoppanıb-düşməklə, özünü oda közə-vurmaqla deyil. Əgər gələcəyin tarixində bir qüdrətli söz sənətkarı kimi adına, imzana yer varsa, var, yoxdursa elə bu günlərin, yaxud yaxın gələcəyin içində də adın adlara qarışıb yox olmaqdan özgə çarən yoxdur...
Bəzi əsərlər doğulmadan ölür, bəziləri dünyaya gəlir, amma elə ölüylə arasında ciddi təfavüt olmur, eləsi də olur ki, öz dövründə süni nəfəs, qondarma təkan hesabına, yalançı təbliğat gücünə görə dönə-dönə yayımlanır, orda-burda təriflənir, lakin müəllifinin cəsədi torpağa qarışmamış yazdığı əsərlər də yaddaşlardan biryolluq silinir.
Yenə təkrar edirəm, əgər ədəbiyyat tarixində qalmaq hanısa bir yazıçının, şairin alnına yazılmayıbsa, əsərinin taleyində əbədilik yoxdursa, onun kitablarının tirajı yazdıqlarını oxuyanların deyil, onu unudacaq adamların say göstəricisidir.
Zorən məşhur yazıçı, zorən “sevilən” qələm adamı, zorən yazdıqları dönə-dönə çap edilən müəllif olmaq olar, amma bütün o zorənlər üçün müəllifin yaratdığı kütləvi süni eşq, onun gələcəyə – özündən sonrakı dövrün adamlarına təsir imkanın zəifləyən kimi kütləvi unuduluşla əvəzlənəcək.
Kafka dostu Maks Broda, Emili Dikinson bacısı Lavinia Dikinsona əlyazmalarını yandırmağı tapşırmışdılar, amma onlar vədlərinə xilaf çıxaraq onlara deyiləni etməmişdilər. Vergilinin mətnləri İmperator Avqust sayəsində günümüzə gəlib çatıb.
Amma bütün bunlar nəyi göstərir, onu bəyan ki, Kafkasız da, Vergilisiz də, Emilisiz də keçinmək mümkünmüş, necə ki Kasımır Adamoviç-Kostrovskisiz də yaşamaq, ədəbiyyatın möhtəşəmliyini duymaq mümkünsüz deyil.
Ona görə də bu qəddar tarixə, dünyanın başından keçənlərə yaxşı bələd olan Nizami Gəncəvi haqlı olaraq deyirdi:
Ancaq iki şəxsə acıyıb dövran:
Birisi öləndir, biri olmayan.
Yəni yaşayırsansa, nə doğulmamışsan, nə də ölmüş – ona görə dünyanın hər üzünə hazır olmalı, ondan rəhm ummamalısan. Daha sonra Nizami başqa sərt bir gerçəkliyi açıqlayır: Bərbət adlı musiqi alətini (uda bənzəyən musiqi aləti – F.H.) nişan verərək deyir ki, əgər onun kimi qucaqlarda qalxmağa, sinələrdə olmağa can atırsansa, onda qulaqburmasına (musiqi aləti köklənərkən burğuların fırladılması nəzərdə tutulur F.H.) da hazır olmalısan. Ədəbiyyat heç kəsi heç nəyə görə bağışlamır:
Кimin başında var bərbət sevdası
Mütləq görəcəкdir qulaqburması.
P.S. Mətndəki faktlar C.D.Rosenin “Alınmayanlar” kitabından götürülmüşdür.
Fərid Hüseyn